Bərdənin mərkəzi parkında antisanitariya: Üfunət iyi gəlir (FOTO/VİDEO)
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bərdə şəhərinin mərkəzi parkında antisanitariya hökm sürür.
Bu barədə Qaynarinfo-ya rayondan daxil olan məlumatda bildirilir.
Həmin parkın ərazisində olan gölə müxtəlif tullantıların atılması parkın baxımsız vəziyyətdə saxlanılması sakinlərin orada istirahətini müşkülə çevirib.
"Suya o qədər tullantı atılıb ki, üfunət iyi gəlir. Parkda oturmaq sadəcə mümkün deyil", deyə məlumatda bildirilir.
Maraqlıdır ki, park şəhərin mərkəzində, icra hakimiyyətinin binasına yaxın ərazidə yerləşir. Lakin buna baxmayaraq, heç bir tədbir görülmür.
Həmin parkdan çəkilmiş foto və video görüntüləri təqdim edirik.
Seyid

“Kanalizasiya suları mağazamın içindədir, üfunət iyi brend mallara hopur” ŞİKAYƏT+VİDEO+FOTO
30 Yanvar 2025 22:37
Xəzərə axıdılan kanalizasiya xətti partladı: qəsəbəni üfunət iyi bürüdü VİDEO
26 Avqust 2025 17:07
Bərdənin təhsil sektoruna müdir təyinat olub FOTO
09 Oktyabr 2025 13:20
Slavyanka suyundan üfunət iyi gəldiyi iddia olunur
11 Sentyabr 2025 18:42
Sulutəpəni üfunət götürüb, çirkab suları küçəyə axıdılır VİDEO
15 May 2025 10:15

