Icma.az
close
up
RU
“Bəzi şəxslərin məhbusluğu onların ailələrinə ziyan vurur, pis vəziyyətdə yaşayırlar” NOVELLA CƏFƏROĞLU

“Bəzi şəxslərin məhbusluğu onların ailələrinə ziyan vurur, pis vəziyyətdə yaşayırlar” NOVELLA CƏFƏROĞLU

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Dünən Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Bu amnistiya qərarı qüvvəyə minərsə, indiyə qədər qəbul edilmiş ən böyük akt hesab olunacaq. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasəti sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilib və onun tətbiqi dairəsi daha da genişləndirlib. Ümumiyyətlə, müstəqillik dövründə respublikamızda xeyli sayda əfv sərəncamı və amnistiya aktı verilib ki, bunların nəticəsində on minlərlə insan azadlığa qovuşub.

Sonuncu dəfə 5 noyabr 2021-ci ildə yenə ölkə başçısı Prezident İlham Əliyevin təşəbbüsü ilə 17 mindən çox məhbusu əhatə edən amnistiya aktı qəbul edilmişdi. Budəfəki amnistiya aktının isə 20 min nəfəri əhatə etməsi dövlət başçısının “Konstitusiya və Suverenlik ili”ndə hətta məhbuslara qarşı humanist siyasətinin göstəricisi kimi qiymətləndirilir.

İctimaiyyət nümayəndələri arasında kimlərə şamil edilməsi ilə bağlı müxtəlif fikirlər dolaşmaqdadır. Layihəyə əsasən, amnistiya aktının Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə doğurmayan və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

Tanınmış hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Avtosfer.az-a açıqlamasında bildirib ki, layihə üçün təklif edilən şəxslərin hər birinin azadlığa buraxılacağına ümid edir:

“Əvvəlcə aktın əhatə etdiyi insanların sayının 20 minə yüksəldilməsinə görə cənab Prezident İlham Əliyevə çox təşəkkür edirəm. Bu, çox böyük rəqəmdir. Mən ümid edirəm ki, hazırda həbsdə olan, eləcə də məhkəmə işi davam edən bir sıra önəmli şəxsi azadlığa qovuşdurmaq yaxşı olar. Son dövrlərdə həbs olunan blogerlər, jurnalistlərin, digər kateqoriyadan olan şəxslərin də budəfəki amnistiya aktına qəbul edilməsini arzu edirəm. “Konstitusiya və Suverenlik ili”ndə Tofiq Yaqublunun, keçmiş “OMON”çu Elçin Əmiraslanovun azadlığa buraxılmasına ümid edirəm. Elçin çox uzun müddətdir ki, həbsdədir. Digər tərəfdən bir sıra şəxslər var ki, onların məhbusluğu ailələrinə, ətrafına zərər vurur. Onların ailə üzvləri pis halda yaşayırlar. Ən azından onların ailələrinə dayaq olmaları üçün azadlıqlarına qovuşmalarına kömək edərdik. Bu il Zəfərimizin 5 ili tamamlanır. Qoy yeni ildə ailələrimizdə də bayram olsun, birlik və həmrəylik baş tutsun. Bu il tətbiq ediləcək amnistiya humanistlik və mərhəmət dolu olsun. Bununla da Azərbaycanı gözü götürməyən, xaricdə oturub Azərbaycana qarşı qara yaxamağa çalışanlar ömürlük susmuş olar”.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Dekabr 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri