Icma.az
close
up
RU
BDU da tədbir: Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş

BDU da tədbir: Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 27 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş” layihəsinin ilk tədbiri keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi gənclər arasında kibertəhlükəsizliklə bağlı savadlılığı artırmaq, hibrid təhdidlərə qarşı mübarizə sahəsində dövlət və özəl sektor əməkdaşlığını gücləndirmək, həmçinin transmilli platformalarla qarşılıqlı əlaqələrin inkişafına dəstək verməkdir.

Tədbirdə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Ələkbər Əliyev qeyd edib ki, fakültədə kompüter elmləri, informatika müəllimliyi və informasiya təhlükəsizliyi üzrə yüksəkixtisaslı kadrlar hazırlanır. Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunları Azərbaycanda, həmçinin müxtəlif ölkələrdə uğurla fəaliyyət göstərir, yüksək vəzifələrdə çalışırlar.

Daha sonra İnformatika kafedrasının dosenti Natiq Quliyev fakültədə fəaliyyət göstərən Kibertəhlükəsizlik Klubu barədə məlumat verib.

Tədbir zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin nümayəndəsi Elvin Balacanov kibertəhlükəsizlik sahəsində dövlətin həyata keçirdiyi tədbirlər və milli strategiyanın əsas istiqamətləri haqqında danışıb. Layihə rəhbəri hüquq üzrə fəlsəfə doktoru Təbriz Cəfərov hibrid təhdidlərin informasiya məkanında yaratdığı risklərdən və onlara qarşı mübarizənin hüquqi-praktik aspektlərindən bəhs edib.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) baş katibi Fidan Əhmədova AKTA-nın bu sahədə gördüyü işlər və maarifləndirici təşəbbüslər haqqında məlumat verib. AKTA ekspertləri - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Lalə Məmmədli transmilli internet korporasiyalarının təhlükəsizlik standartları, Rəşad Əliyev isə texniki təhlükəsizlik standartları və kibergigiyena qaydaları haqqında çıxış ediblər.

Tədbir çərçivəsində tələbələr kibertəhlükəsizlik və hibrid təhdidlər üzrə mövcud risklərə qarşı effektiv yanaşmalar və texnoloji həllər barədə məlumatlandırılıblar.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri