Icma.az
close
up
RU
Biotənzimləyici terapiya ilə stressin düzgün idarə olunmasına kömək edək

Biotənzimləyici terapiya ilə stressin düzgün idarə olunmasına kömək edək

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Stress-hər hansı bir vəziyyətdə real və ya ehtimal olunan dəyişikliklərin insan tərəfindən hiss edilməsidir. Stressor – stresə təkan verən konkret bir hadisədir. Stressorlar fiziki (məsələn, susuzluq və ya ağrı) və ya psixoloji (məsələn, qorxu, və ya işlə yüklənmə), həmçinin, kəskin (məsələn, imtahan) və ya xroniki (məsələn, iş ilə yüklənmə və ya qeyri-adekvat yaşayış şəraiti) ola bilər. Stressor ilə təmasa orqanizm neyroendokrin mediatorların ifrazı ilə cavab verir; bu mediatorlar adaptasiyanı yaxşılaşdırmaq üçün emosional və koqnitiv proseslər arasında əlaqə yaradır. Qısamüddətli stress reaksiyası normal haldır, məsələn, insan həyatı üçün təhlükə yarandıqda. Ürək döyünmə, tənəffüsün tezləşməsi, üzün qızarması, tərləmə, qusma və ishal stresin bu növünə qarşı yaranan ümumi reaksiyalardır. Belə bir stresin sonunda orqanizm adi sakit vəziyyətinə qayıtmalıdır.


Uzunmüddətli stress reaksiyaları bir sıra pozulmalar, o cümlədən, qocalma prosesinin sürətlənməsi, ürək xəstəlikləri və şəkərli diabet riskinin artması və s. problemlərə səbəb olur. Yuxu və iştaha pozulmaları, əzələdə həssaslıq və ağrı hissi, cəmiyyətdən uzaqlaşma, aqressiya, narahatlıq və/və yaxud, depressiya stresin digər əlamətləridir. İlk yaranan reaksiyanı simpatik sinir sistemi idarə edir (hipotalamusdan və onurğa beyni neyronlarından böyrəküstü vəzin beyin maddəsinə siqnal ötürür), nəticədə tez bir zamanda adrenalin və noradrenalin ifraz olunur ki, bu da stresin fiziki əlamətlərinin (ürək döyüntüləri və tənəffüsün tezləşməsi, güclü tərləmə) yaranmasına səbəb olur. Növbəti, daha ləng reaksiya hipotalamus-hipofiz-böyrəküstü vəz (HHB) oxu sistemi ilə qan dövranına kortizolun ötürülməsidir. Bu, qlükozanın səviyyəsini artırır və fəaliyyət zamanı enerji sərfiyyatını stimulyasiya edir. Stress qida qəbulunun artmasına səbəb olur ki, bu, kortizolun səviyyəsinin artması ilə bağlıdır. Bu reaksiyalar sonralar abdominal piylənməyə səbəb olaraq, qanda kortizolun və leptinin səviyyəsinin artması ilə xarakterizə olunur, ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet və insultun yaranma riskini artırır.
Neyroendokrin reaksiyadan əlavə, stress immun sistemi yollarını, o cümlədən, iltihab zəncirini aktivləşdirə bilər ki, bu da somatik xəstəliklərin artmasına gətirər. Stresə qarşı uzunmüddətli fizioloji reaksiyanın şəxsiyyətə və onun davranışına təsiri də qeyd edilir. Davranışın dəyişməsi (məsələn, sosial özünəqapanma) dağıdıcı davranış reaksiyalarına yol açır (məsələn, depressiyaya).


Sosial kontakt fiziki sağlamlığa müsbət təsir göstərir; onun çatışmazlığı stresə cavab olaraq xəstələnmə riskini yüksəldir. Sosial münasibətlərin olmaması siqaretçəkmə, piylənmə və yüksək arterial təzyiq kimi digər risk faktorları ilə birlikdə ölüm riskinin artmasının vacib amilidir. Pasiyentlər stresə qarşı müxtəlif fiziki, emosional, psixi əlamətlərlə reaksiya verir və xəstələnmə, ölüm halları stressordan asılı olaraq düzgün qiymətləndirilməlidir. Fiziki dəyişikliklər və ya xəstəliyin əsasında duran proseslərin qiymətləndirməsindən başqa, stresin diaqnostikasında spesifik müayinə metodları yoxdur.


Terapiya xəstəliyin əsasında duran proseslərin spesifik müalicəsinə (məsələn, antidepressantlar, hipertenziyanın və hiperxolesterinemiyanın müalicəsi üçün preparatlar) və yuxusuzluğun, narahatlığın simptomatik müalicəsinə yönəlmişdir, lakin ən vacib məqam stressorun identifikasiyasıdır. Psixoterapevtin məsləhəti stressorun azalmasına, ləğvi və ya azalması mümkün olmayan stressor ilə mübarizə aparmaq qabiliyyətinin yüksəlməsinə, balanslaşdırılmış emosional vəziyyətin əldə edilməsinə, uyğunlaşmaya nail olmağa yönəldilir. Müntəzəm idman məşqləri stress ilə əlaqəli narahatlığı, depressiyanı azaldır, baxmayaraq ki, vaxt və qüvvə çatışmazlığı buna mane olur. Bu maneələri keçmək üçün pasiyentlər xroniki streslə sağlamlıq arasında olan əlaqə, həmçinin, xroniki stresin sağlamlığa pis təsiri haqqında geniş məlumat əldə etməlidir. Butün bu amillər pasiyentlər üçün güclü motivatordur.


Stresin düzgün idarə olunmasında Biotənzimləyici terapiyanın effekti olduqca yüksəkdir. Biotənzimləyici terapiya kəskin stresin müalicəsində və xroniki streslə bağlı xəstəliklərin profilaktikasında təhlükəsiz və effektli müalicəni təmin edir.


Kəskin stresdə:
Neurexan
Xroniki stresdə:
Neurexan
Тоnsilla compositum
Cerebrum compositum
Coenzyme compositum .
Ubichinon compositum
Həkiminizlə məsləhətləşməyi unutmayın!

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 01 Aprel 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri