Icma.az
close
up
RU
Bəhməz acqarına, yoxsa toxqarına qəbul edilməlidir?

Bəhməz acqarına, yoxsa toxqarına qəbul edilməlidir?

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəhməz əsrlərdir süfrələrdə yer alan təbii qidalardan biridir və tərkibindəki vitamin və minerallar sayəsində sağlamlıq üçün faydalı hesab olunur. Üzüm, tut və keçibuynuzu kimi meyvələrdən hazırlanan bəhməz təbii şəkər mənbəyi olmaqla yanaşı, dəmir, kalium və kalsium baxımından da zəngindir. Bəs bəhməzi acqarına qəbul etmək daha faydalıdır, yoxsa toxqarına?

Lent.az bəhməzin faydalarını təqdim edir:

Bəhməzin hansı vaxtda qəbul edilməsi də ən az miqdarı qədər önəmlidir. Bir çox insan onun acqarına, yoxsa toxqarına qəbul edilməsinin daha faydalı olduğunu düşünür. Mütəxəssislərin sözlərinə görə, bu sualın cavabı insanın sağlamlıq vəziyyətindən və qəbul məqsədindən asılıdır. Bununla belə, bəzi ümumi tövsiyələr mövcuddur.

Bəhməzi acqarına qəbul etməyin faydaları

Səhər saatlarında ölçülü miqdarda qəbul edilən bəhməz tərkibindəki təbii karbohidratlar sayəsində orqanizmə tez enerji verə bilər. Xüsusilə səhər yeməyindən əvvəl və ya səhər yeməyi ilə birlikdə qəbul edildikdə günə daha enerjili başlamağa kömək edə bilər. Bəhməzdə olan dəmirin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsi üçün onu C vitamini ilə zəngin qidalarla birlikdə qəbul etmək tövsiyə olunur. Bu, dəmirin sorulmasını artırır.

Bəhməzi toxqarına qəbul etmək kimlər üçün daha uyğundur?

Qanda şəkər səviyyəsinin dəyişməsinə həssas olan insanlar üçün bəhməzi yeməkdən sonra və ya zülal və liflə zəngin qidalarla birlikdə qəbul etmək daha məqsədəuyğun hesab olunur. Məsələn, onu yoqurt, tahin və ya tam taxıllı çörəklə birlikdə yemək qanda şəkərin daha sabit yüksəlməsinə kömək edə bilər. Şəkərli diabet və ya insulin müqaviməti olan şəxslər isə bəhməzin qəbul miqdarını mütləq həkim və ya dietoloqun tövsiyəsinə əsasən müəyyən etməlidirlər.

Miqdarına diqqət yetirmək vacibdir

Bəhməz təbii məhsul olsa da, tərkibində yüksək miqdarda təbii şəkər var. Buna görə də həddindən artıq istifadə gündəlik şəkər qəbulunu artıra bilər. Mütəxəssislər sağlam insanlar üçün gündə 1-2 xörək qaşığı bəhməzin kifayət etdiyini, onun balanslı qidalanmanın bir hissəsi kimi qəbul edilməsinin daha düzgün olduğunu bildirirlər.

C vitamini ilə birlikdə qəbul etmək üstünlük yaradır

Bəhməzdəki dəmirin daha yaxşı mənimsənilməsi üçün onu C vitamini ilə zəngin qidalarla birlikdə yemək məsləhət görülür. Səhər yeməyində təzə sıxılmış portağal şirəsi, kivi, çiyələk və ya yaşıl bibərlə birlikdə qəbul edilməsi dəmirin sorulmasını dəstəkləyə bilər. Bunun əksinə olaraq, çay və qəhvənin dəmirin sorulmasını azaltdığı məlumdur. Buna görə də bu içkiləri bəhməz qəbul etdikdən ən azı bir saat sonra içmək tövsiyə edilir.

Hamı üçün eyni qayda yoxdur

Bəhməzin acqarına və ya toxqarına qəbul edilməsi ilə bağlı hər kəs üçün keçərli olan vahid qayda yoxdur. Sağlam insanlar onu ölçülü miqdarda olmaq şərti ilə səhər acqarına və ya səhər yeməyi ilə birlikdə qəbul edə bilərlər. Qanda şəkər səviyyəsinə nəzarət etməli olan şəxslər üçün isə bəhməzi toxqarına və ya zülal və liflə zəngin qidalarla birlikdə qəbul etmək daha məqsədəuyğundur. Ən vacib məqam porsiyaya nəzarət etmək və bəhməzi balanslı qidalanmanın bir hissəsi kimi istehlak etməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 İyul 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see319

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see310

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see263

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see257

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see256

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see241

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see235

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see232

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see214

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see214

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see210

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see208

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see207

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see204

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see201

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see201

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see200

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see182

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri