Icma.az
close
up
RU
Статья не опубликована
Bərdədə qıcıq mənbəyinə çevrilmiş məmur: Sənan Mənsimlinin inzibati vəzifə tutması qanunsuzluqdur

Bərdədə qıcıq mənbəyinə çevrilmiş məmur: Sənan Mənsimlinin inzibati vəzifə tutması qanunsuzluqdur

Icma.az, Aznews.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Jurnalist karyeramda əyalət məmurları haqqında çox nadir hallarda nə isə yazmışam. Düşünürəm ki, beynəlxalq arxitekturanın çökdüyü bir dövrdə Azərbaycan üçün təhlil etməli olduğumuz daha ciddi, daha önəmli mövzular var. Amma bu gün Elm və Təhsil Nazirliyinin Qarabağ Regional İdarəsinin müdiri Sənan Mənsimli barədə, sadəcə olaraq, susa bilmirəm. Bərdədə doğulmuş və böyümüş, ata yurdu, gorgahı bu qədim şəhərdə olan bir insan kimi doğma el-obamın sözçülüyünü etmək mənə düşər.

Bəli, Azərbaycanda elm və təhsil sahəsində çox ciddi problemlər var. Sabiq nazir Misir Mərdanovun təbirincə desək, elm və təhsil sistemimizin məqsədi və məzmunu bəlli deyil. Formalizm və “pokazuxa” arasında can verən təhsil sistemimiz dünyanın süni intellekt çağına adladığı dönəmdə bir millət olaraq gələcəyimiz üçün çox böyük risklər yaradır. Təhsil eksperti Kamran Əsədovun çox maraqlı bir yanaşması var. O, DİM-in Azərbaycanda “imtahan fetişizmi” yaratdığını söyləyir. Bu tendensiya Azərbaycanda elm və təhsil sisteminin bütün dayaqlarını sarsıdaraq “qara bazar” formalaşdırıb. “Milli təhükəsizlik haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, sosial təbəqlər arasında qütbləşmənin kəskinləşməsi, təhsilin keyfiyyət səviyyəsinin, elmi-texniki və intellektual səviyyənin zəifləməsi milli təhükəsizliyimizə əsas təhdidlərdən sayılır. Bu təhdidləri necə aradan qaldırmalıyıq? İndi hər birimizin bu sual üzərində baş sındırması gərəkdir, amma məcburuq vaxtımızı hansısa kiçik məmura həsr edək.

Konfetlə "Sirab" içən Sənan Mənsimli Elm və Təhsil Nazirliyinin Qarabağ Regional İdarəsinə müdir təyin edilməzdən öncə Şirvan-Salyan Regional Təhsil İdarəsinə rəhbərlik edib. Onun bu vəzifədə özünü doğrultduğunu iddia etmək çətindir. “Google” vasitəsi ilə axtarış apardıqda, Mənsimlinin Şirvan-Salyan Regional Təhsil İdarəsindəki fəaliyyəti barədə, yumşaq desək, heç də müsbət xəbərlər üzə çıxmır. Üstəlik o da məlum olur ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Şirvan-Salyan Təhsil İdarəsinin müdirinə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıbmış. Xatırladaq ki, bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. Protokoldan narazı qalan Mənsimli Dövlət Əmək Müfəttişliyini məhkəməyə verib, amma məhkəmənin nəticəsi haqqında açıq mənbələrdə məlumata rast gəlinmir. Zira, iki dövlət qurumu və yerli məmurlar arasında bütün hallarda xoş qarşılanması mümkün olmayan belə bir qalmaqaldan sonra Sənan Mənsimli Şirvandan Qarabağa- mərkəzi Bərdədə yerləşən idarəyə göndərilib. Onun Qarabağa gəlişinin ili hələ tamam olmayıb, di gəl, ayağı Bərdəyə dəyəndən haqqında ancaq mənfi həvadislər qulağıma çatır. Bu barədə Elm və Təhsil Nazirliyində ərkim çatan dostlara da demişəm ki, deyəsən, bu kadrınız baş ağrısına səbəb olacaq. Bununla belə, düşünürdüm ki, yeni təyin olunub, özünü göstərmə dövrüdür, bəlkə bir müddət sonra səbbi alınar, hər şey öz məcrasına düşər. Ancaq dünən sosial şəbəkələrdəki Bərdə qruplarında Sənan Mənsimlinin Qarabağ bölgəsinin təhsil işçiləri arasında son dərəcə ciddi narazılıqlar yaratması barədə məlumatlarla tanış olduqdan sonra həmin “bəlkə” də canını Mənsimlinin diplomuna tapşırdı.

Mənsimlinin diplomunun surəti sosial şəbəkələrdə yayılıb. Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universiteti tərəfindən Sənan Mənsimliyə 2013-cü ildə verilmiş 261787 saylı diploma görə, o, rabitə sistemləri və kommutasiya üzrə ali peşə ixtisası üzrə bakalavardır. Gəncədəki Texnologiya Universitetinə, xüsusən də rabitə sistemləri və kommutasiya ixtisasına keçid balı o qədər də yüksək olmadığı məlumdur. Bu cür yüksək keçid balı tələb etməyən bir ixtisas sahibinin müəllim, məktəb direktorı işləmək, dövlət qulluqçusu olmaq üçün gərəkən sertifakatları DİM-dən, ETN-dən almaq üçün potensialı varmı? Güman ki, yoxdur, amma dəqiq bilmirik. Çünki müdirin ictimaiyyətə açıq olan tərcümeyi-halında bu barədə danışılmır. Sual olunur: məktəbdə ixtisası müəllim, səriştəsi direktor işləməyə belə əl verməyən birini Qarabağ kimi intellektual regionun təhsil idarəsinə rəhbər təyin olunması nə qədər doğrudur? Ümumiyyətlə, vəzifəyə uyğunluğu böyük sual altında olan kadrlarla təhsil sistemində islahat aparmaq mümkündürmü? Təsəvvür edin, Sənan Mənsimli, məsələn, Bakı Dövlət Universitetinin riyaziyyat müəllimliyi ixtisasına ondan aşağı-yuxarı 2 dəfə çox bal toplayaraq qəbul olunmuş, işə xüsusi imtahanla götürülmüş, müəyyən müddətdən sonra setifikasiyadan keçmiş müəllimlərə, dövlət qulluğuna qəbul olunmaq üçün öz ixtisasından əlavə onlarla qanun öyrənmiş kadrlara rəhbərlik edir. İnsafınız olsun, bu, artıq şitini-şorbasını çıxarmaq deyilmi?

Məsələnin, mənəvi, pedoqoji, praktik idarəçiliyə aid tələb və tərəflərini qoyaq bir qırağa. Açıq yazıram: Sənan Mənsimli kimilərinin Elm və Təhsil Nazirliyinin regional idarələrinə müdir təyin olunması tam bir qanunsuzluq, tam bir hüquqsuzluq, tam bir inzibati kolliziyadır. Məsələnin məğzini açıqlayım.

Elm və Təhsil Nazirliyi elm və təhsil sahəsində dövlət siyasətini, tənzimləməni həyata keçirən, elm və təhsil müəssisələrinin fəaliyyətini əlaqələndirən, istiqamətləndirən mərkəzi icra hakimiyyəti orqanıdır. Gündəmimizə gəlmiş Qarabağ Təhsil İdarəsi həmin nazirliyin yanında yaradılmış Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölməsidir. Agentliyin Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli fərmanı ilə təsdiq olunmuş Əsasnaməsində deyilir ki, MÜTDA nazirliyin strukturuna daxil olan qurumdur və öz fəaliyyətində Konstitusiyanı, qanunları, digər hüquqi-normativ aktları əsas tutmalıdır. Başqa sözlə, MÜTDA publik hüquqi şəxs deyil, onun yerli idarələrinin rəhbərləri inzibati vəzifə tutur. İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun 2.1.7 maddəsinə görə, “Azərbaycan Respublikasının... mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin ... yerli bölmələrinin rəhbərləri və onların müavinləri” 6-cı dərəcəli inzibati vəzifə tutur. Deməli, Qarabağ Təhsil İdarəsinin rəhbəri də inzibati vəzifədir və bu vəzifəyə təyinat üçün qanunla müəyyən edilmiş bəlli kriteriyalar var.

“Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinə nəzər salaq:

13.1. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri vəzifə iddiasında olan şəxsin həmin vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər səriştəsinin olmasını təmin edir.

13.2. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir.

Hüquqşünaslar bilir: yuxarıdakı bəndlərin hər ikisi imperativ normadır. Bu, o qədər prinsipial məqamdır ki, Sənan Mənsimlinin dövlət qulluğunda çalışmaq, inzibati vəzifə tutmaq üçün DİM-in imtahanlarından keçib-keçməməsi də sözügedən maddə qarşısında əhəmiyyətsizdir. Çünki müvafiq sertifikata malik olsaydı belə, o, ya öz bakalavr peşə istiqamətinə uyğun vəzifə tutmalıdır (məsələn, poçt sistemində), ya da təhsil idarəsində İXTİSASINI DƏYİŞƏRƏK, yəni əlavə ali təhsil alaraq çalışmalıdır. Sənan Mənsimli təhsil sistemində çalışmaq üçün ixtisasını harada, nə zaman, necə dəyişib? Hansı ali məktəbdə əlavə təhsil alıb? Əgər MÜVAFİQ ali təhsili yoxdursa, o, “Dövlət qulluğu haqqında” Qanunun 13-cü maddəsinə açıq-aşkar zidd şəkildə necə və niyə inzibati vəzifə tutur?

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ictimai nəzarətin vacibliyindən danışıb və ictimaiyyəti ölkədəki qanunsuz hallara qarşı mövqe bildirməyə çağırıb. Əlbəttə, İlham Əliyev son dərəcə müdrik və təcrübəli dövlət xadimi, həm daxili, həm də beynəlxalq tendensiyalara çevik reaksiya verən rasional bir liderdir. İlham Əliyevin ictimai nəzarətə xüsusi əhəmiyyət verməsi də təsadüfi deyil. Azərbaycanın gənc bir müstəqil dövlət olaraq özünü müxtəlif məxməri inqilab layihələrindən kənarda saxlamasında orta təbəqənin və İlham Əliyevin dayanıqlı elektoratının xüsusi rolu var. Təhsil işçiləri Azərbaycanda orta təbəqəni formalaşdıran əsas zümrələrdən biridir. Bərdə əhalisi isə, İlham Əliyevin dayanıqlı elektoral seqmentlərindən birini yaradır. Siyasi taleyini prezident İlham Əliyevə bağlamış bir vətəndaş olaraq sual edirəm: Sənan Mənsimli axı kimdir, hansı əvəzolunmazlıq parametlərinə malikdir ki, Qarabağ regionunun iqtisadi, demoqrafik, intellektual baxımdan mərkəzi halına gəlmiş Bərdə kimi bir rayonda yaratdığı kütləvi qıcığa göz yumulmasının mənası nədir?

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 28 Aprel 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see237

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see192

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see175

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see166

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see153

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see141

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see137

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see131

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see129

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see127

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri