Binəqədi şosesində xaos: Səbəb nədir? VİDEO
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Vətəndaşlar Binəqədi şosesi ilə “Baksol yolu”, həmçinin Biləcəri istiqamətinə gedən yolun kəsişməsində yaranan xaotik vəziyyətdən şikayətçidirlər.
Demokrat.az Baku TV-yə istinadən xəbər verir ki, onların sözlərinə görə, qeyd olunan ərazidə hərəkət düzgün tənzimlənməyib.
“Bir-birlərini gözləmirlər. Buna görə tıxac yaranır. Çox zülm, əziyyət çəkirik”, – deyə sürücülərdən biri narazılığını ifadə edib.
Digər bir vətəndaş isə bildirib ki, problem yolun özündədir: “İstəsələr, yolu genişləndirə bilərlər. Ərazidə hərəkət düzgün tənzimlənmir”.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı qeyd edib ki, illərdir həmin ərazidə vəziyyət dəyişməyib. O bildirib ki, sözügedən ərazidə yeni yanaşmaya ehtiyac var:
“Bildiyimə görə, AYNA-nın bu ərazi ilə bağlı layihəsi var. İlk növbədə, hərəkətin sxemi düzgün təşkil olunmalıdır. Tənzimləmənin işıqfor vasitəsilə həyata keçirilməsi daha məqsədəuyğun olardı. Düzgün sxem qurularsa, ərazidəki xaotik vəziyyət aradan qalxa bilər”.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) vurğulanıb ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında sözügedən ərazidə layihənin icrası nəzərdə tutulub.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Binəqədi Novxanı şosesində minik avtomobili yanıb
03 Sentyabr 2025 09:03
Binəqədi şosesində qəza: tıxac yarandı (FOTO)
19 Yanvar 2026 20:18
Aeroport şosesində qəza sıxlığa səbəb oldu Video
25 Mart 2025 16:43
Binəqədi şosesində aylarla davam edən qazıntı işləri nə vaxt yekunlaşacaq?
08 Oktyabr 2025 21:37
Aeroport şosesində qəza sıxlığa səbəb oldu
02 May 2026 11:23
Baxış sayı:126
Bu xəbər 24 Fevral 2026 12:32 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları