BƏƏ İranı maliyyələşdirməklə bağlı iddiaları rədd edir
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) beynəlxalq mediada İranı maliyyələşdirdiyinə dair iddiaları qəti şəkildə təkzib edib.
Turkustan.az xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyi məsələ ilə bağlı X sosial media platformasındakı hesabı vasitəsilə açıqlama yayıb. Bəyanatda İrana vəsait köçürüldüyü iddia edilən xəbərlər qəti şəkildə təkzib edilib və xüsusilə 3 milyard dollar məbləğində vəsaitin köçürülmədiyi bildirilib.
Bəyanatda iddiaların "tamamilə yalan və əsassız" olduğu vurğulandı və BƏƏ vasitəsilə dondurulmuş İran vəsaitlərinin sərbəst buraxılmadığı, köçürülmədiyi və ya asanlaşdırılmadığı bildirildi.
Bəyanatda media təşkilatları "dəqiqlik prinsiplərinə riayət etməyə, rəsmi mənbələrə etibar etməyə və təsdiqlənməmiş məlumatların və əsassız iddiaların dərc edilməsindən və ya yayılmasından çəkinməyə" çağırılır.
Bəzi beynəlxalq xəbər təşkilatları BƏƏ-nin İrana 10 milyard dollarlıq vəsait köçürməyə razı olduğunu və bu məbləğin 3 milyard dollarının artıq köçürüldüyünü iddia etmişdi.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 13 İyun 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















