Icma.az
close
up
RU
Belçikanın 57 il əvvəl Bakıda çəkdiyi sənədli film

Belçikanın 57 il əvvəl Bakıda çəkdiyi sənədli film

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1968-ci ildə Belçikanın RTBF İctimai Televiziyası Azərbaycanda sənədli film çəkib. 

AzPost bildirir ki, qrafik dizayner Rəsul Həsən bu filmin görüntülərini yayımlayıb.

Filmdə “Neft Daşları”nda çalışan neft mühəndisi Həsən Hümbətovun timsalında azərbaycanlı neftçilərin iş və həyatı əsk edilir.

Kadrlarda 60-cı illərin Bakısı, Neft Daşları orada çalışanlar əks olunur.

Qeyd edək ki, sonralar texnika elmləri doktoru, professor olmuş Həsən Həşim oğlu Hümbətov neft və qazın saxlanması və nəqli sahəsində tanınmış alim olub.

Həsən Hümbətov Naxçıvan şəhərində anadan olub. 1959-cu ildə “Neft yataqlarının işlənilməsi və istismarı” ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirib.

Əmək fəaliyyətinə “Neft Daşları” NQÇİ-də operator kimi başlayaraq, usta köməkçisi, neft hasilatı ustası kimi müxtəlif vəzifələrdə işləyib. 1968–1992-ci illərdə Hümbətov H. H. “Nərimanovneft” NQÇİ-də rəis vəzifəsində çalışıb. Burada onun rəhbərliyi altında kompleks elmi-tədqiqat işləri aparılaraq, əldə edilmiş nəticələr müvəffəqiyyətlə istehsalata tətbiq edilib.

1971-ci ildə namizədlik, 1996-cı ildə isə “Azərbaycanın dəniz neft yataqlarının mürəkkəb şəraitlərində neftin yığılması, nəqli və hazırlanması proseslərinin səmərəliliyinin artırılması” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.

1992–1994-cü illərdə “Azneft” İB-nin neft-qaz hasilatı üzrə Baş İdarəsinin neftin hazırlanması və nəqli istehsalat şöbəsinə rəhbərlik edib, dənizdə neft hasilatı üzrə İB-də baş mühəndis, daha sonra isə DETLİ-də direktor müavini olub.

Həsən Hümbətov yüksək ixtisaslı alim və mütəxəssis kimi kompleks elmi-tədqiqat işləri aparıb. Onun neft və qaz hasilatının artırılması üçün əldə etdiyi nəticələr müvəffəqiyyətlə istehsala tətbiq edilirdi.

H. Hümbətov 100-dən artıq elmi məqalənin və 23 monoqrafiyanın müəllifidir. 1999-cu ildə Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü seçilib və Avropa Beynəlxalq Biblioqrafik Mərkəzinin baş direktoru təyin edilib.

2001-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə “Şöhrət” Ordeni ilə təltif olunub.

O, 2003-cü ildə vəfat edib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 İyun 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri