Icma.az
close
up
RU
Bəzi qidalar orqanizm üçün təhlükəli ola bilər

Bəzi qidalar orqanizm üçün təhlükəli ola bilər

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yay fəslində havaların isti keçməsi orqanizmdə bir sıra dəyişikliklərə səbəb olur. İsti havada orqanizm bədən temperaturunu sabit saxlamaq üçün tər ifrazını artırır ki, bu da nəticə etibarı ilə həm maye, həm də elektrolit (əritdikdə elektrik cərəyanı keçirən maddələr) itkisi yaradır.

Yayda qidalardan insanlara keçən virus xəstəliklərin sayında artım müşahidə olunur

News24.az yay aylarında orqanizm üçün təhlükəli ola biləcək qidalarla bağlı araşdırma aparıb. Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib: “Bütün mövsümlərdə sağlam və düzgün qidalanmaq şərtdir. Lakin xüsusilə yay aylarında qidaların hansı şərait və qaydada saxlanmasına diqqət etmək lazımdır. Çünki yay mövsümündə qida zəhərlənməsi, eyni zamanda qidalardan insanlara keçən virus xəstəliklərin sayında artım müşahidə olunur. Çəkilmiş ət, balıq, göbələk, süd məhsulları kimi bəzi qidalardan istifadə edərkən onun saxlanılma şəraitinə ciddi fikir verilməlidir”.

Qastroenteroloq bildirib ki, ümumiyyətlə normadan artıq yemək qəbulu orqanizm üçün zərərlidir. Yay aylarında qarışıq qidalanma yəni, yeməkdən sonra meyvə-tərəvəz, müxtəlif növ şirniyyatların istehlakı ciddi həzm pozuntuları ilə nəticələnir.

“Havaların isti keçməsi səbəbindən iştahasızlıq normaldır. Bu səbəbdən də yüngül həzm edilən qidalara üstünlük verilməli, qatıq, ayran, tərəvəz və bol zülallı qidalar istehlak olunmalıdır. Yay mövsümündə çəki itkisi təbii prosesdir. Patoloji çəki itkisi hər hansı xəstəliyin göstəricisi demək deyil. Bu sadəcə mövsümlə əlaqəlidir. Əsas məsələ yay mövsümündə maye balansının qorunmasıdır. Gün ərzində bol maye, eyni zamanda tərkibində su miqdarı çox olan qidaların (pomidor, xiyar, yemiş, qarpız) istehlakı məsləhət görülür”, - deyə E.Məmmədov əlavə edib.

İsti keçən yay aylarında meyvə və tərəvəzlərdən bol-bol istifadə edilməlidir

Həkim-terapevt Günel Fətəliyevanın sözlərinə görə, yay mövsümündə və havanın isti keçdiyi dövrlərdə duz və duzlu qidaları (şorbalar, kolbasa məhsulları, çipslər və digər) mümkün qədər azaltmaq lazımdır: “Bu cür qidalar bədəndə yüksək təzyiq və ödəm (bədəndə şişkinlik) yaratmaq xüsusiyyətinə malikdir. Ət və ət məhsullarını qızartmaq əvəzinə manqalda bişirməklə ya da soyutma halında qəbul edilə bilər. Salatlar hazırlanarkən mayonez, ketçup kimi yağlı sousların yerinə sirkə, limon suyu, bitki yağı istifadə edilməlidir. Un məmulatlarından hazırlanmış şirniyyatların əvəzinə dondurmalar, meyvə salatları və süddən hazırlanan şirniyyatlara üstünlük verilməlidir. Ümumiyyətlə, isti keçən yay aylarında meyvə və tərəvəzlərdən bol-bol istifadə edilməlidir”.

Həkim-terapevt qeyd edib ki, yay aylarında yağların və karbohidratların qəbulunu azaltmaq məsləhətdir: “Həddən çox kalorili qidalanma piy kütləsinin çoxalmasına, çəki artımına, həmçinin insanın halsız və əzgin olmasına gətirib çıxarır. Diabet xəstələrində hipoqlikemiyaya (qan şəkərinin ani düşməsi) çox rast gəlinir ki, bunun da qarşısını almaq məqsədilə yemək aralarında quru meyvələrdən, eyni zamanda ayrandan istifadə etmək uyğundur”.

G.Fətəliyev digər fəsillərlə müqayisədə yay mövsümündə, xüsusən də havanın isti keçdiyi günlərdə maye qəbulunu artırmağın mütləq olduğunu deyib: “Çünki hava isindikcə orqanizm bədən temperaturunu sabit saxlamağa çalışır. Bu zaman isə orqanizm tər ifrazını artırır və nəticədə bədəndə maye itkisi yaranır. Gün ərzində, təxminən 2,5-3 litr su qəbul edilməsi məsləhətdir. İlk seçim əlbəttə ki, sudur. Lakin tərlə həm də elektrolitlər itirildiyindən ayran və mineral sulara da üstünlük verilməlidir. Bununla yanaşı, bitki çayları və təzə çəkilmiş meyvə şirələri də içilə bilər. Çay və qəhvə isə isti və soyuq halda məsləhət deyil. Çünki bunlar qısa müddətə maye ehtiyacını ödəsə də, sonradan maye itkisinə səbəb olurlar. Bundan əlavə, yay mövsümündə qida zəhərlənmələri artdığından ərzaqların son istifadə tarixinə və saxlanma şəraitinə mütləq diqqət yetirilməlidir”.

Qəbul edilən zərərli yağların bitki mənşəli yağlarla əvəz olunması məqsədəuyğundur

Həkim-pediatr Zülfiyyə Qənbərova isə yayda saxlanılan pəhriz metodları haqda danışıb: “İsti havalarda insanların fiziki fəaliyyəti, eyni zamanda enerji xərcləri azalır. Bu səbəbdən yay aylarında pəhrizin kalori miqdarını azaltmaq məntiqlidir. Bunu isə qəbul edilən zərərli yağların bitki mənşəli yağlarla əvəz olunması hesabına etmək daha məqsədəuyğundur. Yayda pəhrizin əsasını təzə tərəvəz və göyərti təşkil etməlidir. Kahı, turşəng, gicitkən, şüyüd, cəfəri, reyhan minerallar, vitaminlər, pəhriz lifi və digər faydalı maddələrin layiqli mənbəyidir. Tərəvəzləri bişirmədən çiy yemək daha yaxşıdır. Yay pəhrizi üçün salat ideal yeməkdir, sadəcə onu mayonezlə deyil, evdə hazırlanmış qatıq, xama, bitki yağları və ya sitrus suyu ilə ədviyyat edin".

Həkim-pediatr qeyd edib ki, hər mövsümün özünəməxsus tərəvəz və meyvələrinin istehlakı daha çox tövsiyə edilir. Balqabaq, xiyar, pomidor, kələm, bibər və digər tərəvəzlər bədənin vitaminlərə, minerallara və antioksidantlara olan ehtiyacı ödəyir.

Pediatr duz qəbulunu məhdudlaşdırmağı da məsləhət görüb. Bildirib ki, bədəndəki maye ehtiyatını, hətta susuzluq hissi görünməzdən əvvəl, vaxtında doldurmağı məsləhət görürük. Optimal - hər saat yarım stəkan su içmək (gündə 2-2,5 litr) tövsiyə olunur.

"Gün ərzində maye ehtiyacını ilıq çaylar içməklə kompensasiya edin. Qurudulmuş meyvələrlə çaylar və təzə otlardan hazırlanmış bitki çayları faydalıdır. Susuzluğunuzu yatırmayan və orqanizm üçün faydadan daha çox ziyanı olan şəkərli qazlı içkilərdən imtina edin. Təbii vitaminlərin və antioksidantların ən yaxşı mənbəyi meyvə və giləmeyvədir. Səhərlər mövsümi giləmeyvə və meyvələr yeyin", - deyə Z.Qənbərova qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 Dekabr 2024 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see290

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see285

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see248

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see234

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see232

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see231

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see230

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see229

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see221

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see219

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see215

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see212

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see204

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see191

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see191

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see186

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see185

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri