Icma.az
close
up
RU
Beş min manata nə etmək olar? Biznes qurmaq üçün üç addım

Beş min manata nə etmək olar? Biznes qurmaq üçün üç addım

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"İnsan yalnız özünü yox, həm də dünyanın, cəmiyyətin gələcəyini düşünməlidir. Buna görə də təqdim edilən layihələrdə ümumi rifahın olub-olmadığını nəzərə alırıq. Biz daim çalışırıq ki, qalib sayını artıraq. Çünki bizə müraciətlər daxil olduqca görürük ki, ölkəmizdə çox istedadlı, savadlı, ağıllı gənclərimiz var".

Bu fikirləri Oxu.Az-a müsahibəsində Azad Mirzəcanzadə İnkişaf Proqramının koordinatoru Leyla Seyidzadə deyib.

Müsahibəni təqdim edirik:

- Akademik Azad Mirzəcanzadənin adını daşıyan İnkişaf Proqramının mahiyyəti nədən ibarətdir?

- Bu proqramın əsas məqsədi innovativ və yaradıcı düşüncəyə sahib, fəal və bacarıqlı gəncləri aşkar etmək, onları dəstəkləmək və inkişaflarına töhfə verməkdir. İnsan kapitalının inkişafı bu gün ölkəmizin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyev də dəfələrlə bu məsələyə çıxışlarında toxunub. Proqram da məhz bu strateji yanaşmaya uyğun olaraq formalaşıb.

- Proqram niyə məhz akademik Azad Mirzəcanzadənin adını daşıyır?

- Çünki Azad Mirzəcanzadə həm öz dövrü, həm də ümumilikdə Azərbaycan elmi üçün önəmli bir şəxsiyyət və alim olub. Onun elmi irsi, əməyi, xidmətləri çox böyükdür. O, öz dövrü üçün əsl innovator idi. Bu gün hər kəs innovasiyadan, startaplardan danışır. Azad müəllimin təkcə özünün 50-dən çox ixtirası olub. Bunların bəziləri hələ də açıqlanmayıb, istifadəyə verilməyib. Bu fakt özü onun necə qabaqcıl fikirli alim olduğunu sübut edir.

Onun əsas fəaliyyət istiqamətlərindən biri insan kapitalının inkişafı ilə bağlı idi. Azad Mirzəcanzadə yalnız elmi fəaliyyətlə məşğul olmurdu, eyni zamanda, 600-dən çox elmlər namizədi və fəlsəfə doktoru yetişdirmişdi.

- Vaxtilə Azad Mirzəcanzadənin yeni tipli məktəb texnologiyalarının həyata keçirilməsinə təşəbbüsü olub...

- Bəli, Azad Mirzəcanzadə yalnız elm sahəsində deyil, təhsil sahəsində də çox mühüm addımlar atıb. O, bir yox, iki liseyin təsisçisi olub. Həmin liseyləri isə ölkə üçün çox çətin bir dövrdə - 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində yaratmışdı.

Bu liseylərə o məktəblərdən istedadlı uşaqları cəlb etmişdi və həmin uşaqlara yalnız özü dərs deməklə kifayətlənmirdi. Eyni zamanda, akademiyada onunla birgə çalışan əməkdaşları, akademik dostları dərs deyirdilər. Bu yanaşma və bu insanların iştirakı həmin liseylərin şagirdlərinə güclü təsir göstərmişdi.

Həmin məktəblərin məzunları ölkəmizin müxtəlif sahələrində uğurla çalışırlar. Onların bir çoxu xaricdə də yaşayır və Azərbaycanı yüksək səviyyədə təmsil edir.

Həmin şəxslər yalnız elmi istiqamətdə deyil, siyasət, biznes, dövlət sektoru, özəl sektor, ictimai fəaliyyət kimi müxtəlif sahələrdə hərtərəfli inkişaf edərək ölkəmizə töhfələr verirlər.

- Azad Mirzəcanzadə İnkişaf Proqramı nə vaxt fəaliyyətə başlayıb?

- Azad Mirzəcanzadə İnkişaf Proqramı 2020-ci ildə pilot layihə kimi fəaliyyətə başlayıb. Hazırda daha genişmiqyaslı bir təşəbbüsə çevrilib. Pilot mərhələdə biz iki mindən artıq gənclə işlədik. Burada "gənclər" dedikdə layihə 18-35 yaş arası istedadlı şəxslər üçün nəzərdə tutulmuşdu. Birinci mərhələdə biz altı qalib müəyyən etdik və həmin qaliblərin layihələri çox uğurla həyata keçirildi. Bəzi layihələr artıq tamamlanıb, bəziləri isə hələ də davam edir.

- Proqram çərçivəsində iştirakçılar nə qazanırlar və sizcə, onlar üçün hansı imkanlar formalaşır?

- Layihənin məqsədi istedadlı və fəal insanları aşkar etmək və onlara dəstək göstərməkdir. Dəstək dedikdə isə biz maliyyə dəstəyindən danışırıq. Hər bir qalib iştirakçı beş min manat məbləğində qrant əldə edə bilər. Bununla yanaşı, təşkilati dəstəkdən və müxtəlif təlimlərdən faydalana bilərlər.

- Proqramda iştirak etmək üçün layihələr hansı sektora aid olmalıdır?

- Birincisi, iştirakçılar 18-35 yaş aralığında Azərbaycan vətəndaşı olmalıdırlar. Bölgənin fərqi yoxdur. Layihələr hər bir sahəyə aid ola bilər. Məsələn, bizim əvvəlki altı qalibimiz, demək olar ki, tamamilə fərqli sahələrdən olub: yaşıl enerji, rəqəmsal startap, təhsil və tədris, rəssamlıq layihəsi və s.

Bəzən soruşurlar ki, sizin hansısa prioritet sahəniz varmı? Mən həmişə deyirəm: bizim heç bir prioritetimiz yoxdur və yaxşı ki, artıq əvvəlki qaliblərimiz bunu nümayiş etdirirlər.

Ona görə də hər kəsin şansı bərabərdir. Biz həm fərdi, həm də komanda şəklində təqdim edilən layihələri qəbul edirik. Komandanın hər bir üzvü bizim üçün vacibdir.

- Layihəni necə təqdim etmək lazımdır?

- Son müraciət tariximiz yoxdur. Bəzən hansısa təqdimatlarda və ya müəyyən zamanlarda biz onu qeyd edirik, amma ümumiyyətlə, istənilən vaxt bizə müraciət etmək mümkündür.

Yəni əgər sizin ideyanız varsa, hansısa konkret tarixi gözləməyə ehtiyac yoxdur - istənilən vaxt müraciət edə bilərsiniz. Müraciət forması həm saytımızda, həm də sosial media hesablarımızda yerləşdirilib.

Formanın özü də çox sadədir, üç hissədən ibarətdir:

Birinci hissə - statistik məlumatlar: adınız, soyadınız, əlaqə nömrəniz və digər standart suallar;

İkinci hissə - sizin CV-niz: bu, istənilən formada ola bilər - biz müxtəlif formatları qəbul edirik;

Üçüncü hissə - video: burada siz mütləq şəkildə bir video təqdim etməlisiniz. Həmin videoda üç suala cavab verməlisiniz. Bu üç sual isə yarıpraktiki, yarıfəlsəfi xarakter daşıyır.

Özünüz haqqında danışmalısınız, ideyanız haqqında məlumat verməlisiniz, sizi ilhamlandıran mənbədən bəhs etməlisiniz.

Çünki qeyd etdiyim kimi, biz sizə, sadəcə, bir layihə təqdimatçısı kimi deyil, fərd olaraq baxırıq. Maraqlıdır ki, bu insan kimdir, nə düşünür, nə üçün bu layihəni həyata keçirmək istəyir?!

- İştirakçıları seçən zaman hansı meyarlara əsaslanırsınız? Üstünlük verdiyiniz cəhətlər hansılardır?

- Bizim proqram və meyarlarımız qeyri-standartdır. Hər zaman deyirik ki, insan sözdən əmələ keçməlidir. Ona görə də şəxsin videoda dediyi və CV-də qeyd etdiyi təcrübələri həyata keçirib-keçirmədiyi bizim üçün vacib nüansdır. Şəxsin peşəkarlığı və məlumatlılığı həmin layihəni həyata keçirmək üçün yetərlidirmi?

Proqramımızda hər sahədən layihələrə açığıq - hətta bu, biznes layihəsi də ola bilər. Amma mütləq şəkildə hər bir layihə ümumi rifahı nəzərə almalıdır. İnsan yalnız özünü yox, həm də dünyanın, cəmiyyətin gələcəyini düşünməlidir. Digər bir meyar isə şəxsi sosial məsuliyyət anlayışıdır. Yəni insan layihəni necə başa düşür? Özünü bu çərçivədə necə aparır? Həmin fikirlərində, davranışlarında sosial məsuliyyəti necə əks etdirir?

- Proqramın ən böyük üstünlüyü nədən ibarətdir?

- Hər sahədən layihələri qəbul edirik və nəticədə çox fərqli, istedadlı insanlar bir-biri ilə görüşürlər.

- İl ərzində qəbul edə biləcəyiniz layihə sayı ilə bağlı limit varmı?

- Rəsmi limit yoxdur. Biz daim açığıq və proqramın son müraciət tarixi də yoxdur.

Doğrudur, bəzi limitlərimiz var - xüsusilə qalib layihələrin sayı baxımından. Amma çalışırıq ki, bu limitləri aradan qaldıraq və daha çox iştirakçını dəstəkləyə bilək.

Ola bilər ki, gələcəkdə özəl sektorda fəaliyyət göstərən qurumlarla daha çox işləyək. Qalib sayını artırmaq istəyirik. Çünki bizə müraciətlər daxil olduqca görürük ki, ölkəmizdə çox istedadlı, savadlı, ağıllı gənclərimiz var.

- Proqram iştirakçılarının həm peşəkar, həm də şəxsi inkişafını təşviq edən təlimlər təşkil olunur. Bu təlimlərin məzmunu necə formalaşdırılır və iştirakçılar üçün hansı mövzular daha bəyənilən sayılır?

- Bu, çox yaxşı bir sualdır. Mən düşünürəm ki, bizim proqramın təlimlərə yanaşması digər proqramlardan bir qədər fərqlidir. Təlimləri əvvəlcədən planlaşdırmırıq. Əvvəlcə iştirakçıları seçirik, sonra onların profillərini, müsahibələrini analiz edirik. Bu analiz əsasında onların səviyyələrinə uyğun təlim proqramları hazırlayırıq. Bu səbəbdən də həmin təlimlər çox fərdi olur.

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 May 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri