Berbok: Berlin Pekinin Rusiyaya verdiyi dəstəyi görməzlikdən gələ bilməz
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Almaniya üçün Çinlə əməkdaşlıq qarşıdurmadan daha üstündür, lakin Berlin Pekinin Rusiyaya verdiyi dəstəyi görməzlikdən gələ bilməz.
Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Almaniyanın təhlükəsizliyi dünyanın digər regionlarının təhlükəsizliyi ilə sıx bağlıdır və fikir mübadiləsi və diplomatiya indiki zamanda, hətta fərqli fikirlərə malik olanlarla belə xüsusilə vacibdir.
Berbok, Avropa dəyərlərinin və maraqlarının qorunmasının vacibliyini vurğulayaraq, əməkdaşlığın qarşıdurmadan daha üstün olduğunu əlavə edib.
Nazir Çin və Rusiya arasında əməkdaşlığın Avropanın maraqlarına zidd olduğu fikrini də bildirib. Onun sözlərinə görə, Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi qlobal təhlükəsizliyə görə məsuliyyəti öz üzərinə götürmək əvəzinə Rusiyaya iqtisadi və hərbi yardım etməklə Avropanın əsas maraqlarına zidd hərəkət edir.
Almaniyalı nazir bu məsələni Pekində müzakirə etmək niyyətində olduğunu təsdiqləyib və vurğulayıb ki, ikitərəfli münasibətlərdə belə faktlara göz yummaq olmaz.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 02 Dekabr 2024 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















