Icma.az
close
up
RU
Benzya və Veşoviçlə pul söhbətində hansısa narazılıq yoxdu Qurban Qurbanov

Benzya və Veşoviçlə pul söhbətində hansısa narazılıq yoxdu Qurban Qurbanov

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qarabağ" Misli premyer-liqasının 32-ci tur matçında "Sabah"ın meydanından "sülh"lə ayrıldı - 1:1.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Futbolçularımı təbrik edirəm. Bir il əziyyət çəkib uğur qazandılar. Çox sevincliyəm. əldə etdilər. 12-ci çempionluğumuzdu. Belədə futbolçuların istəkli olması çox vacibdi. “Sabah”a qarşı əsl çempionluq oyunu keçirdik. Hər iki komanda ağıllı oyun göstərdi. Bu stadionda oynamaq həmişə xoşdu. Azarkeşlərimizi təbrik edirəm. Onlar bunu haqq etdi. Hər zaman bizimlə oldular. “Sabah”a uğurlar arzulayıram. Onların da azarkeşlərinə təşəkkür edirəm. Tribunalarda gözəl mənzərə var idi.
- Futbolçular elə sevinirdi ki, sanki çempion olmağa öyrəşiblər...
- Belə anlarda futbolçulara motivasiya vermək vacibdi. Onların arzusu olmasa, tempi saxlamaq çətin olar. Bu gün qalib gəlmək istəyirdik. Əlbəttə, hər uğurun ilki daha ləzzətli olur. Amma mən həmişə növbəti uğuru daha çox əldə etmək istəmişəm. Bəlkə də futbolçular çox sevincli görünmürdü. Mənin üçün önəmli olan meydançada baş verənlərdi.
- Əvvəlki oyunlarda çox oynamayan futbolçulara şans vermişdiz. Səbəb kubokun finalında da "Sabah"la qarşılaşmağınızdı, ya qalan oyunçulara istirahət vermişdiz?
- Heyəti tam dəyişmişdik. "Araz-Naxçıvan"la oyunda da bəzi futbolçular yorğun idi. Bu gün meydana çıxan bütün futbolçulara bir daha təşəkkür edirəm. Uzun müddət oynamadıqdan sonra 90 dəqiqə ərzində dinamikanı qoruyub-saxlamaq, məsuliyyətli çıxış etmək çətindi. Amma bunu bacardılar.
- "Qarabağ"ın yayda heyətdə köklü dəyişikliklər edəcəyi iddia olunur...
- Köklü dəyişikliklər bir az ağır ifadədi. Duruma uyğun addım atmaq istəyirik. Çalışdığım futbolçuları komandadan göndərmək istəmirəm. Hamısı əziyyət çəkib, uğurlarımız üçün can yandırıb. Yenə də komandaya yeni nəfəs vermək, daha da fəallaşdırmaq, gücləndirmək şansımız olsa, mütləq bu addımı atacağıq. İndi kimisə göndərmək yox, yeni futbolçular almaq haqda düşünürük. Kollektivdə həmişə 24-25 futbolçu olub. Bu gün cəmi 20 oyunçu var. Gedənlərin yeri boş qalıb. Hər halda, köklü dəyişiklikdən söhbət getmir.
- "Sabah"ın oyunu barədə nə deyə bilərsiz?
- "Sabah"ın oyunun həmişə dəyərləndirmişəm. Çox sürətli, texnikalı hücum xətti var. Komanda təcrübəli yarımmüdafiə və müdafiə xəttinə sahibdi. Bu rəqibə qarşı yaxşı oyun götərmək üçün daha çox hazırlaşmalıyıq. Çox düşünülmüş hücumları var. Bu gün ani diqqətsizlikdən qapımızda qol gördük. "Sabah"ın oyun sisteminə, klubun iş prinsipinə çox müsbət yanaşıram.
- Klub prezidenti yayda 4-5 futbolçunun transfer ediləcəyini deyib. Gözaltı etdiyiniz oyunçular var?
- Rəhbərliklə bu haqda mütləq müzakirəmiz olacaq. Həmişə diqqətimizi daha çox yay "transfer pəncərəsi"nə yönəltmişik. Əlbəttə, gözaltı etdiyim futbolçular var. Amma əfsuslar olsun ki, bəzən istəyimizə çata bilmirik. Oyunçular son vaxtlar Avropaya daha çox meyillidi. Bizim kimi və ya bizdən bir az irəlidə olan futbol ölkələrində ümumi struktur daha yaxşılaşdırılıb, maliyyə baxımından da irəliləyiblər. Bu üzdən, futbolçuları bura gətirmək asan deyil. Həmişə demişəm ki, komandaya yeni nəfəs lazımdı.
- Fransa və Əlcəzair mətbuatının yazdığına inansaq, Yassin Benzya Kadi Borgesin gəlişindən sonra maaşının artırılmasını istəyir. Marko Veşoviçin də gedəcəyi iddia edilir...
- Benzyayla bağlı pul söhbəti doğru deyil. Burda belə şey olmayıb. Sadəcə hər futbolçunun müəyyən yaş dövründən sonra onların son addımı olur. Ola bilər ki, daha yaxşı təklif gözləyirlər, daha yaxşı çempionatda oynamaq istəyirlər. Ümumiyyətlə, Benzya və Veşoviçlə pul söhbətində hansısa narazılıq yoxdu. Hamısının özlərinə xas ədəb-ərkanları, əxlaqları var. Futbolçular bacarıqlarına görə danışıqlarda fikirlərini bildirirlər. Futbolçunun karyerası qısadı. Onlar hansısa təkliflərə baxmayaraq, burda çıxış edirlərsə, klubun uğuru üçün öz güclərini hər oyun sona kimi sərf edirlərsə, mən də onlarla ortaq məxrəcə gəlməliyəm.
- Çempionlar Liqasında hədəf nə olacaq?
- İndiyə qədər hər turnirdə maksimum uğur əldə etməyə çalışmışıq. Hər il daha yaxşısını etmək istəmişik. Amma bu haqda hələ danışa bilmərəm.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Aprel 2025 00:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri