Icma.az
close
up
RU
Benilüksün dövlətə çevrilməsi ideyası: Belçika Baş nazirinin təklifi Avropada müzakirələrə səbəb oldu

Benilüksün dövlətə çevrilməsi ideyası: Belçika Baş nazirinin təklifi Avropada müzakirələrə səbəb oldu

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Brüssel, 18 noyabr, AZƏRTAC

Belçikanın Baş naziri Bart de Vever Avropada rezonans doğuran cəsarətli ideya ilə çıxış edib: Belçika və Niderlandın yenidən vahid dövlət kimi birləşməsi, mümkün olarsa Lüksemburqun da bu ittifaqa qoşulması. Bu məsələ son həftələrdə Benilüks ölkələrində və elmi-siyasi dairələrdə geniş müzakirələrə yol açıb.

AZƏRTAC xəbər verir ki, de Vever iyun ayında verdiyi açıqlamada XVI əsrdə keçmiş Niderland Krallığının parçalanmasını ölkəyə “üz verən ən böyük fəlakət” adlandırmışdı. O, fikrini yaxın günlərdə Amsterdamda keçirdiyi mühazirədə də təkrarlayaraq Belçika, Niderland və Lüksemburqun “Avropanın döyünən ürəyi” ola biləcək “daha sıx birliyini” müdafiə edib.

İdeyaya qoşulanlardan biri də Flandriyanın Baş naziri Matias Diependeledir. O, Niderland radiosunda yayımlanan “Sven op 1” proqramında Veveri tam dəstəklədiyini açıqlayıb. Diependelenin sözlərinə görə, qlobal geosiyasi dəyişikliklər fonunda Benilüks ölkələrinin güclərini birləşdirməsi həm iqtisadi, həm təhlükəsizlik, həm də innovasiya baxımından böyük üstünlüklər yarada bilər.

Hazırda Belçika, Niderland və Lüksemburq bir çox sahədə sıx əməkdaşlıq edir. Xüsusilə elmi və texnoloji innovasiya sahəsində ölkələr artıq dünya səviyyəsində fərqlənirlər. Diependele bu əməkdaşlığın daha da genişləndirilməsini, “innovasiya alyansı” yaradılmasını təklif edir. O, baş ofisi Lövendə (Belçika) yerləşən IMEC və Niderlandın çip istehsalında dünya lideri olan ASML şirkətləri arasında mövcud əlaqələri belə bir birliyin nüvəsi kimi dəyərləndirir.

Əgər üç ölkə rəsmi şəkildə birləşsə, ümumi əhali 30 milyon nəfərə, Lüksemburq qoşularsa əlavə 700 min nəfərə çatar və nəticədə yeni birlik Avropa İttifaqının dördüncü ən böyük iqtisadiyyatı ola bilər. Lakin hər şey göründüyü qədər sadə deyil.

Siyasi maneələr və müxtəlif baxışlar da mövcuddur. Brüssel Analitik Mərkəzindən (CRISP) siyasi ekspert Karolin Saqesserin fikrincə, bu ideya daha çox Flandriyada populyardır, Belçikanın fransızdilli əyalətlərində isə ciddi müzakirə mövzusu deyil.

Onun sözlərinə görə, üç ölkə arasında əməkdaşlığın gücləndirilməsi məntiqli olsa da, faktiki siyasi birləşmə çox mürəkkəb prosesdir. Belçika onsuz da tarixi baxımdan güclü milli dövlət olmayıb və flamand əhalinin bir hissəsi özünü ölkə daxilində kifayət qədər tanınmış hiss etməyib. Bu səbəbdən Flamand milliyyətçiləri üçün Niderlandla birləşmə ideyası həm mədəni, həm dil, həm də iqtisadi baxımdan cəlbedicidir.

Saqesser əlavə edir ki, iqtisadi motivlər də az deyil – xüsusilə Rotterdam və Antverpen limanlarının birləşməsi regional nəhəng güc yarada bilər.

Məsələnin ən həssas hissələrindən biri Lüksemburqun mövqeyi ilə bağlıdır. Saqesserin fikrincə, Avropanın ən varlı ölkələrindən olan Lüksemburq üçün bu birlik iqtisadi baxımdan müəyyən üstünlüklər versə də, ölkə əhalisi öz kimliyinin itəcəyindən narahat ola bilər. Bundan başqa, Lüksemburqun tarixi yaddaşında Niderlandın XIX əsrdəki hökmranlığı yaxşı xatırlanmır və ölkənin iqtisadi inteqrasiyası bu gün daha çox Almaniyaya yönəlib.

Bu səbəbdən ekspert belə qənaətə gəlir ki, “bütün bu müzakirələrdə Lüksemburqun rəyinin nəzərə alındığını demək çətindir”.

Valoniya və Brüssel məsələsinə gəldikdə isə, Belçikanın fransızdilli regionu Valoniyada bu mövzuya xüsusi maraq göstərilmir və əhali ideyanı ciddi qəbul etmir. Saqesserin ehtimalına görə, əgər gələcəkdə siyasi dəyişikliklər olsa, Flandriyanın Niderlandla birləşməsi daha real görünə bilər, Valoniya isə Fransa ilə inteqrasiyanı üstün tuta bilər. Lakin bu ssenaridə belə ən böyük problem Brüssel olaraq qalır. Ekspertin sözlərinə görə, paytaxt bölgəsi Flamand milliyyətçilərinin bütün planlarını çətinləşdirən əsas məsələdir: “Onlar Brüsseli nə tam olaraq tərk edə, nə də istədikləri kimi inteqrasiya ola bilirlər. Bu, illərdir davam edən mürəkkəb sevgi-nifrət münasibətidir.”

Belçika mövcud formada qalacaqmı? Saqesser ümumilikdə Belçikanın hazırkı formasında mövcudluğunu davam etdirəcəyinə nikbin yanaşır. O, 2010–2011-ci illərdə hökumətin qurulmasının uzun sürməsinə baxmayaraq ölkənin dağılmadığını xatırladaraq bildirir ki, son illərdə belə vəziyyətlər Belçika üçün adi hal kimi qəbul edilir.

Benilüksün gələcəyi necə olacaq? Avropa İttifaqı qanunvericiliyi Benilüks ölkələrinə digər üzvlərdən daha dərin inteqrasiya təşəbbüsü göstərmək hüququ verir. Bu, gələcəkdə daha sıx əməkdaşlığın mümkün olduğunu göstərir. Lakin rəsmi birləşmə məsələsinə gəldikdə Diependele ehtiyatla bildirir: “Heç vaxt qabaqcadan bilmək olmaz. Sadəcə olaraq düzgün kontekst lazımdır.”

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 03:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri