Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

“BƏƏ nin addımı: kartel dövrünün sonuna doğru?”

“BƏƏ nin addımı: kartel dövrünün sonuna doğru?”

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Birləşmiş Ərəb Əmirliklərinin 1 may 2026-cı il tarixindən etibarən OPEC-dən çıxacağını elan etməsi qlobal neft bazarlarında “kartel dövrünün” sarsıldığının ən bariz göstəricisidir. Bu radikal qərar İranla yaşanan gərginlik fonunda Hörmüz boğazından neft daşınmasının riskli və çətin olduğu strateji krizis dövrünə təsadüf edir.

Abu Dabi bu addımı ilə həm OPEC-in məhdudlaşdırıcı kvotalarından qurtulmağı, həm də müharibə şəraitində öz milli enerji təhlükəsizliyini müstəqil şəkildə idarə etməyi hədəfləyir. Təşkilatın ən güclü üzvlərindən birinin gedişi regional münaqişələrin iqtisadi ittifaqlardan daha üstün tutulduğunu nümayiş etdirərək neft birjasında qeyri-müəyyənliyi pik həddə çatdırıb. BƏƏ-nin bu gedişi sadəcə iqtisadi bir seçim deyil, həm də Yaxın Şərqdəki hərbi-siyasi qarşıdurmanın enerji bazarındakı ən ağır zərbəsidir.

Bu vəziyyət dünya iqtisadiyyatına necə təsir edəcək?

İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən çıxmaq qərarı ilk baxışda iqtisadi addım kimi görünsə də, əslində daha geniş geosiyasi kontekstdə qiymətləndirilməlidir. Qərar beynəlxalq enerji idarəetmə modelində institutların rolunun zəifləməsi ilə bağlı bir göstərici kimi çıxış edir. Uzun illər bazarda nisbi sabitlik yaradan kollektiv mexanizmlərin əvvəlki qədər effektiv olmaması enerji bazarının dəyişən şərtlərə uyğunlaşma çətinliyini ortaya qoyur.

“Eyni zamanda, Yaxın Şərqdə artan geosiyasi risklər iqtisadi əməkdaşlıq platformalarının təsir gücünü bir qədər arxa plana keçirir. Nəticədə, enerji bazarında baş verən proseslər artıq təkcə iqtisadi məntiqlə deyil, daha çox güc siyasəti və təhlükəsizlik prioritetləri ilə formalaşır.

Bu qərarın ən ciddi nəticəsi bazarda qeyri-müəyyənliyin dərinləşməsidir. OPEC-in əsas funksiyası təklifin koordinasiyası vasitəsilə qiymət sabitliyini qorumaq idi. Lakin BƏƏ kimi aparıcı istehsalçının bu mexanizmdən çıxması OPEC-in yalnız zəifləməsi ilə məhdudlaşmır, həm də onun faktiki olaraq təsir gücünün azalması kimi qiymətləndirilir. Bu isə bazarda daha aqressiv rəqabət mühitinin formalaşmasına və istehsalçıların fərdi maraqlar əsasında hərəkət etməsinə şərait yaradacaq. Neft qiymətlərində dalğalanmaların daha kəskin və daha tez-tez baş verməsi real riskə çevriləcək. Xüsusilə Hörmüz boğazı kimi kritik tranzit nöqtəsində təhlükəsizlik risklərinin artdığı bir şəraitdə bu cür parçalanma bazarı daha həssas və daha kövrək edir”, – deyə iqtisadçı bildirib.

Əli Səlimov hesab edir ki, proseslərin beynəlxalq iqtisadiyyat üçün nəticələri də kifayət qədər ciddidir. İlk növbədə, enerji qiymətlərindəki qeyri-sabitlik qlobal inflyasiya təzyiqlərini gücləndirəcək və bu, xüsusilə enerji idxalından asılı iqtisadiyyatlarda artım perspektivlərini zəiflədəcək. Bu isə uzunmüddətli perspektivdə enerji sektorunda və ona bağlı sahələrdə inkişaf tempinin ləngiməsinə gətirib çıxara bilər. “Doğrudur, bəzi ixracatçı ölkələr qısamüddətli gəlir artımından faydalana bilər, lakin bu üstünlük sistemli qeyri-sabitlik dövründə dayanıqlı hesab edilə bilməz.

Şübhəsiz ki, BƏƏ üçün kvota məhdudiyyətlərindən çıxmaq əlavə hasilat və gəlir imkanları yaradır. Lakin qərarın regional gərginliyin artdığı və xüsusilə İranla münasibətlərin mürəkkəbləşdiyi bir dövrdə verilməsi onun arxasında dayanan siyasi və təhlükəsizlik motivlərinin daha həlledici rol oynadığını göstərir”, – deyə iqtisadçı bildirib.

İqtisadçı qeyd edib ki, məsələni təkcə iqtisadi və ya siyasi seçim kimi dəyərləndirmək doğru olmaz. Əksinə, burada iqtisadi rasionallıq getdikcə geosiyasi reallıqlara tabe olur. BƏƏ-nin qərarı da məhz bu tendensiyanın təzahürüdür. Enerji siyasəti artıq kollektiv bazar idarəetməsindən uzaqlaşaraq milli təhlükəsizlik və strateji müstəqillik alətinə çevrilib.

“Yekun olaraq isə bu addımın beynəlxalq enerji bazarında dərhal kəskin dəyişiklik yaratmasa da, uzunmüddətli perspektivdə daha parçalanmış, daha az koordinasiya olunan və daha yüksək riskli bir sistemin formalaşmasını sürətləndirəcəyini demək olar. Bu da dünya iqtisadiyyatını yalnız daha qeyri-sabit deyil, eyni zamanda daha az proqnozlaşdırıla bilən və idarə olunması daha çətin bir mühitə doğru aparacaq”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 May 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri