Icma.az
close
up
RU
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 22-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. SİA xəbər verir ki, iclası açan komitə sədri Səməd Seyidov yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib.

Komitə iclasında əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra komitə sədri iclasın 5 məsələdən ibarət gündəliyi barədə məlumat verib. O, əvvəlcə gündəliyin birinci məsələsini – Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, komitənin ötən sessiya ərzində 13 iclası keçirilib. Həmin iclaslarda baxılan qanun layihələri barədə danışan komitə sədri ötən sessiyada qəbul olunan “Diplomatik xidmət haqında” Qanunun əhəmiyyətini xüsusi vurğulayıb. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planı barədə bildirilib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, dinləmələrin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.

Gündəliyin üçüncü məsələsi olan “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı qeyd olunub ki, sənəd ölkələrimiz arasında yaşıl enerji sahəsində yeni strateji çərçivəni müəyyən edərək Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının enerji sistemlərinin inteqrasiyasını gücləndirəcək, Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni imkanlar açacaq.

Dördüncü məsələ olan “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsi barədə isə bildirilib ki, Təmiz Enerji Mərkəzi bərpa olunan enerjinin təşviqi, iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində üzv dövlətlərin kollektiv səylərini birləşdirən qurumdur. Səməd Seyidov Azərbaycanın bu mərkəzə ev sahibliyi etməsini ölkəmizin regional enerji təşəbbüslərində strateji rolunun artması kimi dəyərləndirib.

“Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişiklik edilməsi barədə Milli Məclisin qərarının layihəsi ilə bağlı komitə sədri Səməd Seyidov məlumat verib ki, Azərbaycan-Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır və deputat Səbinə Salmanova həmin işçi qrupuna rəhbər təklif edilir.

Müzakirələrdə komitə sədrinin müavini Nigar Arpadarai, komitə üzvləri Rizvan Nəbiyev, Elçin Mirzəbəyli, Nigar Məmmədova, Elman Nəsirov, Fariz İsmayılzadə çıxış edərək, gündəlikdəki məsələlərlə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər, təqdim olunan layihələrin vacibliyini qeyd ediblər.

İclasda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib, qanun layihələri və qərar layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

İclasda deputatlar Cavanşir Feyziyev, Sevinc Fətəliyeva, Tural Gəncəliyev, Ramil Həsən, Sevil Mikayılova, Asim Mollazadə, Rasim Musabəyov, Gülşən Paşayeva, Zaur Şükürov, Pərvanə Vəliyeva və digər rəsmi şəxslər iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Yanvar 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri