Icma.az
close
up
RU
Bir də görürsən qarğa quzğun kimi töküldülər... So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Bir də görürsən qarğa quzğun kimi töküldülər... So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Seymur Verdizadə, jurnalist:

- Nabranda "Fontan" restoranında çay dəstgahını 50 manata təklif edirlər. Bunun adı soyğunçuluqdur! Amma bizi soya bilmədilər. Bir az o tərəfdə, "Maral göl" istirahət mərkəzində iki çaynik çay, mürəbbə və şokolad üçün 14 manat ödədik.

Ayıq-sayıq olaq, hüquqlarımızı bilək, alnımızın təri, gözümüzün nuru ilə qazandığımız pulları soyğunçuların ayaqları altına səpməyək...

Sərdar Amin, jurnalist:

- Hörmətli AZAL və reklam şirkətləri, bizdə "Maldivlər" sözü yoxdur, oranın adı "Maldiv adaları"dır.

Eyni zamanda "Balkanlar" yox, Balkan yarımadası...

İradə Aytel, jurnalist:

- Gəncə şəhərinin mərkəzində yüksəkmərtəbəli binalara nə hacət? Niyə nəzarət yoxdur, niyə?  Şəhərin qədimliyi yoxa çıxır zaman-zaman.

Sabir Rüstəmxanlı, Xalq şairi:

- Ömrü boyu düz yaşayan, ədalətlə danışan, xeyirxah işlər görən, dəyərli bir adam, Allah eləməsin, günün birində təsadüfən və ya özündən asılı olmadan xırda bir səhv etsin, ya da kimsə ona bir böhtan atsın, bir də görürsən qarğa-quzğun kimi töküldülər üstünə. Sanki oturub onun bu səhvini gözləyirmişlər. Rəhm yox, ədalət yox, ürək yandırmaq yox, qoluna girmək, yarasını sarımaq yox, adamlıq yox, kin-küdrətlərini, dünyaya qəzəblərini tökürlər onun üstünə... Siyasətdə də belədir, ədəbiyyatda da! Niyə bu gündəyik? Sevgisiz, rəhmsiz, kinli bir toplumun sonu nə ola bilər? Niyə ürəklərimiz dedi-qodu toxumlarına bu qədər münbitdir?

Aydın Quliyev, jurnalist:

- Nazirlərin və rektorların "müşavirləri" gündən-günə artır...

Nazirlərin müxtəlif sahələr üzrə bir neçə müavini olduğu halda, özləri  üçün "müşavir" postları da təsis etmək nə deməkdir? Bu, idarəçilikdə paralel strukturların ən anormal təzahürüdür. Bir tərəfdən aparat şişirdilir, o yandan da vəsait izafi yerə xərclənir. Hələ son vaxtlar bəzi universitet rektorları da özlərinə müşavirlər təyin etməyə başlayıblar. Sanki müxtəlif sahə prorektorları artıq kimi bir şey imişlər...

Bu izafi təyinatların arxasında nələrin gizləndiyini hər kəs bilir.

Bəzi nazirlər ona etibar edilmiş sahədə özünü külli-ixtiyar sahibi  hesab edir, dost-tanışını, qohum-əqrəbəsini başına yığır. Unudur ki, onun borcu nazirliyin aparatını yox, işini şişirtmək və şaxələndirməkdir.

Belə şeylər yaxşı nəticə verməz...

Orxan Fikrətoğlu, Əməkdar incəsənət xadimi:

- Venesiyada Füzulinin qəzələni universal kino dilində dünya kino elitasına ən yeni görsəl mədəniyyət kimi anladan "Boşluğa xütbə" filminin rejissoru Hilal Baydarov milli kinoda gerilik kimi qalmış "Sovet vitrinini" dağıtdı.

Azərbaycan artıq dünya kinosunun əyaləti deyil.

Bizim də Baydarov kimi, Teymur Hacıyev kimi və digər bir iki nəfər kimi "dünya kino palitrasında "rəng qarışdıranlarımız" var.

Araqarışdıranlar qoysalar, başladığımız yolun sonunda intibaha xütbələr oxunacaq..

"Boşluğa xütbə" filmini görməyib ondan danışan həpəndlərə isə mən nə deyə bilərəm?

Paxıllığın, nadanlığın üzü, dili və dərrakəsi olmur axı.

Hilal bu filmi rəssam kimi çəkib.

Mən də bu tablonu əlimdə saxlayacam.

Dünya kino mühitinə Qaraca Çobanı, dirilik suyunu, Füzulini bu filmdən qabaq kim çıxarmışdı?

Yaxşı işə sevinin də...

Fərid Pərdəşünas, texnobloger:

- Biləcəridə Kamazın aşma videosunu izlədim. Çox dəhşətlidir. 3 nəfər göydən başına ağır tonajlı yük avtomobilinin düşməsi ilə həyatını itirdi. O yoldan demək olar hər həftə istifadə edirəm. Ümumiyyətlə MİDA-da da axşamlar giriş-çıxış bu formadadır.

Şəhər içi sürət həddinə əməl etməyən yük avtomobilləri şütüyür. Ziya Bünyadov da onun kimi, Baksol isə giriləsi deyil. Yuxulu sürücülər, aqressiv insanlar hər yerdədir.

Bizi hər an öldürə biləcək insanlar ətrafımızdadır. Bu, artıq neçənci dəfədir təkrarlanır. Aidiyyəti qurumlar bununla bağlı bir şey fikirləşməli, həll verməlidirlər.

Şəhriyar Məhərrəmov, "Abşeron" qrupunun rəhbəri:

- Hər gün dəhşətli avtomobil qəzaları baş verir.

Hamısının da tək səbəbi var:

Yüksək sürət.

Dövlət nəsə etməlidir. Yüksək məbləğdə cərimələr, efirlərdə, mediada, radioda bütün günü maarifləndirici yayımlar və s.

Mən şəxsən rayona gedib gələndə əsəb keçirirəm. Konkret sürmək olmur, arxadan gələn maşınlar sanki yarışa çıxıblar, sanki sunami gəlir və hamı harasa qaçır, hamı yol istəyir.

Bakıda misalçün, Ziya Bünyadov prospektində 80 km saat sürürəm, arxadan gələn-gələn dirəyib, işıq yandırıb söndürür. Yol istəyir.

Niyə?

Şəhərin ortasında hara uçursan? "Ambulance" sürürsən, yoxsa polis maşını? Niyə sənə hamı yol verməlidir?

Bu millət nə yollasa, necəsə tərbiyə edilməlidir.

Mən düşünürəm ki, yüksək məbləğdə cərimələrlə.

Nihat Pir, jurnalist:

- Türkiyə qadın voleybolçuları dünya kubokunda ikinci oldular. İnanılmaz mübarizə var idi. Adam qürur hiss edir. Qəribə hiss edir. Sözüm onda yox. Oyundan sonra federasiya prezidenti canlıdadır. Dedi ki, çempion ola bilmədiyimiz üçün üzr istəyirəm. Türk millətindən, türk xalqından, bizdən zəfər gözləyənlərdən üzr istəyirəm. Yəni bu adam başa düşür ki, federasiya rəhbəridir. Prezidentidir. Məsuliyyət onundur. Günah lap məşqçidə olsun. Lap oyunçuda. Lap oyunçularda. Amma məsuliyyət ən başda olandadır. O gün millimiz İslandiyaya 0:5 uduzdu. AFFA rəhbəri qayıdasan ki, Santuşa görədir. Dəhşətə gəlir adam. Söz tapmaq olmur. Sənin rəhbərlik etdiyin bir idman millisi uduzur. Və sən tez-bazar günahı yumrulayıb tullayırsan məşqçinin üstünə. Atırsan yox. Məhz tullayırsan. Sadəcə, dəhşət.

Elman Cəfərli, jurnalist:

- Yas mərasimlərində israfçılığın aradan qaldırılması müzakirə ilə, təbliğatla olmayacaq. Bu, bir qərarla həll edilməlidir. Hətta məclisin zamanı, məkanı, süfrə menyusuna qədər müəyyən olunmalıdır. Yoxsa xalq arasında ironiya ilə yasmen adlanan çadır biznesmenləri, mərasim evlərinin sahibləri, qarınqulu mollalar bu işə mane olacaq. Ən pisi isə "islahatçılar"ın "qolçomaqlar"ın sözünü danışan "demokrat" Hacı Əhmədlər, Şəriflər, Kərbəlayi Fatmansalarla üz-üzə gəlməsidir. Onlar yazır, danışır, ələ salır, Ocaqqulular da qalır çaş-baş.

Fərhad Cabbarov, tarix üzrə fəlsəfə doktoru:

- "Qazaxların Tağıyevə borcu var"

Bir neçə gün əvvəl Bakıda qonaq olan qardaş Qazaxıstanın gənc yazıçısı, alimi Yeldos Toktarbay ilə görüşdük. Bu gün isə birlikdə Mərdəkana - Hacı Zeynalabdin Tağıyevin məzarını ziyarətə getdik.  Yeldos Tağıyev haqqında roman yazacaq, deyir ki, Tağıyev kimi adamı qazaxlar daha yaxşı tanımalıdır, çünki onlar üçün də çox işlər görüb. "Qazaxların Tağıyevə borcu var" - dedi qonağımız.

Ruhun şad olsun, Hacı! Artıq haqqında tək vətənində yox, türk ellərində də kitablar yazılır.

P.S. Ziyarətə gedərkən yolun qırağında xüsusi bir lövhənin vurulduğunu görüb sevindim. Artıq bu məkan təkcə Pir Həsən ziyarətgahı kimi yox, həm də Hacının məqbərəsi kimi qeyd olunub. Səlahiyyətli qurumlar sağ olsunlar!

Elçin Rüstəmli, jurnalist:

- Həkim icbari tibbi sığortadan istifadə etməyə çalışan vətəndaşı görəndə, elə bil, qutuda ilan görür.

Bəlkə sığortanın ödədiyi pul vətəndaşa verilsin, o da həkimə...

Belə olarsa, binəva vətəndaşın normal tibbi xidmət almaq şansı olar... Yaxud sığortadan həkimlərə çatan vəsaiti əhəmiyyətli şəkildə artırsınlar.

Əlbəttə, bir sıra bahalı əməliyyatları sığorta qarşılayır, həkimlər də bundan narazı deyil. Amma bu, çox kiçik hissəni əhatə edir. Gün ərzində dövlət xəstəxanalarında müsibət yaşanır.

Əliməmməd Nuriyev, hüquqşünas:

- Yas mərasimlərində israfçılıq: mərhəmətin kölgəsində dəbdəbə.

İnsanın həyatda yaşadığı ən ağır an - doğmasını itirdiyi gündür. O anda sözlər bitir, yalnız sükut, dua və mərhəmət qalır. Yas mərasimi bu sükutun, bu ehtiramın ifadəsi olmalıdır. Təəssüf ki, çox vaxt mərhumun xatirəsini yad etmək əvəzinə, yas mərasimləri dəbdəbəyə və israfçılığa çevrilir. Kədərin ortasında israf baş qaldırır, mərhəmətin yerini nümayiş tutur. Halbuki bizim milli-mənəvi köklərimiz də, dini dəyərlərimiz də tam əksini deyir. İslam "Ye, iç, lakin israf etmə" prinsipi ilə sadəliyi buyurur. Ənənələrimizdə də böyüklük təmtəraqda yox, təvazökarlıqda ölçülüb. Mərhumun ruhuna ehtiram süfrənin bolluğunda deyil, duanın səmimiyyətindədir.

Əslində yas insanın faniliyini dərk etdiyi məqamdır. Bu məqamda insanın ehtiyacı nə qədər yeməyin verildiyi, neçə növ təamın hazırlandığı deyil, yaxınlarının yanında olması, təsəlli sözüdür. Amma illərlə formalaşmış yanlış təzyiq var: "Qonşu necə etdi, biz də ondan geri qalmamalıyıq". Bu sosial yarış ailələri borca sürükləyir, illərlə ödənilən xərclərə çevirir. Yas mərasimi yükdən azad etməli olduğu halda, özü yükə çevrilir. İnsanların qəlbində mərhəmət azalmır, amma forma dəyişir və nəticədə mərasim səmimiyyətini itirir.

İqtisadi nəticələr də az deyil. Yas mərasimlərinə xərclənən pullar milyonlarla manata çatır. Halbuki həmin vəsait uşaqların təhsilinə, gənc ailələrin mənzil probleminin həllinə, kiçik bizneslərin qurulmasına sərmayə ola bilərdi. İsrafçılıq təkcə ailə büdcəsini deyil, bütövlükdə milli iqtisadi dayanıqlığı zəiflədir. Hər dəbdəbəli süfrənin arxasında gizli borc yükü var və bu borcu illərlə ödəyən insanlar var.

Həll yolu isə qadağalarda deyil, şüurun dəyişməsindədir. Restoranların şəffaf qiymət siyasəti, din xadimlərinin sadəliyi təbliğ etməsi, ziyalıların nümunə göstərməsi, medianın dəbdəbəni yox, sadə mərasimləri işıqlandırması mühüm addımlardır. Əsl islahat buradan başlanır - cəmiyyətin öz razılığından, könüllü etik kodeksdən. Yas mərasimlərini sadə dua və xatirə toplantısı kimi keçirmək, 3, 7, 40 və il mərasimlərini birləşdirmək, təmtəraqlı süfrə əvəzinə sadə ehsanla kifayətlənmək, "məcburi pay" təzyiqini aradan qaldırmaq həm ailələrin yükünü yüngülləşdirər, həm də cəmiyyətin sosial normalarını sağlamlaşdırar.

Yas mərhumun ruhuna ehtiramdır. Yas mərhəmətin ən saf ifadəsidir. İsrafçılıq isə mərhəmətin üzərinə kölgə salır. Bu kölgəni dağıtmaq bizim həm fərdi, həm ictimai, həm də mənəvi borcumuzdur. Gəlin elə bir cəmiyyət quraq ki, yas mərasimlərimizdə kədər də, mərhəmət də səmimi olsun, dəbdəbə yox. Yas mərhəmət olsun, dəbdəbə yox. Xatirə qalsın, israf yox olsun.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Sentyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see372

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see181

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see119

Trampla Netanyahunun görüş yeri və vaxtı bəlli oldu

08 Dekabr 2025 19:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri