Icma.az
close
up
RU
Belə məqamlar məni futboldan uzaqlaşdıra bilməz Ehtiram Quliyev azarkeşlərə ümid verdi

Belə məqamlar məni futboldan uzaqlaşdıra bilməz Ehtiram Quliyev azarkeşlərə ümid verdi

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev "Football-plus.az"ın reportyorunun da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavabladı.

O, klubun məlum bəyanatından sonra AFFA İntizam Komitəsi tərəfindən 20 min manat cərimələnməsi haqda bunları dedi:

"Narazı qaldığımız məqamları həmişə dilə gətirmişik, gətiririk və gətirəcəyik. Üzücü məqam belə hadisənin AFFA ilə dialoqumuzun ən yaxşı mərhələsində baş verməsi oldu. Üzgünük. İstər futbil ictimaiyyəti, istərsə də azarkeşlər qurumla klub arasında hansısa qarşıdurma yaşandığını zənn etdi. AFFA bir çox mövzuda bizə dəstək verir. Qurum həm lisenziyalaşdırma məsələsində, həm də stadionumuzun UEFA standartlarına uyğun hala gətirilməsində bizə yardım edir. Hər şey yüksək səviyyədədi. O başqa məsələ ki, məlum qərarın haqsız olduğunu düşünürük. Amma anlayışla qarşılayırıq. İlk belə cəza alan komanda deyilik və yəqin sonuncu da olmayacağıq".


Ehtiram Quliyev narazı olsalar da, bununla bağlı Apellyasiya Məhkəməsinə müraciət etməyəcəklərini bildirdi:

"Futbolçularımızın və azarkeşlərimizin bütün diqqətini yalnız oyunlara yönəltmək istəyirik. Bu üzdən məsələnin böyüdülməsinin tərəfdarı deyilik. Düzdü, bu mövzu İdarə Heyətinin qarşıdakı iclasında daha ətraflı şəkildə müzakirə olunacaq. Lakin ilkin qərar Apellyasiya Məhkəməsinə müraciət etməməkdi. Hər halda, bu məsələdə şərəf və layəqətin alçaldılmasından söhbət gedə bilməz. Düşünmürük ki, kimsə AFFA-nın haqlı olduğunu fikirləşsin. Əslində istəyimiz böyük bir şey deyildi. Sadəcə, matçın təxirə salınmasını xahiş etdik. Ola bilsin, uyğun vaxt deyildi və ya başqa səbəblər ortaya çıxdı. AFFA ölkə futboluna nəzarət edən qurumdu. Verdiyi qərarlara hörmətlə yanaşırıq. Sonradan AFFA-ya yeni təyin edilmiş baş katiblə (Cahangir Fərəcullayev nəzərdə tutulur - red.) görüşdük. Münasibətlər normaldı. Bütün məqamlara aydınlıq gətirmişik. Azarkeşlərimiz narahat olmasınlar. Biz şəraitdən asılı olmayaraq, istənilən halda klubumuzun mənafeyini qoruyacağıq. Etirazımız olanda dilə gətirəcəyik. Yenə də böyüdüləsi nəsə yoxdu".


Funksioner hakimlərin idarəçiliyi barədə də danışdı:

"VAR ölkəyə niyə gətirilib? Hakim də insandı. Bəzi məqamlar gözündən yayına bilər. Biz əsla hansısa qərəzin olduğunu düşünməmişik. Dünyanın sonu deyil ki... Belə məqamlar məni futboldan uzaqlaşdıra bilməz. Azarkeşlərimiz əsla narahat olmasın. Belə şeyin baş verməsi mümkün deyil. AFFA-da peşəkar insanlar çalışır. Yeni strateji layihənin reallaşdırılması yönündə addımlar atılır. Futbolun inkişafına dəstək olmalı, atılacaq addımların nəticələrini görməliyik. AFFA-nın yaxşı işlər görmək istədiyini hiss edirik. Yenə də hakim nöqsanlarıyla üzləşdiyimiz halda bildirəcəyik. Bugünkü hakimlik normal oldu. Yaxşı şeylərdən danışmaq lazımdı. Əvvəl də Hakimlər Komitəsinin sədri vəzifəsinə edilən təyinatın düzgün olduğunu demişdim. İndi də həmin fikirdəyəm. Bu il keçən ilə nisbətən yaxşı yöndə dəyişikliklər olub. Addım-addım irəliləmək lazımdı. Bu il hakimliyin səviyyəsi artıb. Mübahisəli epizodlar şərh olunur. Bəzən yanlış cavablar verilir, bəzən də susurlar. Bunu da anlayışla qarşılayırıq. "CBC Sport" haqda da mənfi fikirdə deyilik. Hava şəraitindən xəbərdar idik. Mən özüm də "Şamaxı" ilə matça gedə bilməmişdim. "CBC Sport" ilboyu çox böyük əziyyət çəkir, ortaya ciddi iş qoyur. Sadəcə, matç azarkeşlərin izləməsi üçündü. Biz həm şamaxılı, həm də tovuzlu tərəfdarların oyunu izləməsini istəyirdik".


Ehtiram bəy komandanın çıxışını da dəyərləndirdi:

"Bizi hazırda maraqlandıran əsas məsələ nəticələrdi. Xallar toplamalıyıq. Son oyunlarda xeyli zədəlimiz oldu. Yavaş-yavaş toparlanırıq. Ümid edirəm ki, qışda aldığımız futbolçular kollektivə uyğunlaşacaq və ümidlərimizi doğruldacaq. Düşünülmüş transferlər etməyə çalışdıq. Avrokuboklara yollanmaq iddiamız davam edir. Matçdan-matça daha yaxşı oyun göstərəcəyik".


KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Mart 2025 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see249

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see242

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see237

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see189

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see176

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see168

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see165

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see151

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see138

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see137

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see132

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see126

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see125

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see123

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see119

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri