Icma.az
close
up
RU
Bir damcı suya, bir banka pul ... Su Agentliyi qiymət artımına eyham vurur, şikayətlər günbəgün artır

Bir damcı suya, bir banka pul ... Su Agentliyi qiymət artımına eyham vurur, şikayətlər günbəgün artır

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət Su Ehtiyatları Agentliyi qiymət artımını müzakirəyə çıxarıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Aydın Abbasov suyun xərcinin borcunu ödəmədiyin dilə gətirib. Onun iddiasına görə, suyun kubmetri quruma 1 manat 91 qəpiyə başa gəlir. Tarifin isə 70 qəpik olduğunu bilirsiniz. Bir növ ictimaiyyəti qiymət artımına hazırlayırlar.

Bizimyol.info xəbər verir ki, əslində, əhali bir kubmetr su üçün 1 manat ödəyir. Daha 30 qəpik tullantı sularının axıdılmasına görə tutulur. Yəni tullantı sularının həcmi dəqiq hesablanmır, kor-koranə tarif müəyyənləşdirilib.

Dövlət Su Ehtiyatları Agentliyinin iddiasının böyük olduğu görünür. Qurumda hesab edirlər ki, suyun maya dəyəri azı 2,7 dəfə artıqdır. Belə çıxır, agentlik qiymətin azı bu qədər artmasını istəyir. Onda əhali suyun kubmetrinin tullantı ilə birlikdə minimum 2 manata satılmasına hazır olsun.

Sosial mediada rəyləri oxuyanda insanları ən çox pis xidmətin yandırdığını müşahidə etmək olur. Abonentlər yazır ki, onsuz da düz-əməlli su üzü görmürlər, üstəlik, onlar qiymət artımı ilə hədələnir.

Qarlı günlərdə əhali çox əziyyət çəkir. Bir çox yerlərdə su yoxdur, damlara qoyulan çənlərin boruları donduğundan, adamlar lap ağır situasiya ilə üz-üzə qalıb.

Binəqədidə Gülüstan küçəsində yaşayan Təranə Quliyeva İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə səsini çatdırmağa çalışıb. Qarlı günlər başlayandan həmin ərazidə içməli su yoxdur. Müraciətə baxılmır.

Bakıda Süleyman Rüstəm küçəsində yaşayan Nigar Ağayeva şəhərin mərkəzində çənə möhtac qaldıqlarını bildirir. Su daimi verilmir, çənin boruları isə donub.

Aliyə Əliyeva Bülbülə qəsəbəsində üç gündür susuz qaldıqlarını yazır. Bu müraciətə də hər hansı reaksiya gözə dəymir.

Sanki sudan şikayətlərin sayı da artıb. Dövlət Su Ehtiyatları Agentliyi isə bütün bunları görmək istəmir. Əsas odur, qiyməti artırmaq üçün arqumentlər uydurmaq mümkün olsun.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Fevral 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri