Binədə sərnişin avtobusları toqquşub, 22 nəfər xəsarət alıb
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı şəhəri, Xəzər rayonu, Binə Savxoz ərazisində baş verən yol-nəqliyyat hadisəsində 22 nəfər xəsarət alıb.
Newscenter.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumatda qeyd olunub ki, 13 nəfər (7 kişi, 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Kliniki Tibbi Mərkəzə təxliyə olunan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Sabunçu Tibb Mərkəzində yaralılara başın, bədənin, ətrafların travmaları və sınıqları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən 1972-ci il təvəllüdlü qadının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Digər 12 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən hər biri ambulator müalicə üçün evə buraxılıb.
Bu mövzuda digər xəbərlər:Sərnişin avtobusları toqquşub
07 Aprel 2025 00:02
Sərnişin avtobusu toqquşub, 12 nəfər xəsarət alıb
18 Oktyabr 2025 08:22
Almaniyada iki sərnişin avtobusu toqquşub, 30 nəfər xəsarət alıb
24 Fevral 2025 16:35
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı VİDEO
01 Oktyabr 2026 15:38
Bakı Qazax yolunda 14 avtomobil toqquşub 2 nəfər ölüb, 22 nəfər xəsarət alıb
16 Fevral 2025 15:23
Baxış sayı:144
Bu xəbər 24 İyul 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















