Icma.az
close
up
RU
Berbok Baş Assambleyanın yeni sədri olarsa...

Berbok Baş Assambleyanın yeni sədri olarsa...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda da yaxşı tanınan Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sədri vəzifəsinə namizədliyini irəli sürərək ilk çıxışını edib. Sabiq nazirin çıxışı ənənəvi notlar üzərində qurulub. Belə ki, o, bir sıra vədlər verib. Xarici nəşrlərin məlumatına görə, A.Berbok çıxışında bu vəzifəyə seçiləcəyi təqdirdə BMT-yə üzv olan bütün ölkələrə səmimi vasitəçi və birləşdirici şəxs kimi xidmət göstərməyə hazır olduğunu bəyan edib. Berbokun gündəliyində davamlı inkişaf məqsədlərinin irəlilədilməsi, gender bərabərliyinin təşviqi və iqlim dəyişikliyi ilə mübarizə prioritet istiqamətlər kimi təqdim olunub.

Daha çox rəmzi xarakter daşıyan qurum

BMT üzvü olan bütün dövlətlərdən ibarət Baş Assambleya rəmzi xarakter daşıyan bir qurumdur. Onun BMT üzvlərinə və ya BMT Təhlükəsizlik Şurasına bu və ya digər məsələlərlə bağlı tövsiyələr vermək səlahiyyəti var. Baş Assambleyanın qərarları üzv dövlətlər üçün məcburi deyil. Assambleyanın hər il növbəti sessiyası keçirilir. Qurumun nəzdində onun funksiyalarını həyata keçirmək üçün 7 əsas komitə yaradılıb.  Nizamnaməyə uyğun olaraq Baş Assambleyanın funksiya və səlahiyyətləri aşağıdakılardan ibarətdir:

1. Beynəlxalq sülhü və təhlükəsizliyi təmin etmək, o cümlədən silahlanmanı tənzimləmək və dayandırmaq sahəsində əməkdaşlıq prinsiplərini formalaşdırmaq;

2. Beynəlxalq sülhə və təhlükəsizliyə aid olan hər hansı bir məsələni və yaxud mübahisəli vəziyyəti müzakirə etmək (əgər məsələyə baxılması səlahiyyəti Təhlükəsizlik Şurasında deyildirsə);

3. Nizamnamə çərçivəsində və BMT-nin səlahiyyətlərinə və funksiyasına aid olub və onun hər hansı bir bölməsinə uyğun gələn məsələləri müzakirə etmək və tövsiyələr vermək;

4. Beynəlxalq siyasi əməkdaşlığa köməklik etmək məqsədi ilə tədqiqatlar aparmaq və tövsiyələr hazırlamaq, insanların əsas azadlıq və hüquqlarını həyata keçirmək üçün beynəlxalq hüquq normalarını inkişaf etdirmək, beynəlxalq iqtisadi, sosial, mədəni, təhsil və səhiyyədə əməkdaşlığa köməklik göstərmək;

5. Hər hansı bir vəziyyətin başvermə səbəblərindən və millətlərə ziyan verməsindən asılı olmayaraq onun sülh yolu ilə tənzimlənməsi üçün təkliflər irəli sürmək;

6. Birləşmiş Millətlər Təşkilatının, Təhlükəsizlik Şurasının və digər orqanların məruzələrini almaq və baxmaq;

7. Birləşmiş Millətlər Təşkilatının büdcəsinə baxmaq və təsdiq etmək, ayrı-ayrı üzvlərin üzvlük haqqını müəyyən etmək;

8. Təhlükəsizlik Şurasının, iqtisadi və Sosial Şuranın daimi olmayan üzvlərini,  qəyyumluq şurası üzrə üzvləri seçmək, Təhlükəsizlik Şurası ilə birlikdə Beynəlxalq Məhkəmə hakimlərini seçmək və Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Katibi təyin etmək.

Baş Assambleyanın 1950-ci ildə “Sülh naminə birlik” Qətnaməsini qəbul etməsi onun rolunu nisbətən artırıb. Bu qətnamə fövqəladə hallarda Təhlükəsizlik Şurası fəaliyyət göstərə bilmədikdə kollektiv tədbirlər görmək, hətta hərbi güc tətbiq etmək üçün Assambleyaya təcili çağrılma səlahiyyəti verir.

Baş Assambleyanın tarixində, necə deyərlər, nailiyyətlər və uğursuzluqlar bir-birini izləyib. Assambleyanın fəal dəstəyi, Baş Katibliyin himayəçiliyi ilə Atom enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) təsis edilib.  Qurumun əsas töhfəsi 1948-ci ildə insan hüquqları haqqında Bəyannamənin və soyqırımı haqqında Konvensiyanın qəbul edilməsidir. Baş Assambleya silahlanmaya nəzarət üzrə 3 əsas saziş qəbul edib. Bunlar aşağıdakılardır: 1966-cı ildə Kosmos məkan haqqında, 1968-ci ildə Nüvə silahının yayılması haqqında və 1971-ci ildə Dənizin təkindən istifadə olunması haqqında müqavilələr.

Bununla belə, Baş Assambleya SSRİ-nin 1956-cı ildə Macarıstana və 1967-ci ildə Çexoslovakiyaya müdaxiləsini dayandırmaq üçün səmərəli fəaliyyət göstərməyib. Qurum Vyetnamda gedən müharibəyə təsir etmək iqtidarında olmayıb. Baş Assambleya həmçinin Yaxın Şərq coğrafiyasında zaman-zaman yaşanan böhranlardan kənarda qalıb. “Bir dövlət - bir səs” prinsipinin bütün üzv dövlətlər tərəfindən qəbul edilməməsi qurumun ən böyük uğursuzluğu sayıla bilər. BMT büdcəsinə daha çox vəsait ödəyən dövlətlər təşkilatın sıralarındakı kiçik dövlətlərlə eyni hüquqları bölüşmək istəmirlər. Baş Assambleya, bütövlükdə BMT hələlik bu məsələdə “qızıl qaydanı” tapa bilməyib. Belə vəziyyət isə dünyada BMT-dən narazılıqları artırır və islahatlar aparılmasının zəruriliyini bütün ciddiliyi ilə gündəmə gətirir.

Berbok vədlərində nə dərəcədə səmimidir?

Berbok tərəfindən səsləndirilən vədlər, əlbəttə ki, cəlbedicidir. Ancaq əsas sual belədir: Almaniyadan olan siyasətçi vədlərində nə dərəcədə səmimidir və o, Baş Assambleyasının sədri vəzifəsinə seçiləcəyi təqdirdə dünyada BMT-yə inamın bərpasına, ümumiyyətlə qurumun funksionallığına hansısa bir təsir göstərə biləcəkmi? Bəri başdan deyək ki, A.Berbokun Almaniyanın xarici işlər naziri postunda fəaliyyəti nikbinlik üçün heç bir əsas vermir. Xanım siyasətçi çıxışında “səmimi vasitəçi” və “birləşdirici fiqur” kimi çıxış edəcəyini bildirib. Ancaq aşağıda diqqət çəkmək istədiyimiz təkcə iki fakt onun səmimiyyətini şübhə altına almağa əsas verir. Hər iki fakt diqqətli oxucularımıza da yaxşı bəllidir. Onun 2023-cü ilin sonlarında Ermənistana və Azərbaycana baş tutan səfərlərini xatırlayaq. Bu səfərlərin hər iki ölkədə yüksək həssaslıqla izlənildiyi Berboka da yaxşı məlum idi. Belə həssas dönəmdə Almaniya kimi nüfuzlu dövlətin xarici siyasətinə məsul olan bir şəxsin birləşdirici missiyadan çıxış etməsinə həqiqətən böyük ehtiyac var idi. Berbok səmimilik göstərib bunu etsəydi, tənzimləmə prosesinə sanballı töhfə vermiş olardı. Bəs xanım siyasətçi nə etdi? O, iki ölkəyə səfərləri çərçivəsində bölücülüyə, ayırıcı xətlər yaratmağa əsas ola biləcək davranışlar ortaya qoydu. Statusunu nəzərə aldıqda siyasətçinin Azərbaycanla Ermənistan arasında onillikləri əhatə edən münaqişənin tarixi və postmüharibə dövrünün reallıqları barədə təfərrüatları incəliyinə qədər bilməsinə heç bir şübhə yeri qalmır. Berbok tənzimləmə prosesinin mühüm mərhələsində obyektivliyin gözlənilməsi zərurətini, əlbəttə ki, yaxşı anlayırdı. Bununla belə, təcrübəli siyasətçi Ermənistanda olarkən sərhəd bölgəsinə yaxın ərazidə yerləşən Arazdəyən kəndinə getdi, Qarabağdan Ermənistana könüllü surətdə köçmüş ermənilərlə görüşdü, burada müəyyən təhrikedici fikirlər səsləndirdi. O, hətta Bakıda keçirilən birgə mətbuat konfransında Qarabağdakı bəzi şəhərlərimizin adlarını vaxtilə qanunsuz rejimin adlandırdığı formada səsləndirdi...

Təbii ki, Bakıda Berbokun “səhvləri” bağışlanmadı. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ona etirazını bildirdi. Bu da hamısı deyil. Berbok mətbuat konfransında yalanlarında bir qədər də irəli getdi. Belə ki, xanım nazir Ermənistanda Qarabağdan köçmüş ermənilərlə görüşdüyü təqdirdə, Azərbaycana səfəri zamanı azərbaycanlı köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə jurnalistlərin suallarına cavab verməkdən yayınmağa çalışdı. C.Bayramovun müdaxiləsindən sonra isə daha böyük yalana əl atdı - Bakıda Ermənistandan köçmüş şəxslərlə də görüş keçirdiyini bildirdi. Berbok auditoriyaya açıq-aşkar hörmətsizlik edirdi - Bakıda Almaniyadan olan nazirin iştirakı ilə belə bir görüş keçirilməmişdi. Sadəcə, Berbok “Mənzərə” restoranında vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə bir araya gəlmişdi...

A.Berbokun səmimiyyətinə şübhələr yaradan ikinci hadisə Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi etdiyi COP29 konfransında yaşandı. Konfransa yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanın iqlim çağırışlarına həssas yanaşmasının təsdiqidir. Mahiyyət etibarı ilə iqlim çağırışları Berboka daha yaxındır. Çünki onun siyasi karyerası Almaniyada İttifaq90/Yaşıllar Partiyası ilə bilavasitə bağlıdır. Lakin o, konfans çərçivəsində iqlim məsələlərini arxa plana keçirərək Azərbaycanla bağlı aidiyyatsız və əsassız insan haqları mövzusunda çıxış etdi, tədbirin əsas məqsədindən kənar fəaliyyətlər sərgilədi. Bütün bunlardan sonra onun verdiyi vədlərə necə inanmaq olar? Ümumiyyətə, Berbok Baş Assambleyanın sədri seçiləcəkmi və buna layiqdirmi?

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 May 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see300

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see278

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see265

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see259

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see252

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see232

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see210

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see209

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see199

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see193

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see192

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see191

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see191

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see183

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see182

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see174

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see173

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see160

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see155

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri