Beynəlxalq Tennis Dürüstlük Agentliyi iki oyunçunu diskvalifikasiya edib
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) iki oyunçunu diskvalifikasiya edib. SİA qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatiyalı tennisçi Lauro Milanoviç 8 il müddətinə cəzalandırılıb və 10 min dollar cərimələnib.
Buna səbəb idmançının 2018-ci ildə dostunun iştirak etdiyi matça 15 dəfə mərc etməsi olub. O, bu mərclərin hamısında qalib gəlib. L.Milanoviç istintaqla əməkdaşlıqdan imtina edib.
Diskvalifikasiya edilən digər tennisçi özbəkistanlı Raximbek İbrahimovdur. O, 21 ay müddətinə tennisdən uzaqlaşdırılıb və 5 min dollar cərimə olunub.
2022-ci ildə iki şübhəli matçla bağlı adı hallanan özbəkistanlı tennisçi də istintaqla əməkdaşlıqdan imtina edib.
Bu mövzuda digər xəbərlər:Qarşılıqlı hörmət və dürüstlük
08 Fevral 2025 10:20
Beynəlxalq Atom Enerjisi Agentliyi Azərbaycanda
27 Fevral 2025 10:09
Bakıda beynəlxalq tennis turniri
06 May 2025 14:43
Dövlət Agentliyi beynəlxalq sertifikata layiq görülüb
05 İyun 2025 13:21
Beynəlxalq Atom Enerjisi Agentliyi İrandan çıxır
05 İyul 2025 19:50
Baxış sayı:124
Bu xəbər 15 İyul 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















