BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 4 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş mərkəzi ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin nümayəndələri arasında onlayn formatda işgüzar görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi tələbə və məzunların maliyyə və investisiya sahəsində bilik və bacarıqlarının artırılması, qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Universitetin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova Karyera və məzunlarla iş mərkəzinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O bildirib ki, Mərkəzin əsas məqsədi tələbə və məzunların karyera planlamasında düzgün istiqamətləndirilməsi, əmək bazarına daha çevik və uğurlu adaptasiyasına dəstək göstərməkdir. Bu istiqamətdə həyata keçirilən layihələr tələbə və məzunların müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsinə, peşəkar mühitlə əlaqələrinin genişləndirilməsinə xidmət edir.
“PAŞA Kapital İnvestisiya Şirkəti”nin marketinq və kommunikasiyalar üzrə rəhbəri Gülşən Cumayeva isə BDU tələbələri üçün nəzərdə tutulmuş “Gələcəyin investoru” layihəsi haqqında məlumat verib. O vurğulayıb ki, layihənin məqsədi investisiya və maliyyə sahəsinə maraq göstərən tələbələrə kapital bazarları üzrə praktiki biliklər qazandırmaq, onları real bazar nümunələri ilə tanış etmək və maliyyə savadlılığını artırmaqdır.
Görüş çərçivəsində “Gələcəyin investoru” layihəsi üzrə keçiriləcək təlimlərin formatı, proqramın məzmunu, praktiki yanaşmalar və icra mexanizmləri müzakirə olunub. Tərəflər bu cür təşəbbüslərin tələbələrin peşəkar inkişafına mühüm töhfə verdiyini və universitet-iş dünyası əməkdaşlığının gücləndirilməsi baxımından əhəmiyyət daşıdığını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 04 Fevral 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















