Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə VİDEO
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Binəqədi rayonunda, "Görədil bağları" adlanan ərazində may ayında yağan yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.
Bizim.Media xəbər verir ki, Baku TV-nin məlumatına görə, hadisədən sonra qalın torpaq qatı evlərə, həyətlərə dolub.
Sakinlər iddia edirlər ki, hadisə nəticəsində bir neçə yaşayış evində çatlar əmələ gəlib və bəzi tikililər qəzalı vəziyyətə düşüb. Əraziyə aidiyyəti qurumların əməkdaşlarından heç kim gəlməyib:
"Axşamlar ilanlar da gəlir evə. İlanlarla bərabər yatırıq. Ona görə uşaqları evdən göndərmişəm".
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan mövzu ilə bağlı yerində araşdırma aparılıb və vətəndaşa müvafiq izahat verilib.
Onlara deyilib ki, ərazidə torpağın özbaşına daşınması nisbi hündürlükdə yerləşən fərdi yaşayış evlərinə təhlükə törədə bilər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 26 İyul 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















