Icma.az
close
up
RU
Bəzən hansısa xaricdə təhsil şirkətinin göndərdiyi tələbə insan alverinin qurbanı olur AÇIQLAMA

Bəzən hansısa xaricdə təhsil şirkətinin göndərdiyi tələbə insan alverinin qurbanı olur AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bəzi media resurslarında, eləcə də bəzi xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında vətəndaşlar müxtəlif xarici ölkələrin universitetlərində təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı ilə bağlı vədlər, hətta zəmanətlər verilir.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a bildirdi ki, hər il biz müvafiq olaraq ali təhsil müəssisələrində keçirilən buraxılış imtahanlarında və yaxud da qəbul imtahanlarında xarici təhsil şirkətlərinin baş qaldırdığını görürük.

"Bəzi hallarda valideynlər, eyni zamanda xaricdə təhsil almaq istəyən vətəndaşlarımız bu kimi şirkətlərin qurbanlarına çevrilirlər. Əlbəttə ki, xaricdə təhsil üçün dövlətin xüsusi proqramı var. Bu proqrama qoşulmaq gələcəkdə diplomun tanınması və eyni zamanda gələcəkdə real iş imkanları deməkdir. Bu proqramdan kənar qəbul məsələsinə gəldikdə, hər bir vətəndaş özü xaricdən qəbul ala bilər. Amma xaricdə təhsil şirkətlərinin böyük əksəriyyəti qeyri-qanuni qəbul əsasında Azərbaycan Respublikası vətəndaşlarının xaricdə təhsil almasna imkan yaradır. Nəticə etibarilə təhsili bitirdikdən sonra diplomların tanınması ilə bağlı ciddi sıxıntı yaranır. Bu səbəbdən vətəndaşlar ilk növbədə şirkəti araşdırmalıdırlar. Onların təklif etdiyi universitetlər və ixtisaslar haqqında məlumata sahib olmalıdırlar. Universitetlərin diplomu ölkəmizdə tanınırmı və ya oxuyacaqları ixtisaslar ölkəmiz üçün prioritet hesab olunurmu, bunları bilməlidirlər", - deyə o vurğuladı.

Ekspert hesab edir ki, əyani təhsilə üstünlük verilməlidir. Onun sözlərinə görə, bəzi hallarda həmin şirkətlər vətəndaşları aldadaraq qiyabi və ya distant təhsil təklif edirlər ki, vətəndaşlar da bu fikirlərlə razılaşır və nəticədə diplomları tanınmır:

"Yaxşı olar ki, belə şirkətlər haqqında vətəndaşlara qarşı hər hansısa bir dələduzluq halı baş verərsə, aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına məlumat verilsin. Vaxtında qabaqlayıcı tədbir alınsın. Əks halda, bir çox hallarda başqa məsələlər də müşahidə edirik. Bəzən hansısa xaricdə təhsil şirkətlərindən vətəndaş göndərilib və insan alverinin qurbanı olur. Xarici ölkədə və ya universitetə yaxınlaşdıqda bildirilir ki, sizin burada qəbulunuz yoxdur. Belə hallar təəssüflər olsun ki, var, vətəndaşlar ayıq-sayıq olmalıdırlar. Daha çox bu istiqamətdə uzun illər fəaliyyətdə olan müəyyən şirkətlərə müraciət etsinlər. Mütəxəssis rəyi almaq da olar".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Aprel 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri