Icma.az
close
up
RU
Berdıyev legioner limitinin qaldırılmasına etiraz etdi: “Birmənalı olaraq buna qarşıyam”

Berdıyev legioner limitinin qaldırılmasına etiraz etdi: “Birmənalı olaraq buna qarşıyam”

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Turan Tovuz” qış təlim-məşq toplanışı çərçivəsində mövsümün ikinci yarısına hazırlığını Türkiyədə davam etdirir.

Futbolpress.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev klubun mətbuat xidmətinə müsahibə verib.

– Komandanın mövsümün ilk yarısındakı çıxışını necə qiymətləndirirsiz?

– Ümumi götürsək, nəticədən məmnunluq var. Əgər mövsümün əvvəlində kimsə desəydi ki, ilk yarını 3-cü pillədə yekunlaşdıracağıq, bu qədər xal toplayacağıq, həmin vaxt bu fikirdən razı qalardıq və məmnun olardıq. Amma bəzi oyunlar oldu ki, daha yaxşı oynayıb qələbə qazana bilərdik və tam razı qalardıq.

– Hazırda komandanın Türkiyədə təlim-məşq toplanışı davam edir. Hazırlıq barədə danışmaq istərdik. Proses tələblərinizə və istəklərinizə nə dərəcədə cavab verir?

– Bəli, yaxşı şərait yaradılıb və hava da əlverişlidir. Təlim-məşq toplanışı plana uyğun və kifayət qədər yaxşı keçir.
Komandaya yeni futbolçular cəlb olunub. Yeni transferlər barədə nə deyə bilərsiz?
Fikirləşirəm ki, bu uşaqlar birmənalı şəkildə kömək edəcəklər. Həm Rəhim Sadıxov, həm də Orxan Əliyev kollektivə tez uyğunlaşa bilən futbolçulardır. Bu da olduqca vacib bir məqamdır. Onlar qarşıya qoyulan tapşırığı başa düşürlər və yaxşı hazırlaşırlar.

– Son vaxtlar limitin ləğv olunması ilə bağlı xəbərlər yayılır. Sizin bu barədə mövqeyiniz necədir?

– Bu çox ciddi sualdır. Mən bu məqamla tez-tez rastlaşmışam. Əgər limitlə bağlı danışırıqsa, onu demək lazımdır ki, bunun üçün strateji yönləndirmə lazımdır. Azərbaycan futbolunun yaxın 5-7 il ərzində inkişaf mərhələsi dəqiq bilmirəm, plan hansı istiqamətdədir. Sözsüz ki, bu məsələdə vacib olan məqam təsadüfi yox, mərhələli şəkildə işin aparılmasıdır. Əgər bu plan futbolun mərhələli şəkildə inkişafı üçün nəzərdə tutulubsa, bu başqa məsələ. Yox əgər bu məsələ təsadüfi, spontan şəkildə yaranıbsa, onda nəsə demək çətindir. Tutaq ki, ancaq 11 legioner oynayacaqsa, onda bizim akademiyalar nə işə yarayır? Onda bizim uşaqlar, indi oynayan azərbaycanlı futbolçular harada çıxış edəcəklər? Bu məsələni müzakirə edərkən, ilk növbədə Azərbaycan milli komandasının strateji xəttini, ölkənin nüfuzunu əsas götürmək lazımdır. Yenə də təkrarlayıram, belə məsələni qaldıran insanlar bu barədə düşünürlərmi? Çünki uşaq və yeniyetmə milli komandalarının strateji inkişafı nəzərə alınmırsa, onda ölkə futbolunun nüfuzu olmayacaq. Məncə, biz anlamalıyıq ki, bu qərar sadəcə olaraq uşaq və yeniyetmə futbolunu öldürəcək. Sözsüz ki, bundan sonra bir çox azərbaycanlı futbolçu harasa getmək məcburiyyətində qalacaq. Bilmirəm, çətin sualdır. Amma mən birmənalı olaraq buna qarşıyam.

– Klubun azarkeşlərinə nəsə demək istərdiniz?

– Bizim azarkeşlərimiz inanılmaz insanlardır. Komandanın arxasıyca hər yerə gedirlər. Hətta komanda uğursuz çıxış edəndə belə tam dəstəklərini nümayiş etdirirlər. Buna görə də klub adından, uşaqların adından onlara təşəkkür düşür. Çətin anlarda göstərdikləri səbr nəyə desən dəyər. İnşallah, ümid edirəm ki, mövsümün sonunda onları məyus etməyəcəyik.

Ümumi

11 Yanvar 2025, 20:40

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 11 Yanvar 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri