Icma.az
close
up
RU
Bəşər Əsəd Rusiyaya qaçdı Yaxın Şərqdə hansı ssenari gözlənilir? Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Bəşər Əsəd Rusiyaya qaçdı Yaxın Şərqdə hansı ssenari gözlənilir? Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

"Bilirik ki, Suriyada dünyanın bir çox büyüklərinin maraqları toqquşur. Onlar öz maraqlarını təmin etmək üçün Suriya dövlətinin dağılmasına rəvac vermişdilər. Suriya hissələrə bölünmüşdü. Ölkəyə uzun illər rəhbərlik edən Əsədin ölkədən qaçdığı bildirilir. Hələlik rəsmi informasiya olmasa da, artıq onun ölkədən qaçdığı məlumdur. Dünyanın siyasi gücləri diqqətlə baş verənləri izləyir, müxalifətin lideri ölkədə keçid hökumətinin qurulacağını və bunun ilyarım həkimiyyətdə olacağını sonra isə demokratiya yolu ilə ölkə idarə ediləcəyini qeyd edir".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Suriya Prezidenti Bəşər Əsədin ölkədən qaçaraq Rusiyaya sığınmasına, eləcə də Suriyada müxalifətin hakimiyyəti ələ keçirməsinə münasibət bildirərkən deyib.

Deputat Suriyada maraqlı mövqeləri olan ölkələri sadalayıb:

"Təbii olaraq hazırda İranın, Rusiyanın, qardaş Türkiyənin və ABŞ-nin də mövqeyi məraqlıdır. Rusiyanın hərbi bazaları, donanması var. Onların köçürülməsi və ya çıxarılması məsələsi də tam aydınlaşmayıb. ABŞ-nin hərbi bazaları kənarda qaldı. Müxalifət koalisiyası oradakı radikallarla döyüşüb bütün şəhərləri azad etməyi qarşılarına məqsəd qoymuşdular. Amma hələ də bəzi ərazilərdə kiçik, lokal əməliyyatlar davam edir. Həbsxanalar üzə çıxır, məhbuslar azad edilir. Vəziyyət qeyri-stabildir. İnsanlar paytaxt Dəməşq daxil olmaqla digər şəhərlərə geri dönməyə başlayıblar. 

Əlbəttə ki, Suriya məsələsində Türkiyənin də mövqeyi əsasdır. Rəsmi Ankara Suriyanı bütövlükdə dəstəklədiyini bildirir, eyni zamanda hər hansı lazımi tədbirlərin görülməsini də diqqətə çatdırıb. Bu səbəbdən Türkiyə də sözügedən münaqişədən əziyyət çəkir. Çünki ərazisində 4 milyondan çox suriyalı qaçqın yaşayırdı. Türkiyə onlara qucaq açıb, bu insanları öz ərazisində yerləşdirərək dəstək verirdi. İsrail kimi nəhəng, güclü dövlətin də Suriyada öz maraqları var. İsrail artıq bufer zonanı keçərək irəli keçdiyini bəyan edib. Güman ki, hər bir güclü dövlət Suriyada yaranmış hərc-mərclikdən, iğtişaşlardan istifadə edərək öz maraqları naminə istifadə edəcək. Bu gün hər bir dünya gücü Yaxın Şərqdəki prosesləri anbaan izləyir. 

Arzumuz Suriyada stabilliyin təmin olunmasıdır. Düşünürük ki, xalq öz sözünü deməlidir. Onun iradəsi ilə yeni hakimiyyət qurulmalıdır. Əsasən də hər birimizin görmək istədiyi günahsız insanların böyük siyasi oyunların qurbanına çevrilməməsi, o cümlədən ölkədə əmin-amanlığın formalaşmasıdır".

Mikayıl Mirzəzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 09 Dekabr 2024 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see229

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see227

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see219

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see212

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see205

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see203

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see180

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see168

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see164

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see154

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see147

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see143

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see135

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see132

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see128

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see127

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see126

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri