Icma.az
close
up
RU
“Bədən güclü olduqca ruh da güclənir” Qılıncoynatmanın qadın siması Mehriban Cəfərovanın ə MÜSAHİBƏSİ + FOTO

“Bədən güclü olduqca ruh da güclənir” Qılıncoynatmanın qadın siması Mehriban Cəfərovanın ə MÜSAHİBƏSİ + FOTO

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

O, həm müəllim, həm idman ustası, həm də gənclərin sağlam inkişafı uğrunda çalışan bir təlimçidir. Səbail rayonu M. Rəhim adına 7 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi və Azərbaycan Qılıncoynatma Federasiyasının məşqçisi Mehriban Cəfərova bu gün həm də OVEP təlimçisi kimi gənclərlə birgə fəaliyyət göstərir. Onun fikrincə, OVEP yalnız idman deyil, həm də əməkdaşlıq, dürüstlük və sağlam rəqabət dərsidir.

İdman.Biz Mehriban Cəfərova ilə idmanda motivasiyanın əhəmiyyəti, qardaşı ilə olan ortaq peşə maraqları və gənclərlə işləməyin incəlikləri barədə söhbətləşib.

– Qılıncoynatma ilə məşğul olmaq sizə ən çox nə hiss etdirir və sizi motivasiya edən nədir?

– Qılıncoynatma mənim üçün əvəzolunmaz bir idman növüdür. Əvvəllər hobbi kimi başladım, amma zaman keçdikcə bu idman mənim üçün bir həyat tərzinə çevrildi.

– Qardaşınız Etibar Cəfərov da qılıncoynatma ilə məşğuldur. İdmana olan bu ortaq sevgi sizi daha çox rəqib, yoxsa komanda yoldaşı edir?

– Mən idmana beşinci sinifdə oxuyarkən başlamışam. Bu idman növü mənim üçün çox maraqlı idi. Qardaşım məndən kiçik olsa da, onu da həvəsləndirdim. İkimiz də sovet dövründə yığma komandanın üzvü olmuşuq və idman ustası dərəcəsinə sahibik. Hazırda hər ikimiz məşqçiyik - mən həm müəllimə, həm də məşqçiyəm. Maraqlarımız ortaqdır, bu da bizi daha da yaxınlaşdırır. Qardaşım çox gözəl bir psixoloq və yaradıcı insandır. Onunla fəxr edirəm.

– Sizi tez–tez OVEP təlimləri ilə bağlı layihələrdə görürük. Bu təlimlər gənclərə nə qazandırır və onların inkişafına necə töhfə verir?

– OVEP - Olimpiya Dəyərlərinin Tədrisi Proqramıdır. Məqsəd - məktəblərdə Olimpiya təhsilini və dəyərlərini təbliğ etməkdir. Bu proqram gənclərə “hörmət”, “dostluq” və “mükəmməllik” kimi olimpiya prinsiplərini aşılamağa xidmət edir. Əyləncəli və interaktiv idman oyunları vasitəsilə uşaqlar bu dəyərləri öyrənir və gündəlik həyatlarına tətbiq edirlər.

– Azyaşlı uşaqlarla işləmək çətin olsa da, çox maraqlıdır. Onlara dərs keçərkən ən çox nəyə diqqət yetirirsiniz və bu yaş qrupunu idmana necə həvəsləndirirsiniz?

– Bəli, azyaşlı uşaqlarla işləmək həm çətin, həm də çox maraqlıdır. Uşaqlar oyun və diqqət mərkəzində olmağı sevirlər. Ona görə də mən dərslərimdə maraqlı və hərəkətli oyunlardan istifadə edirəm. Bu, onların idmana olan marağını artırır. Qılıncoynatma həm intellektual, həm də çeviklik tələb edən bir idman növüdür. Mən uşaqlara daima deyirəm: bədən güclü olduqca ruh da güclənir. Sağlam bədən - sağlam ruhun açarıdır.

Yusif Sadıqlı
FOTO: İslam Atakişiyev

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 31 Oktyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see212

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see163

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see140

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see137

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri