Bəhlul Mustafazadə: Müəyyən epizodlarda referinin rəqibə simpatiyasının olduğu sezilirdi
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Qarşılaşmanın son anlarında daha məsuliyyətli oyun sərgiləsəydik, məğlub olmazdıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə deyib.
Müdafiəçi Azərbaycan Kubokunun finalında "Sabah"a məğlub olduqları (2:3) görüşü şərh edib:
"Öz səhvimiz ucbatından məğlub olduq. Azarkeşlər maraqlı matça şahidlik etdilər. Təəssüflər olsun ki, "qızıl dubl" etməyə bu qədər yaxın olduq, amma şansı qaçırdıq. Belə üzücü məğlubiyyətdən dərs çıxarmaq lazımdır".
O, qarşılaşmanın baş hakimi İnqilab Məmmədovun müəyyən epizodlarda rəqib komandaya simpatiya bəslədiyini söyləyib:
"Açığı epizodların təkrarına baxmamışam. Lakin müəyyən epizodlarda referinin rəqibə simpatiyasının olduğu sezilirdi. Bununla belə, rəqibin qələbəsinə kölgə salmaq istəmirik. Lakin düşünürəm ki, daha yaxşı hakim idarəçiliyi ola bilərdi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 01 İyun 2025 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















