Beynəlxalq Ədalətli Enerji Keçidi layihəsinin icraçı direktoru: Azərbaycan bərpaolunan enerji sahəsində ciddi strateji üstünlüklərə malikdir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 25 dekabr, Ceyhun Xəlilov, AZƏRTAC
Azərbaycan bərpaolunan enerji sahəsində ciddi strateji üstünlüklərə malikdir. Ölkə güclü günəş və külək potensialına, əhəmiyyətli su resurslarına və ən vacibi Qərbi Avropaya qədər uzanan boru kəməri infrastrukturuna malikdir. Mövcud qaz kəmərlərinin gələcəkdə hidrogen nəqlinə uyğunlaşdırılması böyük üstünlükdür.
Bu fikirləri AZƏRTAC-a müsahibəsi zamanı Beynəlxalq Ədalətli Enerji Keçidi layihəsinin və Almaniyanın Rur Universitetinin Enerji Keçidi Laboratoriyasının icraçı direktoru, iqtisadçı-alim Elxan Sadıxzadə söyləyib.
O bildirib ki, yaşıl hidrogen sahəsində ölkənin beynəlxalq investisiyalara açılması kritik əhəmiyyət daşıyır. Çünki transformasiya üçün tələb olunan kapital çox böyükdür və xarici birbaşa investisiyalar olmadan bu yükü tam şəkildə daşımaq çətindir.
“Bundan əlavə, mən özəl investisiyalar hesabına Günəş enerjisinin sürətləndirilməsində böyük potensial görürəm. Şəhər mühitində Günəş enerjisinin təşviqi, yeni tikililərdə məcburi enerji səmərəliliyi və Günəş inteqrasiyası kimi tənzimləmələr iqtisadiyyatın ümumi enerji səmərəliliyini əhəmiyyətli dərəcədə artıra bilər. Bu sahədə Avropa ölkələrinin təcrübəsindən həm uğurları, həm də səhvləri baxımından öyrənmək vacibdir. Eyni zamanda, günəş enerjisinin genişləndirilməsi ötürücü şəbəkələrin və enerji saxlama imkanlarının inkişafı ilə paralel getməlidir”, - deyə iqtisadçı-alim vurğulayıb.
Müsahibənin tam variantı tezliklə AZƏRTAC-da dərc olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 25 Dekabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















