Belçikada Azərbaycan Ermənistan münasibətlərinə dair qərəzli qətnamə layihəsi ilə əlaqədar dinləmələr keçirilib
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Belçika Parlamentinin Xarici əlaqələr komissiyasında Azərbaycan-Ermənistan münasibətlərinə dair hazırlanmış qərəzli qətnamə layihəsi ilə bağlı dinləmələr keçirilib.
AZƏRTAC xəbər verir ki, səfir Vaqif Sadıqov komissiya üzvləri qarşısında çıxış edib, onların ermənilərin fikirlərinə əsaslanan və regiondakı mövcud reallıqları əks etdirməyən çoxsaylı suallarını cavablandırıb.
Eyni zamanda, müzakirələrdə Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdış hüququ, vaxtilə işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən həyata keçirilmiş total dağıdıcılıq siyasəti, ölkəmizin üzləşdiyi mina problemi və itkin düşmüş şəxslərlə bağlı məsələlər diqqət mərkəzində saxlanılıb. Həmçinin vurğulanıb ki, 2020-ci ildən sonra bölgədəki mövcud reallıqlar Ermənistan hökuməti tərəfindən qəbul edildiyi bir vaxtda, bəzi Avropa ölkələrinin parlament təsisatları tərəfindən fərqli təqdim olunur. Bu isə Azərbaycan və Ermənistan arasında həssas normallaşma prosesinə təsir göstərir.
Səfir Azərbaycan tərəfinin parlamentariləri maraqlandıran bütün məsələlərlə bağlı konstruktiv dialoqa hazır olduğunu bildirib. Həmçinin dayanıqlı sülhə və iki ölkə arasında münasibətlərin inkişafına xidmət etməyən adıçəkilən qətnamə layihəsinin qəbuluna təkrar baxılacağına ümidvar olduğunu diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 09 Aprel 2025 21:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















