Beyli Ulbrixt: “İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar qeyrimütənasibdir” Yeni Çağ Media
Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir.
“Müharibə dağıdıcı olsa da, bu qədər böyük mülki ziyan yolverilməzdir”.
Yenicag.az xəbər verir ki, bunu politoloq Beyli Ulbrixt İsrailin Qəzzada törətdikləri ilə bağlı çıxışında deyib.
Onun sözlərinə görə, İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar qeyri-mütənasibdir.
“Müharibənin ilk altı həftəsində Qəzzadakı dağıntıların miqyası digər münaqişələrlə müqayisə edilməz dərəcədə böyükdür. Bu əməliyyatların böyüklüyünü və qeyri-proporsional təsirlərini nə iləsə izah etmək olmur. Xüsusilə səhiyyə müəssisələri və su obyektlərinin zədələnməsi faktları məsələni anlamağa kifayətdir. Rusiya-Ukrayna müharibəsində belə səhiyyə obyektlərinin yalnız 10%-i zədələndi. Halbuki Qəzzada bu rəqəm 88%-dir. Müharibə dağıdıcı olsa da, bu qədər böyük mülki ziyan yolverilməzdir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 21 Noyabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















