Icma.az
close
up
RU
BDU da elmi seminar: Karbon kredit bazarı və mümkün imkanlar

BDU da elmi seminar: Karbon kredit bazarı və mümkün imkanlar

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 3 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyası tərəfindən “Karbon kredit bazarı və mümkün imkanlar” mövzusunda elmi seminar keçirilib. Seminarda laboratoriyanın elmi işçisi Kim Jiseok və kiçik elmi işçisi Orxan Güləhmədov məruzə ilə çıxış ediblər.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.

Orxan Güləhmədov müasir dövrdə qlobal miqyasda qarşıya çıxan ən mühüm problemlərdən biri olan iqlim dəyişikliyi və enerji böhranı barədə ətraflı məlumat verib. O, atmosferə buraxılan istixana qazlarının, xüsusilə də karbon qazının (CO₂) miqdarının artmasının ekosistemlərə, insan sağlamlığına və iqtisadi sistemlərə mənfi təsir etdiyini vurğulayıb. Bildirilib ki, bu problemin aradan qaldırılması üçün beynəlxalq səviyyədə mühüm təşəbbüslər həyata keçirilir, o cümlədən karbon emissiyalarının azaldılması məqsədilə müxtəlif texnoloji və iqtisadi mexanizmlər tətbiq olunur.

Kim Jiseok karbon kredit bazarının mahiyyəti, bu mexanizmin necə fəaliyyət göstərdiyi, karbon emissiyalarının azaldılması qarşılığında müəssisələrə və ölkələrə verilən kreditlərin iqtisadi dəyəri barədə danışıb. Məruzədə karbon kredit sisteminin əsas prinsipləri, onun tətbiq edildiyi qabaqcıl ölkələrdə – xüsusilə Avropa İttifaqına üzv ölkələrdə, Yaponiya, Kanada və Cənubi Koreyada əldə olunmuş nəticələr barədə konkret nümunələr təqdim edilib. Bununla yanaşı, karbon qazının azaldılmasının ölçülməsi və qiymətləndirilməsi üçün istifadə olunan beynəlxalq standartlar və texniki meyarlar da seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Məruzəçilər, həmçinin 2024-cü ildə Bakıda keçirilmiş COP29-un ölkəmiz üçün yaratdığı yeni imkanlardan söz açılıb. COP29-dan sonra Azərbaycanda karbon emissiyalarının tənzimlənməsi və karbon vergi sisteminin tətbiqi istiqamətində ciddi addımların atılmasının gündəmə gəldiyi, bu baxımdan elmi-tədqiqat müəssisələrinin və universitetlərin bilik və təcrübə potensialının artırılması, sənaye ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və maarifləndirmə tədbirlərinin təşkilinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. BDU-nun Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında həyata keçirilən tədqiqatların nəticələrinin sənayedə tətbiqi karbon emissiyalarının azaldılması ilə yanaşı, ölkəmizdə karbon kredit bazarının formalaşmasına və inkişafına töhfə verə bilər. Məruzəçilər bu məqsədlə gələcəkdə dövlət qurumları, özəl sektor və akademik dairələr arasında koordinasiyalı əməkdaşlığın da zəruri olduğunu söyləyiblər.

Seminarın sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyul 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri