Icma.az
close
up
RU
Binəqədidəki “elektrik faciəsi” Xırdalanda da təkrarlana bilər

Binəqədidəki “elektrik faciəsi” Xırdalanda da təkrarlana bilər

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsi Məlikzadə küçəsinin başqa problemləri də var

Bu küçə uzun müddət ulu şairimiz Nizami Gəncəvinin adını daşıyıb. Sonra görüblər ki, bu işıqlandırılmayan (bir kilometrdən də uzun olan küçədə bircə dənə də olsun küçə işığı yoxdur), yayda suyu, qışda qazı tez-tez kəsilən, elektrik enerjisindəki fasilələrin sayı-hesabı bilinməyən, hər il beş-altı yerdə – asfaltın altında su xətləri partlayan küçə dahi Nizaminin adına layiq deyil. Ona görə də beş-altı il əvvəl böyük şairin adını görkəmli yazıçımızın adı ilə dəyişiblər. İndi küçə İsi Məlikzadənin adını daşıyır.

Beş-altı il qabaq burada rahat yol var idi. İndi küçənin 14–15 yerində asfalt parça–parça edilib. Daha doğrusu, yeraltı su kəmərlərində dövri olaraq yaranan problemləri aradan qaldırmaq üçün (sakinlərin həftələrlə davam edən müracətlərindən sonra) traktorla asfaltı qazır, metal boruya taxta “çüy” – paz vuraraq çıxıb gedirlər. İndi küçəmizdə yüngül maşınların hərəkəti ağır problem olub. 

Güman edirik ki, bütün bunlara dözmək olar. Hər necə olsa da, faciəyə, insan ölümünə səbəb ola biləcək problemlər deyil. Ancaq küçənin yarıdan çoxunu, üstəlik, çoxsaylı qeyri-yaşayış obyektlərini elektrik enerjisi ilə təmin edən yüksəkgərginlikli xətlərin hələ ötən əsrin əlli-altmışıncı illərində əkilmiş qocaman şam ağaclarının budaqları arasından keçməsi potensial təhlükə mənbəyidir. Sakinlər nə zamansa həmin ağacları budayaraq elektrik xətlərini “azad etmək” istəyiblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazə verməyib. Ancaq beş-on il əvvəl həmin ağacların biri güclü qar yağması nəticəsində aşıb küçənin ortasına düşəndə heç bir nazirlikdən “icazə istəməmişdi”. Yeri gəlmişkən, mütəxəssislər ölkəmizdə güclü qar yağacağı barədə xəbərdarlıq edirlər. Odur ki, bir müddət əvvəl Binəqədidə baş vermiş elektrik faciəsi nəticəsində dörd nəfər gənc soydaşımızın həyatını itirməsi İsi Məlikzadə küçəsinin sakinlərinin həyəcanını birə–beş qat artırıb.

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan DAİM (Dövlət Aqrar İnkişaf Mərkəzi) adlı müəssisə də bizim küçədədir. Həmin idarənin əməkdaşları da bizimlə eyni problemləri yaşayırlar. Üstəlik, övladını 11 nömrəli məktəbə avtomobillə gətirən valideynlər yolu elə bağlayırlar ki, körpəsini “kolyaska” ilə gəzdirmək istəyən ana yolu keçə bilmir. Əli zənbilli dükan-bazardan qayıdanlar da həmçinin. Hətta bəzi valideynlər avtomobili “saxlama, durma qadağandır” işarəsinin altında belə saatlarla saxlayırlar. 

Bir də görürsən “ərköyün ağsaqqal”- lardan biri maşını məktəbin darvazasına dirəşdirib saxlayır. Nəinki böyüklər, hətta birincilər də həmin aradan güc-bəla ilə keçirlər. Bundan başqa, Xırdalanın əsas nəqliyyat xətlərindən olan Məmməd Əmin Rəsulzadə küçəsindəki hərəkət də teztez övladını məktəbə gətirən özündənrazı valideynlərin avtomobili həmin küçədə saxladığına görə iflic olur. Əlavə edək ki, indi sürücülərin çoxu xanımlardır və onlar parkovka məsələsini lazımınca yerinə yetirə bilmədiklərinə görə daha çox problem yaradırlar. 

Nə isə, İsi Məlikzadə küçəsinin problemləri nəinki həll edilmir, hətta gündən-günə çoxalır.

İ.QAÇAYOĞLU, 

Əməkdar jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Noyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri