“...Belə faşist hakimi bizim oyuna təyin ediblər” “Milli Dəstə”nin üsyanının əsası varmı?
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
“Avropanın iyrənc siyasətinin oyunlarıdı ki, belə faşist hakimi bizim oyuna təyin ediblər” – bu, yığmanı başqa ölkələrdə dəstəkləyən “Milli Dəstə”nin Ukrayna ilə oyundan sonra sosiaı şəbəkə hesabında yazdığı cümlədi.
“Milli Dəstə”nin hakimin milli mənsubiyyətinə işarə edib-etmədiyini bilmirik. Axı avstriyalılarla almanlar bir-birinə qohum, yaxın xalq sayılır.
Bəs avstriyalı Sebastyan Qishamer dünən nə dərəcədə ədalətli idi?
Birinci hissədə bir neçə dəfə aşkar sarı vərəqəlik epizod oldu ki, referi fitini səsləndirdi, amma vərəqə vermədi. Hissənin sonunda Malinovski açıq ayağını qaldırıb Emin Mahmudovun başına zərbə endirdi. Referi bunu, sadəcə, sarı vərəqə kimi dəyərləndirdi. Əslində VAR çağırmışdı, amma bu heç nəyi dəyişmədi.
İkinci hissədə də xeyli şübhəli epizod oldu. Amma əsas məqam başqadı. Aşkar görünürdü ki, oyunun sonlarında millimiz təzyiqi xeyli artırıb, çox istəklidi. 90-cı dəqiqənin tamamına bir dəqiqə qalmış Abdulax yerdə qaldı. VAR-a baxıldı, həkimlər meydana çıxdı, 3 dəqiqə yarım vaxt getdı. Artırılmış 2 dəqiqənin tamamında, 27 saniyə keçmiş oyun bərpa olundu. İkinci hissəyə isə 5 dəqiqə artırılmışdı. Amma Qishamer 5 dəqiqənin tamamında final fitini səsləndirdi. Bunun adının nə olduğunu deyə bilmirəm. Amma avstriyalı referinin bizə qarşı etdikləri faşizm olmasa da, böyük ədalətsizlik idi!
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 15 Oktyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















