Icma.az
close
up
RU
Susdurulan ağıl: Azərbaycan ziyalılarının repressiya xəritəsi

Susdurulan ağıl: Azərbaycan ziyalılarının repressiya xəritəsi

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəritədə hər nöqtə bir ad, hər ad bir faciədir

1937-ci ilin Bakısı sakit görünürdü. Küçələrdə neft qoxusu, redaksiyalarda yeni məqalələr yazan makinaların səsi, auditoriyalarda gənc beyinlərin sualları dolaşırdı. Amma bu sakitliyin altında bir qorxu xəritəsi çəkilirdi — adlarla, ünvanlarla, dosyelərlə dolu bir xəritə. Bu, Azərbaycan ziyalılarının repressiya xəritəsi idi.

Bir millətin düşünən beyni niyə hədəf alındı?

Sovet totalitar sistemi üçün ziyalı təhlükəli idi. Çünki ziyalı yaddaşdır, dilin daşıyıcısıdır, tarixlə gələcək arasında körpüdür. Stalin dövrünün repressiya mexanizmi təkcə siyasi müxalifəti deyil, milli düşüncə daşıyıcılarını məhv etməyə yönəlmişdi.

1930–1950-ci illərdə Azərbaycan SSR-də minlərlə alim, yazıçı, şair, müəllim, din xadimi və dövlət adamı “xalq düşməni” damğası ilə həbs edildi, sürgün olundu və ya güllələndi.

Bu proses mərkəzdən - Moskvadan idarə olunurdu, lakin icrası yerli NKVD strukturlarına tapşırılmışdı. Repressiya coğrafiyası isə Bakıdan Sibirə uzananırdı.

Arxiv sənədləri göstərir ki, repressiyalar sistemli şəkildə aparılıb:

Bakı - əsas istintaq və sorğu mərkəzi;

Gəncə, Şuşa, Naxçıvan – regional “təmizləmə” nöqtələri;

Sibir, Qazaxıstan, Kolıma – son dayanacaqlar.

Azərbaycan ziyalılarının bir qismi Bakıda güllələnir, digərləri isə “10 il yazışma hüququ olmadan” hökmü ilə düşərgələrə göndərilirdi. Bu ifadə əksər hallarda ölüm hökmünün örtülü forması idi.

Adlar və talelər. Susdurulan səslər…

Bu xəritədə hər nöqtə bir ad, hər ad bir faciədir:

Hüseyn Cavid – “pantürkist ideoloq” ittihamı ilə həbs edildi.Onun məzarı illərlə naməlum qaldı.

Mikayıl Müşfiq – cəmi 29 yaşında güllələndi. İttiham aktında onun “şeirlərində sovet əleyhinə gizli çağırışlar” olduğu yazılırdı.

Əhməd Cavad – Azərbaycanın himninin müəllifi, “millətçi-romantik” adlandırılaraq güllələndi.

Bəkir Çobanzadə – dünya şöhrətli türkoloq alim, Türk xalqlarının dil birliyi ideyasına görə məhv edildi.

Salman Mümtaz – folklor xəzinəsini toplayan adam, “keçmişin təbliğatçısı” kimi ittiham olundu.

NKVD istintaq protokollarında tez-tez eyni cümlələr təkrarlanırdı:

“Təqsirləndirilən şəxs cinayətini etiraf etdi”. Halbuki bu “etiraflar” işgəncə, psixoloji təzyiq və şantajla alınırdı.

Az bilinən faktlar da var. Bu isə ailələrin də cəzalandırılması idi. Repressiya təkcə ziyalının özü ilə bitmirdi. Arxivlərdə “ЧСИР – Vətən xaininin ailə üzvü” adlı ayrıca kateqoriya var.

Ziyalıların həyat yoldaşları sürgün edildi,uşaqlar internatlara və ya uşaq evlərinə verildi,soyadlar dəyişdirildi, keçmiş gizlədildi. Bəzi ailələr illərlə atasının “kim olduğunu” bilmədən böyüdü…

Türk dünyası konteksti – Ümumi ssenari

Azərbaycan tək deyildi. Eyni ssenari Qazaxıstanda – Əhməd Baytursunov, Qırğızıstanda – Kasım Tınıstanov, Tatarıstanda – Qabdulla Tukay məktəbi, Krımda – İsmayıl Qaspıralı xətti.

Stalin repressiyaları bütün Türk dünyasının intellektual damarını kəsməyə yönəlmişdi. Məqsəd aydın idi: ortaq yaddaşı parçalamaq.

Bəs arxivlər nə deyir?

Bu gün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanılan minlərlə cinayət işi göstərir ki, ittihamlar çox vaxt sübutsuz olub,şahid ifadələri eyni üslubda yazılıb, hökm öncədən təyin edilib.Bəzi işlərdə hökm tarixindən əvvəl güllələnmə tarixləri qeyd edilib.

Yaddaşın bərpası və ya gecikmiş ədalət

1956-cı ildən sonra bir çox ziyalılar bəraət alsa da, bu bəraət onların həyatını geri qaytarmadı. Amma bu gün yazılan hər məqalə, çəkilən hər film, açılan hər arxiv sənədi susdurulmuş səslərin geri dönüşüdür. Nəticə isə burdur ki, xəritəni oxumaq məsuliyyətdir

Azərbaycan ziyalılarının repressiya xəritəsi sadəcə keçmişin faciəsi deyil. Bu xəritə bizə xəbərdarlıqdır: düşüncə susdurulanda, cəmiyyət korlaşır.

Tarixi unutmaq yox, onu dəqiq xatırlamaq gələcəyin yeganə təminatıdır.

Müəllif: Xanım Xatun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://ayna.az
archiveBu xəbər 13 Yanvar 2026 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see203

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see139

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see138

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri