Icma.az
close
up
RU
Belə qəzalar insanlarda təyyarə qorxusu yarada bilər Psixoloqdan XƏBƏRDARLIQ

Belə qəzalar insanlarda təyyarə qorxusu yarada bilər Psixoloqdan XƏBƏRDARLIQ

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünən “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi etməsi səbəbi ilə təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29-u isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstaxanaya yerləşdirilib.


Baş verən qəza səbəbi ilə ölkədə matəm günü elan edilib. Müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb. 


Modern.az Qəza nəticəsində həyatını itirənlərin yaxınlarının və ümumilikdə cəmiyyətin psixoloji vəziyyətini təhlil etmək üçün Azərbaycan Psixologiya Akademiyasının rəhbəri, psixiatr, psixoloq Ramil Hüseynli ilə həmsöhbət olub.


O bildirib ki, Aktauda olan təyyarə qəzası ölkə və cəmiyyət üçün çox ağır hadisədir:

"Belə hadisələrin çoxşaxəli psixoloji təsirləri olur. Bu psixoloji təsirləri, təsir göstərdikləri subyekt qruplarına görə 3 qrupa bölmək olar: qəzadan xilas olanlar, qəza zamanı həyatını itirənlərin yaxınları və bu hadisədən məlumatlı olan insanlar, cəmiyyət. Fəlakətdən xilas olmaq əvvəlcə görünən məmnunluq hissi yaratmağına baxmayaraq, vaxt keçdikcə psixoloji travma özünü göstərir. İlk dönəmlərdə bu özünü beyinə fəlakətlərlə bağlı intensiv fikirlərin gəlməsi şəklində olur. Gözlərinin önündə xatirələr canlanır, yuxularına fəlakət anının görüntüləri görünür, özlərini hadisənin ortasında hiss edirlər. Bir qədər oyanıq və gərgin olurlar. Sanki tikan üstündədirlər, tətikdə imiş kimi davranırlar. Diqqətləri tez-tez dağıla bilər. Belə şəxslər mənfi əhval-ruhiyyə içərisində ola bilirlər. Ani xoşbəxtliklərdən sonra belə, tezliklə əhval-ruhiyyələri çökür, qəmginləşirlər. Həmin fəlakəti xatırladan şeylərdən, işarələrdən uzaq qaçırlar. Uçuş etməkdən qorxurlar və nəticədə aviafobiya yaranmış olur. Xırda işarələr onlara həmin fəlakəti xatırladır. Bəzən belə şəxslər dissosiasiya durumu yaşayırlar, həmin fəlakət və ya sonrası ilə bağlı başına gələnlərin bir qismi yaddaşlarından silinir. Bu əlamətlərin davam etmə müddıti 1 aydan çox olarsa, onlarda posttravmatik stress pozuntusu adlanan psixiatrik xəstəlik diaqnozu qoyulur. Bu da həmin şəxslərin həyatlarını çətinləşdirir, funksionallıqlarını zəiflədir". 

Psixoloq onu da bildirib ki, fəlakətdən xilas olmuş şəxslərdə günahkarlıq hissləri də yarana bilir. “Xilas olanlar çox vaxt digər qurbanlarla müqayisə edərək "Niyə mən, amma onlar yox?" kimi suallarla özülərini ittiham edir. Bu sindrom "günahkarlıq sindromu" kimi tanınır”.

“Qəfil, gözlənilməz ölüm ailə üzvlərində daha dərin kədər hissi yarada bilər. Bu cür hadisələr sonrası həyatını itirən şəxslərinr itkisi digər itkilərdən daha uzun müdətli olur. Biz bu halı “patoloji yas” adlandırırıq. İlk olaraq şok mərhələsi yaşanır. Bu zaman ani olaraq, fərd nəyin baş verdiyini anlamır. Daha sonar inkar mərhələsi başlanır.  İnsanlar itki və ya travmanın reallığını qəbul etməkdə çətinlik çəkir. "Bu ola bilməz", "Bu mənim başıma gəlmir" kimi düşüncələr ortaya çıxır. Bu mərhələ qoruyucu bir mexanizm olaraq ağrını azaldır və insana uyğunlaşmaq üçün vaxt qazandırır. Daha sonar qəzəb, anlaşma, depressiya və qəbul mərhələləri müşahidə olunur. İnsanlar reallığı qəbul etməyə başlayanda qəzəb hissi ilə qarşılaşa bilərlər. Qəzəb özünə, digər insanlara, hətta Tanrıya yönələ bilər.  "Niyə məhz mənim başıma gəldi?", "Bu haqsızlıqdır!" kimi ifadələr ortaya çıxa bilər. Anlaşma mərhələsində fərdlər vəziyyəti dəyişdirmək üçün razılaşmalar və ya dualar etməyə çalışır. "Əgər bu düzəlsə, mən hər şeyi dəyişəcəyəm" kimi düşüncələr müşahidə olunur. Bu mərhələ ümumiyyətlə ümidsizlik hissi ilə əlaqəlidir. Depressiya mərhələsində insanlar itkinin tam reallığını dərk etdikdə kədər, təklik və ümidsizlik hiss edə bilərlər. Bu mərhələ ümumilikdə sakit və düşüncəli bir dövr kimi xarakterizə olunur.  "Hər şey mənasızdır", "Onsuz həyat davam edə bilməz" kimi ifadələr ola bilər. Ən sonda qəbul mərhələsi başlayır. Bu zaman "bu baş verdi və mən davam etməliyəm" kimi ifadələr ortaya çıxa bilər. Eyni zamanda yasın başlanğıcında həyatını itirənlərin yaxınlarında da günahkarlıq hissləri formalaşır. Bu fəlakətlə bağlı özündə günah axtarır, əlaqələr qurur.

Ramil Hüseynlinin sözlərinə görə, belə hadisələr cəmiyyətdə ümumi təhlükəsizlik hissini sarsıda bilər:

“Bu fəlakətin cəmiyyətə psixoloji təsiri də heç də zəif deyil. Xüsusən də uçuşlardan qorxan insanlarda bu narahatlıq daha da artar. Qorxmayan insanlarda da aviafobiyanın yaranmasına səbəb olar. Cəmiyyətdə empatiya və kollektiv kədər formalaşır. Böyük fəlakətlərdə insanlar qurbanlara və onların ailələrinə qarşı güclü empatiya hiss edə bilirlər. Bu da cəmiyyətdə depressive vəziyyətlərin artmasına gətirib çıxarır. Üstəlik travmanın mediada təkrarı, faciənin mediada davamlı işıqlandırılması travmatik təsirləri geniş ictimaiyyətə yaya bilər”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Dekabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri