Icma.az
close
up
RU
Bəzi ixtisaslarda keçid balları artacaq Məleykdə Abbaszadə

Bəzi ixtisaslarda keçid balları artacaq Məleykdə Abbaszadə

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İlkin təhlillər göstərir ki, müsabiqə vəziyyəti ixtisas qrupları üzrə fərqlənir".

Lent.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

I ixtisas qrupu üzrə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda keçid ballarının 1–2 bal azalacağı gözlənilir: “500–600 bal intervalında keçid ballarında təxminən 16 baladək azalma ola bilər. 400–500 bal intervalında isə təxminən 5 bal azalma proqnozlaşdırılır. 400 baldan aşağı intervallarda isə məzun və kvota sayındakı dəyişikliklər səbəbindən keçid ballarının artacağı gözlənilir.

II ixtisas qrupu üzrə əksər bal intervallarında keçid ballarında 1–3 bal azalma gözlənilir: “300–400 bal intervalında azalma 12 baladək çata bilər. 200–300 bal intervalında isə məzun və kvota sayının artması səbəbindən keçid ballarının 3–4 bal yüksəlməsi mümkündür.

III ixtisas qrupu üzrə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 3–4 bal azalma ola bilər. 500–600 bal intervalında isə keçid ballarının 3–4 bal artacağı gözlənilir. 200–500 bal aralığında yerləşən ixtisaslarda keçid ballarında 1–8 bal artım proqnozlaşdırılır”.

DİM sədri bildirib ki, IV ixtisas qrupunda rəqabət daha yüksəkdir: “Hazırkı məlumata görə, 600 baldan yuxarı nəticə göstərənlərin sayı 1000 nəfərdən çoxdur. Nəticədə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 15–17 baladək artım mümkündür. 500–600 bal intervalında da keçid ballarının yüksələcəyi gözlənilir. 400–500 bal intervalında keçid ballarının əsasən ötənilki səviyyədə qalacağı ehtimal edilir. 200–300 bal intervalında isə keçid ballarının aşağı düşməsi gözlənilir”.

O qeyd edib ki, hazırda təqdim olunan statistika ilkindir və iki cəhdin nəticələrinə əsaslanır: “Dəqiq statistika yekunlaşdıqdan sonra dərc ediləcək. Hər bir abituriyent həmin statistikaya əsasən öz bal intervalında vəziyyətin ötən illə müqayisədə necə dəyişdiyini qiymətləndirə biləcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://lent.az
archiveBu xəbər 31 İyul 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri