Icma.az
close
up
RU
Berdiməhəmmədovun səfəri münasibətlərə təkan verəcək RƏY

Berdiməhəmmədovun səfəri münasibətlərə təkan verəcək RƏY

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan qardaş Türkmənistanla siyasi, iqtisadi və humanitar sahələrdə yeni uğurlar əldə edəcək



İyulun 16-da Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Dövlət başçısı deyib ki, bu səfər Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Ölkə rəhbəri qeyd edib ki, xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi: 

"Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində bir çox nailiyyətlərimiz var və əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bu gün fikir mübadiləsi aparacağıq". 

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi ikitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul verməkdir: "Ümumilikdə Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsini xarakterizə edərkən onları üç sözlə ifadə edərdim: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq. Biz möhkəm tarixi bünövrəyə, iki xalqın ortaqlığına və qohumluğuna, bir-birinə qarşılıqlı ehtiyacının olması anlayışına, xalqlarımızın və dövlətlərimizin rifahı, onların əmin-almanlığı və tərəqqisi naminə məcmu siyasi, iqtisadi, resurs potensialından istifadə etməyə hazır olmağa əsaslanırıq. Qanunauyğun haldır ki, Türkmənistan və Azərbaycan bu gün xarici siyasətdə, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sanballı və geniş əməkdaşlıq gündəliyinə malikdir. Hər iki tərəfin səyləri sayəsində əməkdaşlığımız məqsədyönlülüyü və konkretliyi ilə seçilir, sabit və davamlı xarakter daşıyır, yaxşı dinamika nümayiş etdirir. Bunun əsas, həlledici amili ölkələrimizin liderləri arasında əldə edilmiş ən yüksək səviyyədə qarşılıqlı anlaşma və etimaddır. Bu, bizə ikitərəfli əməkdaşlığın bütün məsələləri üzrə düzgün və vaxtında qərarlar verməyə, əldə olunmuş razılaşmaların həyata keçirilməsini təmin etməyə imkan yaradır".

Qonaq vurğulayıb ki, Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir: "Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir. Ən böyük beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT-də, bir sıra regional strukturlarda uğurla və səmərəli əməkdaşlıq edirik. Bu baxımdan, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin 17-ci Zirvə görüşünün bu yaxınlarda Xankəndi şəhərində uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik etmək istərdim. İqtisadi-ticari tərəfdaşlıq uğurla inkişaf edir, onun keyfiyyət və kəmiyyət göstəriciləri artır. Mədəniyyət, elm, təhsil, şəxsi və insani səviyyələrdə ənənəvi əlaqələr genişlənir. Dövlətlərarası münasibətlərin çox mühüm elementləri olan parlamentlərarası əlaqələrin, xalq diplomatiyasının əhəmiyyəti və rolu artır. Əminəm ki, bu səfər Türkmənistan ilə Azərbaycanın bundan sonra da yaxınlaşması, əməkdaşlığın uzunmüddətli strategiyasının reallaşdırılması kontekstində razılaşdırılmış yanaşmaların işlənib hazırlanmasında mühüm amilə çevriləcək". 


Politoloq Elxan Şahinoğlu Sherg.az-a deyib ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iyulun 16-da Azərbaycana səfər edərək. Prezident İlham Əliyevlə görüşü xüsusi əhəmiyyət kəsb edir. Ekspert vurğulayıb ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov olsa da, ölkənin əsas siyasi fiquru dövlət başçısının atası Qurbanqulu Berdiməhəmmədovdur: 


"Türkmənistan illərdir neytral xarici siyasətə üstünlük verir və bloklara qoşulmur. Türkmənistan türkdilli dövlət olmasına baxmayaraq, Türk Dövlətləri Təşkilatının üzvü deyil. Türkmənistan Türk Dövlətləri Təşkilatının toplantılarına müşahidəçi statusunda qatılır. Halbuki, Türkiyə və Azərbaycan Türkmənistanın təşkilata üzv olmasını istəyir. Türkiyə və Avropa İttifaqı Türkmənistan qazının Azərbaycan üzərindən Avropa ölkələrinə nəql edilməsini də istəyir. Ancaq bunun üçün Xəzər dənizinin dibi ilə boru xətti tikilməlidir. Azərbaycan Türkmənistan qazının Avropaya nəqlinə dəstək verməyə hazırdır. Ancaq Azərbaycan Xəzər dənizinin dibi ilə boru xəttinin tikintisinin təşəbbüskarı kimi çıxış etmək fikrində deyil. Azərbaycanın mövqeyi belədir ki, həmin boru xəttinin tikintisini Türkmənistan və Avropa İttifaqı həyata keçirməlidir".


E.Şahinoğlu diqqətə çatdırıb ki, 1990-cı illərdə Türkmənistanla Azərbaycan arasındakı münasibətlərdə gərginlik var idi: 

"Türkmənistan Azərbaycanın Xəzər dənizindəki “Kəpəz” yatağına iddia edirdi. Türkmənistan həmin yatağı “Sərdar” adlandırırdı. 2021-ci il yanvarın 21-də Aşqabadda iki dövlət arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında memorandum imzalandı və bununla mübahisəyə son qoyuldu. Memarandumla yatağın adı dəyişdirilərək "Dostluq" adlandırıldı. Buna baxmayaraq, həmin yataqda birgə fəaliyyətə hələ başlanılmayıb. Qurbanqulu Berdiməhəmmədovun Bakıda İlham Əliyevlə bu məsələni müzakirə edəcəyi mümkündür. Qurbanqulu Berdiməhəmmədov Bakıdan sonra Qarabağa gedəcək. Bu da Azərbaycan üçün əhəmiyyətlidir. Ümumiyyətlə, müxtəlif dövlət liderlərinin işğaldan azad olunan Qarabağ bölgəsinə səfərləri Azərbaycanla əməkdaşlığa verilən qiymətdir. Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın ardınca, Türkmənistanın da Qarabağ və ya Şərqi Zəngəzurda məktəb və ya mədəniyyət mərkəzinin inşaatına qərar verməsi ümumi işin xeyrinə olar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 İyul 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri