Icma.az
close
up
RU
Bəndər Abbasda partlayış faktlar və fərziyyələr...

Bəndər Abbasda partlayış faktlar və fərziyyələr...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Aprelin 26-da İranın Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında güclü partlayış baş verib. Son məlumatlara görə, hadisə nəticəsində 40 nəfər həlak olub, 1200-dən çox şəxs isə ağır bədən xəsarətləri alıb. İran KİV-inin məlumatlarında qeyd olunur ki, partlayışın səbəbi limandakı təhlükəli maddələr və kimyəvi materialların saxlandığı anbarda baş verən yanğın olub. Hadisəyə şahid olan yerli sakinlər bildirirlər ki, partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan dəyib. Demək olar ki, şəhərdə zərərçəkənlərin sayı çox olduğuna görə transfuziya mərkəzində təcili qan toplanması həyata keçirilib. İran hökumətinin sözçüsü Fatemeh Mohacerani yerli mətbuata bildirib ki, limanda yanğına qarşı mübarizə hələ davam edir və yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülməkdədir. Hadisəyə İran Prezidenti Məsud Pezeşkian da münasibət bildirib - İranın dövlət rəhbəri aprelin 27-də Tehranda keçirilən Üçüncü İran-Afrika Əməkdaşlıq Sammitində çıxış zamanı bəyan edib ki, hökumətin aiddiyyatı orqanlarına Şəhid Rəcai limanında partlayışın səbəblərini ciddi şəkildə araşdırmaq üçün lazımi göstərişlər verilib. Qeyd edək ki, Prezident İlham Əliyev Bəndər Abbas limanında baş verən hadisəyə görə Məsud Pezeşkiana başsağlığı verib: “Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”. 

Son hadisə terror aktıdır?

Qərb KİV-ləri qeyd edirlər ki, Şəhid Rəcai limanında baş verən partlayışa əsas səbəb Çindən göndərilən ammonium perklorat (NH4ClO4) kimyəvi maddəsi olub. “Associate Press”in məlumatına görə,  ammonium perklorat raket yanacağının istehsalında istifadə üçün nəzərdə tutulub və İsrailin oktyabr ayında İrana qarşı həyata keçirdiyi hücumların ardından İranın raket ehtiyatlarını artırmaq məqsədilə ölkəyə gətirilib. Britaniyanın qlobal təhlükəsizlik analitik institutu - “Ambrey” “Associate Press”ə hadisə ilə bağlı şərhində bildirib ki, partlayışın baş verməsinə səbəb raket yanacağının düzgün idarə olunmaması olub. Amma İran hakimiyyətinin bəzi rəsmiləri Bəndər Abbasdakı böyük partlayışda ABŞ və İsrailin əlinin olduğunu iddia edirlər. Ekspertlər də son hadisənin ABŞ ilə İran arasında Oman vasitəsilə nüvə proqramı üzrə danışıqların getdiyi bir zamanda baş verməsini təsadüf hesab etmirlər. Bəziləri bunu məqsədyönlü şəkildə törədilmiş terror aktı hesab edirlər.

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, hadisənin səbəblərinin araşdırılması istiqamətində görüləcək işlər çox zaman aparacaq.  “Rəsmi versiyaya görə, Bəndər Abbasdakı Şəhid Rəcai limanında partlayışa ballistik raketlər üçün bərk yanacaq istehsalı komponenti ilə düzgün davranılmaması səbəb olub. Eyni zamanda bu ilin yanvarında Qərb mediasında yayılan məlumatlarda bildirilir ki, ballistik raket yanacağının istehsalı üçün əsas komponentlərdən biri olan yüzlərlə ton ammonium perklorat Çindən İrana çatdırılıb. İran hakimiyyəti isə bu məlumatı rəsmən təkzib etmişdi. İranın Hörmüz boğazında mühüm liman şəhəri olan Bəndər Aftab neft emalı zavodu və donanma bazası da var”. Partlayışın terror aktı olub-olmamasına gəlincə, V.Zifəroğlu deyib ki, bu, uzun araşdırmalardan sonra məlum olacaq: “Nəzərə almaq lazımdır ki, bu cür hadisələrin baş verməsində həm yerli, həm də beynəlxalq siyasi və hərbi dairələr maraqlı ola bilər. Bəndər Abbas limanı regionda mühüm ticarət və hərbi nöqtələrdən biridir, buna görə də, hər hansı bir tərəfin bu tip hadisələri təşkil etməsi  mümkün versiyadır. Son nəticədə, partlayışın kim tərəfindən törədildiyini və məqsədin nə olduğunu dəqiq müəyyənləşdirmək üçün daha çox araşdırma və zaman tələb olunur”.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:336
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Aprel 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri