Belçikanın müdafiə naziri: Türkiyəsiz təhlükəsizlik ssenarisinə güvənmirəm
Mia.az saytına istinadən Icma.az xəbər verir.
"Bizə - Avropaya türk xalqı, türk sənayesi, türk siyasəti və türk diplomatiyası lazımdır. Düşünürəm ki, bu, çox vacibdir. Türkiyəsiz təhlükəsizlik ssenarisinə güvənmirəm"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Belçika müdafiə və xarici ticarət naziri Teo Franken Türkiyənin Brüsseldəki səfiri Barış Tantekinin rəsmi iqamətgahda təşkil etdiyi qəbulda deyib.
Nazir çıxışında bildirib ki, 8 dekabrda ilk dəfə keçirilən Türkiyə-Belçika Müdafiə Sənayesi Günündə iştirak edib və belə tədbirlərin davamlı olması müsbət addımdır: "Türkiyə və Belçika əməkdaşlıq etməli və birlikdə çalışmalıdırlar. Türkiyənin çox güclü müdafiə sənayesi və böyük şirkətləri var. Belçika daha kiçik bir ölkədir. Bizim eyni ordumuz və ya eyni imkanlarımız yoxdur. Ancaq bizim Türkiyə kimi yüksək texnoloji imkanlarımız var. O səbəbdən hər iki ölkədən olan şirkətlər bir araya gəlməli, birgə layihələrlə bir-birlərini tamamlamalı və önə çıxmalıdırlar".
Franken deyib ki, Türkiyə ilə Belçika arasındakı ikitərəfli münasibətlər çox yaxşı vəziyyətdədir: "Ancaq hesab edirəm ki, iki NATO üzvü olaraq, biz əlaqələrmizi daha üst səviyyəyə çıxarmalıyıq"
Nazir Franken qeyd edib ki, Türkiyə Ukrayna ilə müharibə prosesində də aparıcı rol oynayır: "Türkiyə bu sahədə əhəmiyyətli təcrübəyə malikdir..."
Lamiyə
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 09 Dekabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















