Icma.az
close
up
RU
Bir daha insan haqqında...

Bir daha insan haqqında...

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Bizdən iki gözümüzü istəsələr və əvəzində bütün dünyanı, hətta bütün kainatı versələr, sizcə nə edərik? Heç bu barədə düşünərikmi? Və ya bu təklifi qəbul edərikmi? Yəqin ki, hamımız bir nəfər kimi “Yox!” deyərik (həm də böyük hərflərlə). Deməli, dünyada, hətta kainatda, maddi nə varsa, iki gözümüzə dəyməz. Elə isə nə qədər bahalı bir sistemə malik olduğumuzu sübut etməyə ehtiyac yoxdur. Üstəlik, bütün bunlar bizə təmənnasız verilir. Başqa sözlə, eşidirik, görürük, ancaq bunlar üçün heç bir şey ödəmirik.
Fərz edək ki, nə gözlərimiz görür, nə qulaqlarımız eşidir. Hətta bunu daha yaxşı təsəvvür etmək üçün gözlərimizi də, qulaqlarımızı da bağlayaq. Təbii ki, burada ilk hiss etdiyimiz şey yaşadığımız bu aləmlə əlaqəmizin kəsilməsi olacaq. Beləliklə, artıq nə rəngləri görə, nə də səsləri eşidə biləcəyik. Rənglər və səslərlə yanaşı onların mənaları da əriyib gedəcək. Deməli, nəyin nə qədər vacib olması göz qabağındadır.
Dünyanın ən inkişaf etmiş bir laboratoriyasında icad edilən bir robot masanın üzərindəki bir yumurtanı götürüb sındırmadan bir yerdən başqa yerə qoya bilirsə, bu böyük uğur sayılır. Elə isə insanın gördüyü işlərə baxaq. Robotun bu hərəkəti ilk baxışda sadə görünən, ancaq heç də sadə olmayan hərəkətlərimizlə müqayisədə nə qədər primitiv görünür.
Bədənimizi saxlayan ayaqlarımızdır. Ancaq bu bizi heyrətləndirmir. Biz bu bədənlə saatda 130 km qaçırıq. Yenə də heyrətlənmirik. Tullanırıq, düşürük. Yenə də heyrətlənmirik. Əllərimiz də eləcə...
Bir az olsun xəstələndikmi hərəkətlərimizə nəzarət edə bilmirik. Yediyimizdən, içdiyimizdən ləzzət ala bilmirik. Bütün diqqətimiz xəstəliyimizə yönəlir. Və sirr pərdəsi aralanmağa başlayır.
Müdriklərdən biri deyir ki, əgər sağlam vaxtlarımızda sağlamlığımızın qiymətini bilmir, bizə bu sağlamlığı verəni unuduruqsa, bu əslində zahiri sağlamlıqdır. Yox, əgər xəstəliklə birlikdə həyatımıza yenidən nəzər salır, özümüzü hesaba çəkiriksə, bu artıq zahiri xəstəlikdir.
Başqa bir misal. Bir tərəfdə varlı, ancaq xəstə bir adam var. Bu varlı və xəstə adam sağlamlığı üçün hər şeyini verməyə hazırdır. O biri tərəfdə isə yoxsul, ancaq sağlam bir adam var. Bu yoxsul və sağlam adam sağlamlığı üçün heç kimə heç nə vermək məcburiyyətində deyil. Elə isə gəlin görək, əsl varlı kimdir?
Sağlamlığımızı qaytarmaq üçün ən bahalı əməliyyatları və ya ən bahalı müalicələri düşünək. Milyardlarla insanın malik olduğu və ilk baxışda adi görünən bir şeyi böyük məbləğlər hesabına əldə etməyə çalışırıq. İndi özünüz fikirləşin, sağlamlığımız üçün bizi Yaradana nə qədər borcluyuq?
İnsan yemək yeməsə, ancaq 40 gün yaşaya bilər. İnsan su içməsə, ancaq bir neçə gün yaşaya bilər. İnsan hava udmasa, ancaq bir-iki dəqiqə yaşaya bilər. Deməli, həyatımız bizim üçün nə qədər qiymətlidirsə, cörək, su, hava da bizim üçün o qədər qiymətlidir.
Dünyada qiymətli olan şeylər nadir olan şeylərdir. Məsələn, qiymətli metallar (qızıl, gümüş, bürünc), qiymətli daşlar (brilyant, yaqut, zümrüd), nadir bitkilər, nadir heyvanlar və nəhayət, nadir insanlar (qeyri-adi qabiliyyətlərə malik olduqları üçün). Ancaq hava qiymətli olsa da, nadir deyil. Təbii ki, eyni şeyi su üçün də deyə bilərik. İstər havanı, istərsə də suyu əldə etmək üçün xüsusi səy göstərməyə ehtiyac yoxdur. Üstəlik, onların bu qədər çox olması qiymətlərini də aşağı salmır.
Bu qədər bahalı cihazlarla təchiz edilmişik. Rahat eşidə, rahat görə bilirik. Və ya rahat danışa, rahat düşünə bilirik. Ancaq yenə də bütün bunların insana bir məqsəd üçün verildiyini başa düşmək istəmirik. Halbuki hər şeydə bir hikmət olduğu kimi, bunlarda da bir hikmət var.
Bir tərəfdən maddi bir varlığıq. Ancaq bir tərəfdən də mənəviyyatımız var. Mənəvi həyatımızı isə maddi həyatımızla doyura bilmərik. Deməli, bədən insana madddi həyatı ilə yanaşı, mənəvi həyatı üçün də verilib. İnsana bədənin verilməsində başqa bir hikmət isə Uca Yaradanın bizə bəxş etdiyi bu maddi nemətlərlə elmini və qüdrətini göstərməsidir.
İndi də gəlin, bir tamaşa təsəvvür edək. Fərz edək ki, bir tamaşa səhnəyə qoyulacaq. Bu tamaşa üçün ən məşhur aktyorlar seçilir. Ən gözəl dekorasiyalar qurulur. Ən bahalı kostyumlar tikilir. Ən böyük tamaşa salonu ayrılır. Və tamaşa günü salon ağzına qədər dolur. Hamıda bir həyəcan var. Hamı həsrətlə tamaşanın başlanmasını gözləyir. Nəhayət, hamının gözünü qamaşdıran, hamını heyran qoyan möhtəşəm səhnə açılır. Və tamaşa başlayır. Ancaq heç bir-iki dəqiqə keçməmiş (həm də heç kəsin gözləmədiyi bir halda) pərdə bağlanır və tamaşa başa çatır. Əgər tamaşa bir-iki dəqiqəyə başa çatacaqdısa, bu qədər hazırlığa, bu qədər xərcə və nəhayət, bu qədər hay-küyə nə ehtiyac var idi? Bu qədər qısa davam edən bir tamaşa üçün (hətta o çox dərin bir məna kəsb etsə belə) bu qədər tər tökməyə dəyərdimi? Məgər çox qiymətli cihazlarla təchiz edilən və bu möhtəşəm dünya səhnəsinə qoyulan insanın da bu qədər qısa bir həyatı qəbul edə bilməməsi buna bənzəmirmi? Odur ki, biz bizim üçün ən rahat və ən təhlükəsiz bir “nəqliyyat vasitəsində” səyahət edirik. Dünya deyilən bu böyük kosmik gəmidə hər səhər üfüqdə günəşin doğacağına inanaraq gecə gözlərimizi yuxu aləminə açırıq. Üstəlik, bu gəminin cazibə qüvvəsi o qədər həssasdır ki, istədiyimiz kimi hərəkət edə bilirik. Gəmini əhatə edən atmosfer və maqnit qalxanı onu öldürücü kosmik təsirlərdən (günəş partlayışlarından, yüksək enerjili radiasiyalardan, böyük və ya kiçik meteoritlərdən) qoruyur. Və bu gəmi milyardlarla insanın və ya trilyonlarla canlının ehtiyac hiss etdiyi şeyləri də özü ilə daşıyır. Gəmi ilə Günəş arasında elə möhtəşəm bir nizam var ki, bu gəminin hər tərəfi eyni dərəcədə qızmır. Beləliklə, küləklər, buludlar, yağışlar meydana gəlir. Digər tərəfdən, gəminin səthi də düz deyil. Çünki gəmi hərdən lərzəyə gəlir. Beləcə dağlar, dərələr, çaylar meydana gəlir. Gecə başımızı qaldıranda ulduzlarla bəzədilmiş göy üzünü görürük. Göy üzündəki saysız-hesabsız ulduzları gördükcə, Onun Sonsuz Elminin, Sonsuz Qüdrətinin şahidi oluruq. Ancaq nəticədə bizim bu gəmidə səyahətimiz sona yaxınlaşır. Gənclik illərimizdə bizdə olan sağlamlıq və güc axıra qədər qalmır. Müəyyən müddətdən sonra bu sağlamlıq və güc itir və o bahalı cihazlar əvvəlki kimi işləmir. Nəhayət, bir gün bu səyahətin sonu, yənii ölüm gəlir. Bundan sonra isə ölüm həqiqəti başlayır. Təbii ki, yenidən qapılar açılana qədər...
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 17 May 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Deputat adını daşıyan şəxslər, uşaqlarla bağlı adi elementar qaydaları bilmirlərsə, onların parlamentdə oturmaq haqqı olmamalıdır

22 May 2026 16:00see275

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

23 May 2026 17:44see243

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see208

Bir kitabda əbədiləşən iki şəxsiyyət

23 May 2026 00:27see187

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see181

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see176

Bakı Apellyasiya Məhkəməsinə 7 hakim təyin olunur ADLAR

22 May 2026 12:21see170

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see169

İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır

23 May 2026 00:18see168

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see164

Saqqıza ucuz və sadə alternativ Köpü və qoxunu yox edir

23 May 2026 07:00see162

Polşa İsrail Milli Təhlükəsizlik Nazirinin beş illik girişini qadağan etdi

22 May 2026 08:02see160

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see159

“Casus” demişdilər Baş nazir oldu

23 May 2026 02:40see159

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

23 May 2026 13:14see152

BMT rəhbərinin müavini Asan Xidmətdə olub

23 May 2026 04:07see151

Daşkəsəndə 20 dəqiqə DOLU YAĞDI VİDEO

23 May 2026 19:20see148

Anaklaudia Rossbach Azərbaycana WUF13 ün yüksək səviyyədə təşkilinə görə təşəkkür edib

22 May 2026 13:50see147

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

23 May 2026 06:08see146

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri