Icma.az
close
up
RU
Beyləqanda maşın ustası döyüldü O, Xocavənd uşağıdır, sən isə...

Beyləqanda maşın ustası döyüldü O, Xocavənd uşağıdır, sən isə...

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Beyləqan rayonunda 2000-ci il təvəllüdlü Azər Rəfail adlı şəxsə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 6-da Beyləqan şəhəri, RTS qəsəbəsində baş verib.
Ağdərə rayon sakini Azər həmin gün saat 17 radələrində Rəfailin işlədiyi avtomobil təmiri sexinə gəlib. O, Rəfailin yanında işləyən, onunla eyni qəsəbədə yaşayan Kənana irad tutmasını bəhanə edib və əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə ona xəsarət yetirmək qərarına gəlib.
Azər Rəfailin üzərinə hücum edib və sağ əlinin barmaqlarına keçirdiyi istintaqa məlum olmayan predmetlə çənəsinin altından bir dəfə vurub. O, Rəfaili yerə yıxdıqdan onun burnuna qəsdən bir təpik zərbəsi də yetirib. 
Azərin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Azər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki,  Xocavənd rayonu, Axullu kəndində qeydiyyatda olmaqla Xocavənd rayonu 500 ailəlik qəsəbədə yaşayır:
“Rəsmi olaraq heç bir yerdə işləmirəm, fərdi təsərrüfatla məşğul oluram. Rəfaili əvvəllər tanımamışam, aramızda hər hansı ədavət və düşmənçilik olmayıb. İyulun 6-da, saat 17 radələrində çay içmək üçün Beyləqan şəhəri, RTS qəsəbəsində yerləşən “NZS pub” adlı kafeyə getdim. İkinci mərtəbəyə qalxıb pəncərəyə yaxın stolda oturdum və çay sifariş etdim. Bir neçə dəqiqə sonra kafenin aşağısından ağlamaq səsi eşitdim. Pəncərədən baxdıqda bir uşağın arxada tək ağladığını gördüm. Nə baş verdiyini bilmək üçün kafedən çölə çıxdım. Çölə çıxdıqdan sonra avtomobil təmiri sexinin qabaq qapısından sexə daxil oldum və sexin içindən keçərək arxa qapıdan çölə çıxdım. Uşağa yaxınlaşdım və həmin uşağın yaşadığım qəsəbədə yaşayan Kənan olduğunu gördüm. Kənandan nə səbəbə ağladığını soruşdum. Kənan cavabında avtomobil təmiri sexində ustanın yanında iş öyrəndiyini və ustasının onu vurduğunu dedi. Kənandan ustanın nə səbəbə onu vurmasını soruşdum. Kənan heç bir problem olmadığını bildirdi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, Kənanla danışan zaman sexdə usta işləyən Rəfail ona yaxınlaşmış və sexin ərazisini tərk etməsini ona bildirib:
“Rəfail üstümə gəldiyi üçün əlim ilə onun sinəsindən itələdim, yumruqla ağız nahiyəsindən vurdum. Dayandığım yer onun sexinin ərazisi olmadığını dedim. O, ünvanıma nalayiq söyüşlər söyə-söyə gedib sexin içinə girdi. Mən də Rəfailin arxasınca arxa qapıdan sexə daxil oldum. Rəfail sexin içindən dəmir parçaları götürərək mənə tərəf atmağa başladı. Bu vaxt tanışım Bəhruz arxamca sexə gəldi və Rəfaili sakitləşdirməyə çalışdı. Həmin vaxt sexdə adlarını qeyd etdiyi şəxslərdən başqa sexdə usta işləyən Röyal da olub. Sexin qapısı bağlı olub və biz sexin içində mübahisə etmişik. Orada olan şəxslər də Rəfailə sakitləşməsini bildıririblər. Lakin Rəfail sakitləşməyib və yenə də sexin içindən müxtəlif dəmir əşyaları götürərək mənə tərəf atmağa davam etdi. Həmin vaxt Rəfaillə aramızda təxminən 2-3 metr məsafə oldu. Rəfailin atdığı dəmirlərdən biri sifətim istiqamətində gəldi və mən həmin dəmirin sifətimə dəyməməsi üçün sağ qolumu dəmirin qarşısına tutdum. Bu vaxt həmin dəmir parçası sağ qoluma dəyərək yerə düşdü. Röyal da Rəfailə sakitləşməsini bildirdi. Bu vaxt Royalla Bəhruz məni tutaraq sexin arxasına tərəf apardılar. Bundan sonra avtomobilimlə oradan uzaqlaşdım”. 
Zərərçəkmiş Rəfail ifadəsində göstərib ki, avtomobil təmiri sexində usta işləyir: “Kənan yanımda köməkçi işləyir. Royalın Vasif adlı tanışı vardır. Vasif oğlu Kənana yanımızda avtomobil təmiri işini öyrətməsini Royaldan xahiş etdi. Röyal da mənə bu barədə dedi. Röyala etiraz etmədiyimi bildirdim. Bundan sonra Kənan yanımızda işi öyrənməyə başladı. Kənan 3-cü gün idi ki, yanımızda işləməyə başlamışdı”.
Zərərçəkmiş qeyd edib ki, iyulun 6-da, saat 17 radələrində onlar sexdə olan zaman Kənanın işləmədiyini, oturduğunu görüb:
“Kənana irad tutaraq işləməsini bildirdim və atasının onu yanımıza sənət öyrənməsi üçün qoyduğunu dedi. Kənan sözümdən inciyərək ağladı. Bir neçə dəqiqə sonra sonradan tanıdığım Azər Bəhruz adlı şəxslə birlikdə sexə gəldi və məndən nə üçün Kənana irad tutduğumu soruşdu. Mən də Kənanın atası Vasifin onu iş öyrənməsi üçün yanıma qoyduğunu dedi. Azər mənə “sən kimsən ki, qəsəbə uşağının üstünə qışqırırsan?! O, Xocavənd qəsəbəsinin uşağı, sən isə Beyləqan uşağısan, sən qəsəbə uşağının üstünə qışqıra bilməzsən” dedi. Azər mənə beşatılan tüfəngi olduğunu və həmin tüfənglə məni öldürəcəyini dedi. Azərə mənə heç nə edə bilməyəcəyini dedi. Azər mənimlə mübahisə edərək nalayiq söyüşlər söyməyə başladı. Azərə sərxoş olduğunu dedim, sexi tək etməsini bildirdim. Lakin Azər yenə əli cibində yaxınlaşaraq məni nalayiq ifadələrlə təhqir etdi”. 
Zərərçəkmiş deyib ki, bu zaman Azər sağ əlinə keçirdiyi beşbarmaqla onun çənəsinin altından bir dəfə vurub:
"Mən zərbənin təsirindən yerə yıxıldım. Yıxıldıqdan sonra Azər yerdə burnuma təpiklə vurdu. Mən huşumu itirdim. Gözümü açdıqda Azərlə Bəhruzun orada olmadığını, Royalın üzümə su vuraraq məni ayıltdığını gördüm. Mən çənəmi tərpədə bilmədim. Röyal məni Beyləqan rayon mərkəzi xəstəxanasına apardı”. 
Beyləqan Rayon Məhkəməsinin hökmü ilə Azər 2 il 5 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi, yaşadığı Beyləqan və Xocavənd rayonları ərazisinin hüdudlarını tərk etməsi qadağan olunub. 
Bundan əlavə ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,  müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri yerinə yetirməsi tapşırılıb.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Mart 2026 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri