Bəhruz Nəbiyev Beynəlxalq Polo Federasiyasının Baş Assambleyasında iştirak edib
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Beynəlxalq Çövkən Federasiyasının (ICF) prezidenti Bəhruz Nəbiyev Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Beynəlxalq Polo Federasiyasının (FIP) Baş Assambleyasında iştirak edib.
"Report"un Peşəkar Çövkən Liqasının mətbuat xidmətinə istinadən məlumatına görə, assambleyada FIP-ə üzv ölkələrin nümayəndələri ilə yanaşı, ICF-nin baş katibi Makey Olbriks xüsusi qonaq qismində iştirak ediblər.
Tədbirə virtual şəkildə qatılan B.Nəbiyev çövkən və polonun oxşarlığını vurğulayıb, bu iki idman növünü dünyada tanıtmaq üçün birgə strategiyanın hazırlanmasının vacibliyini bildirib.
Tədbir çərçivəsində M.Olbriks FIP prezidenti Pyerro Dillier və qurumun baş direktoru Alexandro Teylor ilə görüşərək, hər iki fedrasiya arasında dostluq memorandumunun hazırlanması üzrə müzakirələr aparıb.
Xüsusilə Bakıda çövkən üzrə dünya çempionatının təşkil edilməsi ideyası böyük maraqla qarşılanıb.
Bu assambleya polo və çövkən icmaları arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı inkişafın təşviqi və hər iki idman növünün dünyada tanınması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 12 Dekabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















