Icma.az
close
up
RU
Beynəlxalq Gənclər Müsabiqəsinin qalibləri bəlli olub

Beynəlxalq Gənclər Müsabiqəsinin qalibləri bəlli olub

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda “Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun layihəsi olan Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi təşkil olunub.
Reyting.az
-ın məlumatına görə, 23 dekabr 2024-cü ildə keçirilən tədbiri Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, “Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun Himayəçilik Şurasının sədri, Xalq yazıçısı Çinqiz Abdullayev açıb.
Çinqiz Abdullayev görkəmli ədib, dövlət və ictimai xadim, Dövlət mükafatı laureatı, Beynəlxalq Nehru mükafatının laureatı, akademik, Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahmovun yaradıcılığından, onun Azərbaycan mədəniyyətinə və ədəbiyyatına verdiyi əvəzsiz töhfələrdən danışıb.
Çinqiz Abdullayev deyib ki, Mirzə İbrahimov yeni dövr Azərbaycan ədəbi-bədii və ictimai-siyasi fikrinin görkəmli nümayəndələrindən biridir. Onun kimi şəxsiyyətlərin xalqın mənən oyanmasında xüsusi rolunu diqqətə çatdıran Ç. Abdullayev yazıçının elmi-nəzəri və bədii irsinin öyrənilməsinin vacib məsələ olduğunu da vurğulayıb.
Müsabiqənin münsiflər heyətinin sədri Xalq yazıçısı Elmira Axundova Fondun ilk layihələrindən olan Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsinin əhəmiyyətindən danışıb. E. Axundova qeyd edib ki, müsabiqədə Azərbaycanla yanaşı, Rusiya Federasiyası, Özbəkistan, İran İslam Respublikasından olan müəlliflər iştirak ediblər və təqdim olunan işlər Mirzə İbrahimovun həyat və yaradıcılığında baş vermiş əlamətdar hadisənin araşdırılmasına həsr olunaraq Xalq yazıçısının tanınmış “Gələcək gün” romanının adı ilə uzlaşan baxış bucağını əks etdirir.
E. Axundova bildirib ki, görkəmli yazıçı, ədəbiyyatşünas, ədəbi tənqidçilərdən ibarət münsiflər heyəti işlərin dəyərləndirməsi və seçimi zamanı bədii dəyər, üslub vahidliyi, ideya kreativliyi, bilik səviyyəsi kimi meyarları əsas götürərək qaliblərlə bağlı yekdil qərar verib.
Daha sonra qaliblərin adları açıqlanıb. “Ən yaxşı elmi-tədqiqat işi” nominasiyası üzrə Pərvanə Məmmədlinin “Mirzə İbrahimov yaradıcılığında xalqın taleyüklü məsələləri”, Nigar Yahyazadənin “Mirzə İbrahimov yaradıcılığı tədqiqatlarda” işləri müvafiq olaraq I, II yerlərə, həvəsləndirici mükafat olaraq III yerə isə Məlihə Əzizpur Özturhanın “Mirzə İbrahimovun İran ədəbi mühitlərindəki yeri” adlı işilayiq görülüb.
“Ən yaxşı ssenari” üzrə Eldəniz Məmmədov (Özbəkistan) “Şuşada əhvalat”, Sanjar Murodşayoxovun “Ana”, Karina Aseinovanın “Çobanın sevgisi” ssenariləri müvafiq olaraq I, II və III yerlərə, həvəsləndirici mükafatlar isə Lamiyə Məmmədovanın “Oğru”, Baxrom Musurmanovun “Qübbə”, Karina Aseinovanın “Çobanın sevgisi” ssenarilərinə təqdim edilib.
“Ən yaxşı esse” üzrə Orxan İsayevin yeni yazı üslubu və ideya kreativliyinə görə Qran Pri mükafatına layiq görülüb. Bundan əlavə, Racu Gözəlov (Şıxlı) “Bir kərə yüksələn bayraq, bir daha enməz!”, Kəmalə Nəcəfova “Pıçıltı ilə qışqıran ədib”, Sara Əliyeva isə “Gələcək gün” esseləri ilə müvafiq olaraq I, II və III yerdə qərarlaşıblar.
Sonuncu, “Ən yaxşı ədəbi-bədii əsər” nominasiyasında Əsmər Əhmədovanın “Ümid” hekayəsi qalib olub.
Qaliblərinin işləri “Gələcək Gün” adlı beynəlxalq elmi-nəzəri jurnalın xüsusi buraxılışında təqdim edilib.



Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 Dekabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri