Icma.az
close
up
RU
Bektaşi Sufi Zaviyə Mədrəsəsi FOTO

Bektaşi Sufi Zaviyə Mədrəsəsi FOTO

Icma.az bildirir, Sia Az portalına istinadən.

Geosiyasi vəziyyətinə görə karvan yollarının tranzit mərkəzlərindən biri kimi Naxçıvan ərazisi müstəsna rola sahib olmuşdur. Bu da istər-istəməz dini olaraq, məscidlərin, təkkə, mədrəsə və minarələrin elmi olaraq, rəsədxana, memarlıq və.s mülki olaraq, hamamlar, karvansaralar və digər ticari komplekslərin, bazarların yaranmasına səbəb olmuşdur. İmkanlı torpaq sahiblərinin, yüksək səviyyədə ruhani şəxslərin, bir sıra şəhər hakimlərinin xidməti sayəsində əhalini təmiz su ilə təchiz edən kəhrizlərin, suvarma sitemlərinin istifadəyə verilməsi, ərazidə dini-mənəvi ocaqların yaranması, təlim-tərbiyə mərkəzlərinin qurulması həmin ərazilərin inkişafına gətirib çıxarmışdı.

Şərq ölkələrində olduğu kimi, Naxçıvanda da Zaviyə, Dərqah, Zaviyə-Mədrəsə, Zaviyə Məscidi və bu kimi məkanlar bir növ tədris-tərbiyə mərkəzi kimi fəaliyyətdə olmuş, insanların ruhi və elmi tələbatını ödəmək üçün geniş yayılmışdır. Haqqında söhbət açacağımız Bektaşi- Sufi Zaviyəsi bu ocaqlardan ən əhəmiyyətlisi olub Azərbaycanda Türk-İslam təsəvvüfünün bariz münunədir. Bu tarixi-memarlıq abidəsi zaman-zaman müəyyən dəyişikliklərə məruz qalsa da, Bektaşilik sufizmini özündə ehtiva edir. Bektaşilik təliminin ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da yayılmasını bir sıra orta əsr yazılı qaynaqları və tikililəri də təsdiq etməkdədir. Naxçıvanda Bektaşiliyin təməlini Hacı Bektaş Vəlinin nəslindən olan müasir Bektaşilərin ulu babası, XIV əsrin axırları və XV əsrin əvvələrində yaşamış Canan Bəy Bektaşi qoymuşdur. Naxçıvanın şimal şərqində yerləşən və bu gün də mövcüd olan Canan Bəy kəhrizi (çeşməsi) və bu çeşmədən qaynaqlanan Bektaş arxı da buna sübutdur. Bektaşilik fəlsəfəsi türkçülüyə aid olan tasəvvüf üzərində qurulmuş, bununla yanaşı, şamançılıq, şərq və qərb mədəniyyətini özündə əks etdirən ən müasir və demokratik fəlsəfədir. Ən yüksək mənada insanı və toplumu müqəddəs varlıqla bağlılığa, mənəvi əxlaqi saflığa, kamillik zirvəsinə yiyələnməyə çağırır. Bügünkü türkçülüyün formalaşmasında Bektaşi düşüncəsinin rolu əvəsizdir. “Öncə insan ol”, “Elmlə gedilməyən yolun sonu qaranlıqdır”, “Qadınları oxudun ki, gələcək nəsillər bilikli anaların əlində yetişsin” kimi hikmətlər onların fəlsəfəsinin mahiyyətini ortaya qoyur. Bektaşi nəsilləri tədis-təlim ocaqlarının yaranması üçün fəaliyyət göstərərək orta əsrlərdə mühüm işlər görmüşlər. Təsadüfi deyildir ki, şəhərin mərkəzində yerləşən Zaviyə mədrəsəsi də elə bu məqsəd ilə yaranmışdır. Zaviyənin tikintisində Xorasandan, Konyadan gələn məsləhətçilər, ustalar iştirak etmiş, Bektaşi bəylərinin xüsusilə, Can və Bektaş bəyin xidmətləri böyük olmuşdur. Zaviyə mədrəsə tipində tikildiyindən buraya Zaviyə Mədrəsəsi də deyilmişdir. Daxili quruluşunda ayrıca hücrələr, təlim güşələri, toplantı üçün Avlu, daxili giriş, üst qatda əsas heyət yəni, baba və şeyxlər üçün otaqlar olmuşdur. Aşağıda geniş həyət, hovuz, bağça var idi. Giriş qapısından sağda və üzbəüz yardımcı otaqlar qonaqları yedirib-içirmə və istirahəti üçün nəzərdə tutulmuşdu. Müəyyən otaqlarda isə orada oxuyan tələbələr qalırdı. Hovuz ətrafında dəstamaz almaq üçün xüsusi şərait yaradılmışdı. Bektaşi sufizmini əks etdirən abidənin üst dam örtüyü 4 guşədən ibarət olub, 4 qapı və 40 məqamı ifadə etmişdir. Eyni zamanda dünyanın 4 cəhətini, 4 fəslini, 4 ünsürünü ifadə edirdi. Bina həm də indiki H. Əliyev prospekti ilə Təbriz küçəsinin birləşdiyi yerdə, yəni 4 yol ayrıcında inşa edilmişdir. Abidə bucaq şəklində simmetrik olub binaya bitişik məscid qanadı da əlavə edilmiş, həyətə və məscidə birbaşa ayrı-ayrı girişlər olmuşdur. Məhz buna görə, bəzən Zaviyə Məscidi də adlandırılmışdır. Zaviyənin giriş qapısında Bektaşilərə məxsus “Nad Əliyyən” duası yazılmışdı. İçəri divarlarda hikmətlər, sufizmə dair deyimlər, Qurandan ayətlər işlənmişdir. Müəyyən dövrlərdə bunlar silinmiş və müxtəlif rituallar yoxa çıxmışdır. Zaviyədə dini və dünyəvi elmlər tədris edilmiş, ədəb- ərkan, ərdəmlilik prinsipləri əsas meyar kimi götürülmüş, tələbələr öncə mənəvi yetişdirilərək sonra elmi biliklərə başlamışlar. Hətta musiqi və şeriyyət dərsləri belə verilmişdir. Burada “Əlinə, belinə, dilinə sahib ol!” təlimi hakim olmuşdur. Səyyahlar, tacirlər, alim və üləmalar, digər qonaqlar buranı ziyarət etmiş həm də müəyyən bölgələrə getmək üçün kömək almışlar. Bektaşi ailələri Zaviyə ətrafinda kompakt yaşamışlar və orada da tədris-təlim fəaliyyətlərini, dini və sufi ibadətlərini yerinə yetirmişlər. Ümumiyyətlə, o ərazi Bektaşi məhəlləsi, bəzən də zaviyə məhəlləsi adlandırılmışdır.Zaviyə haqqında müxtəlif arxiv sənədləri mövcuddur. XX əsrin ilk illərində Naxçıvanda olmuş Rus Şərqşünasi K. N. Smirnov Zaviyədə Mirzə Cabbar Ağa Bektaşi ilə görüşdüyünü və evində qonaq olduğunu yazır. Onun ulu babası İsmayıl Bəyin XVIII əsrdə xanlığın münşisi (hakimi) olduğunu qeyd edərək, bu nəslin əlində onun tərəfindən tərtib edilmiş Zend və Qacar dövrünə aid Naxçıvan Xanlarının İran hakimləri ilə yazışma sənədlərinin sürətlərinin cildlənmiş məcmuəsi olduğunu və Bektaşilərin zəngin kitabxanaya malik olduqlarını bildirir. Bektaşilərin bu məbəddə Naxçıvanın ictimai-siyasi həyatında, şəhər və bölgə insanlarının maariflənməsində böyük rolu olmuşdur.

Sovet dövrünün müəyyən illərində Zaviyə müxtəlif məhdudiyyətlərə məruz qalmış, hətta hökümət bir tərəfini anbar kimi zəbt etmişdir. Buna baxmayaraq, 30-cu illərədək Bektaşilər buranı çayxana kimi işlətmiş, görüş yeri kimi müxtəlif tədbirlər, şeir məclisləri, hüquq məsləhətləri və s üçün istifadə etmişlər. Tədqiqatçı alim Lətif Hüseynzadə şahid olaraq vurğulayır ki, XX əsrin əvvəllərində bu bina Bektaşilərin və Naxçıvanın görkəmli ziyalılarının görüş və toplantı yeri idi. Sonralar “Pioner və Məktəblilər Evi” kimi fəaliyyət göstərmiş, Bektaşi uşaqları da buradakı dərnəklərdə məşgul olmuş, müxtəlif tədbir və sərgilərdə iştirak etmişlər. Məhz, bu zamanda da Məbəd öz müqəddəs işini görmüşdür. “Cavid Poeziya Teatrı” da müəyyən illərdə burada yerləşmiş, sanki o abu-havanı qorumağa çalışmışdır. Nəsillər gedir, Məbəd isə qalır, Türk-İslam fəlsəfəsinin qaynaqlarından biri kimi, nəsillərə xitab etmiş bu memarlıq abidəsi və Bektaşi sufizminin yadigarı Naxçıvan tarixinin, o cümlədən, Naxçıvan Pedaqoji tarixinin izini özündə qoruyur. Bu torpağın, bu məkanın keçmişindən, insanının şərəfli həyat yolundan xəbər verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Sentyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri