Icma.az
close
up
RU
Belarus yükləri Azərbaycan dəmir yolu ilə daşınacaq

Belarus yükləri Azərbaycan dəmir yolu ilə daşınacaq

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Belarus tərəfi Azərbaycan ərazisindən keçməklə Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə Türkiyəyə, eləcə də Şimal–Cənub marşrutu ilə İrana yüklərin göndərilməsində maraqlıdır. Bu fikir Bakıda “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini Arif Ağayev və Belarus Dəmir Yollarının sədr müavini Andrey Yakobsonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə səsləndirilib.

Görüş zamanı Şimal – Cənub dəhlizi üzrə əməkdaşlığın gücləndirilməsi üçün bu ilin oktyabrında Rusiya Dəmir Yollarının da iştirakı ilə keçirilmiş üçtərəfli görüşdə müzakirə edilmiş tarif siyasəti, daşıma texnologiyaları və rəqəmsallaşma barədə danışıqların davam etdirilməsi ilə bağlı əldə olunmuş razılaşdırmadan söhbət açılıb. Bununla yanaşı, Azərbaycan Dəmir Yollarının vaqon parkının Belarus istehsalı olan hərəkət tərkibləri ilə genişləndirilməsi barədə danışıqlar aparılıb. Hər iki tərəf universal, qapalı və sistern tipli vaqonların Azərbaycana tədarükü imkanlarını müzakirə etməyə hazır olduğunu bildirib.

Görüşdə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, ortaq maraq doğuran layihələrin həyata keçirilməsi, iki ölkə arasında müntəzəm yükdaşımaların təşkili, o cümlədən konteyner qatarlarla yüklərin göndərilməsi barədə fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri