Icma.az
close
up
RU
Beyin qocalmaya bilərmi?

Beyin qocalmaya bilərmi?

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Uzunömürlülüyün naməlum sirləri

Şəxsi itki bəzən həyatda dəyişiklik üçün güclü stimul ola bilər. Uzunömürlülük sahəsində startapın yaradıcısı Duqal Beyn-Kim atasını Altsheymer xəstəliyindən itirdikdən sonra sağlamlığa yanaşmasını tamamilə dəyişib. Onun məqsədi atasının keçdiyi yoldan uzaq durmaqdır.

Bir vaxtlar kreatin yalnız idmançılar arasında məşhur idi, lakin sonradan beyin sağlamlığına diqqət yetirən insanların da marağını cəlb etdi. Üç aminoturşudan ibarət olan bu maddə təkcə əzələlər üçün deyil, həm də zehin üçün əlavə enerji mənbəyidir. Alimlər bildirirlər ki, kreatin beyni stresin və yuxusuzluğun mənfi təsirlərindən qoruyur. Məsələn, aparılan son araşdırmada demensiya diaqnozu qoyulmuş və kreatin qəbul edən xəstələrdə idrak funksiyalarında cüzi yaxşılaşma qeydə alınıb. Əlavələrə ümumilikdə skeptik yanaşan Duqal kreatini məhz beynə potensial faydasına görə gündəlik rasionuna daxil edib.

Ozempik kimi dərmanlar əsasən çəki azaldıcı təsiri ilə tanınır. Lakin alimlər onların maraqlı “yan təsirini” də müəyyən ediblər. Məlum olub ki, bu dərmanların tərkibindəki aktiv maddələr demensiya riskini azalda və yaşla əlaqədar beyin həcminin kiçilməsini ləngidə bilər. Duqal bu dərmanlardan birinin minimal dozalarını qəbul edir. Mütəxəssislər hələ də mübahisə edirlər: bu müsbət təsir birbaşa dərmanların özündənmi, yoxsa çəkinin normallaşmasından sonra orqanizmin ümumi sağlamlaşmasındanmı qaynaqlanır?

Fiziki fəaliyyətin beyin üçün faydası çoxdan məlumdur. Amma indi diqqət artıq ağır məşqlərdən çox, orta səviyyəli, lakin uzunmüddətli yüklənmələrə yönəlib. Söhbət elə hərəkətlərdən gedir ki, insan hərəkətdə olur, amma eyni zamanda, rahat danışa bilir. Bu, yüngül qaçış və ya velosiped gəzintisi ola bilər – belə fəaliyyətlər uzun müddət beyin qan dövranını artırır.

Hər kəs Aralıq dənizi pəhrizinin faydalarından xəbərdardır. Duqal isə Harvard alimləri tərəfindən sinir sisteminin zəifləməsini ləngitmək məqsədilə hazırlanmış onun yaxın “qohumu” – MIND pəhrizinə üstünlük verir. Onun effektivliyi barədə araşdırmalar bəzən ziddiyyətli olsa da, prinsipləri məntiqlidir. Rasionun əsasını yarpaqlı göyərtilər (həftədə ən azı 6 porsiya), qoz-fındıq (5 porsiya), paxlalılar (4 porsiya), giləmeyvələr və yağlı balıqlar təşkil edir. Yeməklərdə əsasən zeytun yağı istifadə olunur. Lif və omega-3 yağ turşuları ilə zəngin bu qidalanma tərzi orqanizmdə iltihabla mübarizə aparmağa və damar sağlamlığını qorumağa kömək edir ki, bu da birbaşa idrak funksiyaları ilə bağlıdır.

Keyfiyyətli yuxu da uzunömürlülük barədə ciddi düşünənlər üçün əsas qaydaya çevrilib. Yuxu zamanı beyin gün ərzində toplanmış toksik zülallardan aktiv şəkildə təmizlənir. Həkimlər təsdiqləyirlər ki, xroniki yuxusuzluqdan əziyyət çəkən və ya yuxu problemi yaşayan insanlarda demensiya riski iki dəfə yüksək olur. Duqal hər gecə təxminən 7 saat 45 dəqiqə yatır və bu, həkimlərin tövsiyələrinə tam uyğundur. “Yuxu mənim üçün beynimi qoruma strategiyasının əsasına çevrilib”, – o bildirir.

Bu vərdişlərin heç olmasa bir neçəsini həyat tərzinə daxil etmək, illər boyu həm fiziki, həm də zehni sağlamlığa dəyərli töhfə verə bilər. Özünüzün düzgün yolda olub-olmadığınızı anlamaq üçün isə uzunömürlülük testindən keçmək tövsiyə olunur.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri