Bəzi iaşə obyektlərindən qaz balonları yığışdırılıb FOTO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində ölkə ərazisində monitorinqlər keçirir.
Avtosfer.az-ın məlumatına görə, bu çərçivədə FHN Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayonunda tədbir həyata keçirib, bəzi iaşə obyektlərində istifadə edilən qaz balonları aktlaşdırılıaraq çıxarılıb.
FHN Qarabağ Regional Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsini icra edən Əhəd İsmayılovun sözlərinə görə, monitorinq zamanı qurumun inzibati ərazisi olan Bərdə şəhərindəki bəzi iaşə obyektlərində qaz balonlarından istifadə hallarının pozulmasına dair faktlar aşkarlanıb:
“Monitorinqlər zamanı ictimai iaşə obyektlərində yanğın təhlükəsizliyi tələblərini pozan, texniki istismar qaydalarına cavab verməyən sıxlaşdırılımış qaz balonlarının istifadə halları aşkar edilib.
Obyekt rəhbərləri ilə maarifləndirici söhbətlər aparılıb və həmin qaz balonları yığışdırılıb. Həmçinin obyekt sahibləri ilə yanğın təhlükəsizliyinə dair təlimatlı söhbətlər aparılaraq onlara müvafiq xəbərdarlıqlar edilib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 07 Mart 2025 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















