Icma.az
close
up
RU
Belçikada deputatlar ABŞ istehsalı olan F 35 təyyarələrinin alınmasına etiraz ediblər

Belçikada deputatlar ABŞ istehsalı olan F 35 təyyarələrinin alınmasına etiraz ediblər

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Belçikada ABŞ istehsalı olan F-35 qırıcı təyyarələrinin alınması ilə bağlı qərar siyasi mübahisələrə səbəb olub. Hökumətin müdafiə xərclərini artırmaq çərçivəsində 11 yeni F-35 təyyarəsi almaq planı bir qrup belçikalı deputatın ciddi etirazı ilə qarşılanıb. Onlar bu alışın ləğvi üçün parlamentə qətnamə layihəsi təqdim ediblər.

AZƏRTAC xəbər verir ki, Belçika hökuməti ötən ilin iyul ayında iqtisadiyyat naziri vasitəsilə donanmadakı döyüş təyyarələrinin sayını artırmaq məqsədilə ABŞ-dan əlavə 11 ədəd F-35 qırıcısının alınacağını açıqlamışdı. Lakin yanvarın 19-da Belçika Əmək Partiyasının (PTB) deputatları bu qərara qarşı çıxaraq alışın dayandırılmasını tələb edən qətnamə layihəsi irəli sürüblər.

Qətnamə müəllifləri bu proqramın yüksək maliyyəsini, F-35 təyyarələri ilə bağlı texniki problemləri və ən əsası Belçikanın ABŞ-dan artan asılılığını tənqid edirlər. “Biz bu bahalı, təhlükəli və faydasız layihəyə qarşıyıq”, deyə deputatlar bildiriblər. Onların hesablamalarına görə, təxminən 1,67 milyard avro dəyərində olan bu müqavilə əvəzinə 40 ibtidai məktəb tikmək, 10 min uşaq bağçası yeri yaratmaq və ya müasir bir xəstəxana inşa etmək mümkün olardı. Deputatların əsas narahatlığı ölkənin müdafiə sahəsində ABŞ-dan asılı vəziyyətə düşməsidir. Onların fikrincə, F-35 təyyarələrində istifadə olunan bəzi xüsusi sistemlər Belçikanın suverenliyi və məlumat təhlükəsizliyi baxımından risklər yarada bilər. Bu narahatlıqlar ABŞ Prezidenti Donald Trampın son açıqlamaları fonunda daha da artıb.

Qeyd edək ki, Belçika artıq 2018-ci ilin oktyabrında F-16 təyyarələrini əvəz etmək məqsədilə 34 ədəd F-35 qırıcısının alınmasına qərar verib. Bunun ardınca 11 yeni təyyarənin sifarişi gündəmə gəlib. Buna baxmayaraq, mövcud prosedurların mürəkkəbliyi və eyni tipli donanmanın saxlanmasının təlim və texniki xidmət baxımından daha məqsədəuyğun olması səbəbindən hökumətin bu qərardan geri çəkiləcəyi ehtimalı azdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Yanvar 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri